26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Martın 9-da Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri ­Natəvan Qədimova çıxış edərək bildirib ki, sənət adamlarına diqqət və qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən hər il 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. Nazir bu münasibətlə bütün tədbir iştirakçılarını və teatr ictimaiyyətini təbrik edib.
Qeyd edilib ki, 1873-cü il martın 10-da əsası qoyulmuş Azərbaycan milli teatrı və bundan 10 il sonra 1883-cü il mayın 11-də yaradılan Naxçıvan teatrı uzun və şərəfli yol keçib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli teatr sənətinin inkişafındakı misilsiz xidmətlərindən danışan mədəniyyət naziri vurğulayıb ki, muxtar respublikamızda da teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Hazırda muxtar respublikadakı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, onların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Son illər ərzində Naxçıvanda fəaliyyət göstərən teatrların yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçısına çevriliblər.
Nazir çıxışının sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə muxtar respublikada mədəniyyətin, xüsusilə də teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün tədbir iştirakçıları adından minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” mənzum dramı əsasında hazırlanmış tamaşa göstərilib.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792513
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
351
2548
2899
56830
3792513

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter