19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Dövlət Film Fondundakı muzeyə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, uzun illər Naxçıvan televiziyasının kinooperatoru işləmiş Ənvər Rəhimov tərəfindən 25 ədəd müxtəlif kino avadanlığı təqdim olunub. 1963-1985-ci illərdə istehsal edilmiş kino­kamera, videokamera, səsyazma aparatı, obyektiv, eksponometr, videokaset və digər avadanlıqlar vaxtilə Naxçıvan televiziyasında müxtəlif film və başqa çəkilişlərdə istifadə edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu qayğının daha bir nümunəsidir. Fondun ən maraqlı guşələrindən biri də burada yaradılmış kiçik kino muzeyidir. Bu gün Naxçıvan televiziyasının veteran operatorlarından biri olan Ənvər Rəhimov tərəfindən hədiyyə olunan kino avadanlıqları Naxçıvan Dövlət Film Fondunun muzeyində televiziya və kino sənəti tariximizi yaşadan qiymətli eksponat kimi yer ­alacaqdır.

Nazir Naxçıvan Dövlət Film Fonduna hədiyyə etdiyi eksponatlara görə Ənvər Rəhimova minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov və başqaları çıxış ediblər.
Sonra Ənvər Rəhimov çıxış edərək deyib ki, bu kino və video avadanlıqlarını fondun muzeyinə təhvil verməkdə məqsədi gənc nəslə televiziya sahəsindəki inkişafı müqayisəli şəkildə çatdırmaqdır.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova diyarımızda mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704924
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
287
2795
3082
46016
3704924

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter