19 Fevral 2020, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında Gənc­lər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Kənan Tağızadə açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün muxtar respublikamızda da uğurla həyata keçirilir. Onların milli ruhda tərbiyəsi, ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Gənclər Birliyinin sədri Vüqar Muradov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Şahbuz rayonunun gəncləri sosial-mədəni həyatda daim fəallıqları ilə seçilirlər. Əlamətdar günlərlə bağlı bütün tədbirlərdə yaxından iştirak edir, hər il Gənclər Gününü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
Gənclər Gününə həsr olunmuş tədbir Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə davam edib.
Qeyd edək ki, orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur. Konsertdə orkestrin solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Elçin Nağıyev, müğənnilərdən Ruhiyyə Hüseynova, Rahim Əsgərzadə, İlkin Abdullayev, Samir İsmayılovun ifalarında Azərbaycan bəstəkarlarının mahnıları səslənib, vals, tanqo və estrada musiqiləri tədbir iştirakçılarında bayram ovqatı yaradıb.
Sonda rayonda müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanla təltif olunublar.

Əli RZAYEV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR