24 Sentyabr 2020, Cümə axşamı

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitab­xanasında Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Rəşad Xudiyev çıxış edərək bildirib ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlamışdır. Hələ sovet hakimiyyəti dövründə, 1978-ci ildə Moskvanın təzyiqlərinə baxmayaraq, ümummilli lider Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xü­susi maddədə göstərilməsinə nail olmuşdur.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək vacib işlərin müəyyənləşməsinə və həyata keçirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dilinin inkişafı istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamıdır.
Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. İstər orfoepiya, istərsə də orfoqrafiya qaydalarından düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da ana dilimizə ehtiramın ifadəsidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Mədəniyyət üzrə Elmi-­Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış ediblər.
Dilimizə həsr edilmiş şeirlər bədii qiraət olunub, kitabxanada təşkil olunmuş kitab sərgisinə baxılıb.

Əli RZAYEV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR