17 Fevral 2020, Bazar ertəsi

Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olan muzeylərimiz gündən-günə tarixi və maddi mədəniyyət nümunələri ilə zənginləşdirilir.
Qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya keçirilir.

Aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərimizi vətən­pərvərlik ruhunda tərbiyə etmək, tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində də fəal iştirakçıya çevirməkdir. Aksiya çərçivəsində şagirdlər muxtar respublika ərazisində olan qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərimizin zənginləşdirilməsində öz vətəndaşlıq borclarını yerinə yetirəcəklər.
Bu yaxınlarda Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun, saxsı çıraq və digər nümunələrdən ibarət 75 eksponat təqdim olunub.
Aksiya müddətində muxtar respublika üzrə şagirdlər tərəfindən, təxminən, 50-yə yaxın yeni eksponat toplanıb. Aksiya davam etdirilir. Bu tədbirdə fəal iştirak edən müəllim və şagirdlər Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR