21 Sentyabr 2019, Şənbə

23-25 avqust 2019-cu il tarixlərdə Türkiyə Respublikasının Rizə şəhərində karate üzrə Qaradəniz və ­Xəzəryanı ölkələrin beynəlxalq turniri keçirilib.
Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb. Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri də iştirak ediblər.
Beynəlxalq turnirdə karateçilərimiz 6 müxtəlif əyarlı medal qazanıblar. Belə ki, Vüsal Seyidov, Yaqub Qəmbərov və Zəhra Məmmədova “Gümüş” medala layiq görülüblər. Zəhra Məmmədova, eyni zamanda “Bürünc” ­medal qazanmağa da müvəffəq olub. Ayan Məmmədova və Qafar Hüseynov da beynəlxalq turniri üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, ənənəvi yarışa 162 idmançı ilə qatılan Azərbaycan karateçiləri 16 “Qızıl”, 14 “Gümüş” və 17 “Bürünc” medalla ümumi hesabda Türkiyə idmançılarından sonra ikinci pilləni tutublar.
Sonda qalib idmançılarımız diplom, medal və kubokla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR