12 Avqust 2020, Çərşənbə

Dünən Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Kənan Tağızadə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında muxtar respublikanın 95 illiyinin geniş qeyd edilməsi, yubileylə bağlı mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlərin, inter­aktiv dərslərin keçilməsi nəzərdə tutulub.

Kənan Tağızadə qeyd edib ki, Naxçıvanın muxtariyyəti məsələsi ötən əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələr nəticəsində meydana çıxıb. Naxçıvanın muxtariyyəti mürəkkəb, çətin və gərgin mübarizə nəticəsində əldə edilib. Uzun çəkən ­danışıqlardan sonra Moskva və Qars beynəlxalq müqavilələri ilə RSFSR, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıyıb və ona beynəlxalq hüquqi təminat verilib. Ancaq Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, Naxçıvan Muxtar Respublikasının yaradılmasına qədər üç il vaxt lazım olub.
Diqqətə çatdırılıb ki, son 20 ildən artıq dövrdə qədim diyarımızın siması dəyişib, şəhər, kənd və rayon mərkəzlərində irimiqyaslı ­tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirilib, tarix, mədəniyyət, səhiyyə və təhsilə qayğı artıb, yeni infrastruktur obyektləri tikilib, muxtar respublika inkişaf və intibaha qovuşub.
Sonda qədim diyarımıza həsr olunmuş sənədli film göstərilib.

Əli RZAYEV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR