19 Sentyabr 2019, Cümə axşamı

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, bina 41 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-təsərrüfat şöbəsindən (əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu, tel: 544-48-34) ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı ­müraciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları
10. Digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanunauyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 iyun 2019-cu il saat 1700-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 iyun 2019-cu il saat 1700-a qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, bina 41-də yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-təsərrüfat şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14 iyun 2019-cu il tarixdə saat 1100-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri ­iştirak edə bilərlər.

Tender komissiyası

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR