23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Milli-­mənəvi dəyərlərimiz: Novruz bayramı” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Şəhər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən rəsm müsabiqəsində ümumtəhsil məktəblərində təhsil alan bütün yaş qruplarından olan 40 şagird iştirak edib.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir.
Qeyd olunub ki, Novruz bayramına həsr olunmuş rəsm müsabiqəsi muxtar respublika məktəblilərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşmasına, gənc­lərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsinə xidmət edir.

Məktəblilər adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzi olan, baharın gəlişini tərənnüm edən Novruz bayramı ilə bağlı müxtəlif mövzularda 2 saat müddətində rəsm çəkiblər.
Müsabiqə iştirakçılarının işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq rəsm müsabiqəsində bir I yer, iki II yer, üç III yer və altı həvəsləndirici yer olmaqla, 12 qalib müəyyən edilib.
Qeyd edək ki, “Milli-mənəvi dəyərlərimiz: Novruz bayramı” mövzusunda inşa yazı müsabiqəsi də keçirilib. Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 100 şagird iştirak edib. Yazı müsabiqəsində bir I yer, iki II yer, üç III yer və altı həvəsləndirici yer olmaqla, 12 qalib müəyyən edilib.
Hər iki müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006508
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
742
4717
13998
88890
4006508

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter