19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində mayın 23-də Türkiyənin Konya vilayətində beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycanın Türkiyədəki təhsil müşaviri Nəcibə Nəsibova, Ağşəhər bələdiyyə sədri Salih Akkaya, Səlcuq Universitetinin idarə heyətinin üzvləri və universitetin tələbələri iştirak ediblər. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra “Nemətullahın vətəni Naxçıvan” adlı tanıtım videoçarxına baxış olub.

Daha sonra AMEANaxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Nemətullah Naxçıvani: Naxçıvandan Konyaya bir elm körpüsü”, ilahiyyatçı Ali İhsan Türcan “Baba Nemətullah Naxçıvani və təsəvvüf”, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Hidayətül-İhvan əsərində elm və alim”, dosent İbrahim Işıtan “Osmanlıda XV-XVI əsrlərdə təsəvvüf anlayışı”, Əskişəhər Universitetinin müəllimi, doktor Rza Məmmədov “Baba Nemətullah Naxçıvani: insanca var olmaq”, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov “Nemətullah Naxçıvani irsi: tərcümə problemləri”, professor doktor DoğanYörük “Nemətullah Naxçıvaninin yaşadığı illərdə Ağşəhərdə əhali və iqtisadi həyat” mövzularında çıxış ediblər.

Bildirilib ki, qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərdən biri, orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi kimi şöhrət qazanmışdır. Onun elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olmuş, ona “Baba” titulu burada yaşadığı illərdə sufi təriqəti tərəfindən rütbə kimi verilmişdir. Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı, “Qurani-Kərim”in elminəzəri şərhi olan “Əl-Fəvatih-ülİlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa böyük töhfədir. Nemətullah Naxçıvani məşhur elmifəlsəfi traktat, şərh və risalələrin müəllifi kimiAzərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur.

Çıxışlarda vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 oktyabr tarixli Sərəncamı görkəmli alimin həyat və yaradıcılığının hərtərəfli tədqiqi ilə bağlı yeni mərhələnin əsasını qoymaqla. ümumilikdə, milli və dini dəyərlərə, elmi irsə yüksək ehtiramın təzahürüdür.

Sonda Naxçıvan nümayəndə heyətinin türkiyəli alimlərə hədiyyələri təqdim olunub.

Konfrans iştirakçıları KonyanınAğşəhər qəsəbəsində böyük alimin məzarını ziyarət ediblər.

Qeyd edək ki, adıçəkilən sərəncam ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən onun qəbrinin bərpa olunması məqsədilə tədqiqatçı mütəxəssislər tərəfindən ölçü götürülüb.

Daha sonra konfrans iştirakçıları alimin adını daşıyan İmam Hatib tam orta məktəbində olublar. Məktəbin foyesində Nemətullah Naxçıvani ilə bağlı məlumat lövhəsi və şair ElxanYurdoğlunun Nemətullah Naxçıvaniyə həsr etdiyi şeiri yer alıb. Bildirilib ki, 2013-cü ildən fəaliyyət göstərən məktəb Ağşəhərdə göstəricilərinə görə nüfuzlu təhsil ocaqlarındandır və burada Nemətullah irsi layiqincə şagirdlərə aşılanır.Ağşəhərdə Nemətullah Naxçıvaninin adını daşıyan daha bir ünvan isə məscid binasıdır.

Naxçıvandan gələn nümayəndə heyətinə 5 cildlik “Naxçıvani təfsiri” kitabları təqdim olunub. Səfər Türkiyənin televiziya və xəbər agentlikləri tərəfindən də işıqlandırılıb.

Ruhiyyə Rəsulova

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR