19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Məhəbbət əhlinə görə Haqq-Taalanın varlıq mərtəbələrinin hər birində özəl bir zühuru (görünüşü) vardır”.

Nemətullah Naxçıvani

Bilmirəm bura haradır? Mən niyə gəlib çıxdım bu torpaqlara, hərarət də çox yüksəkdir. Dözə bilmə­mişəm heç vaxt belə çılğın istilərə. Mənim aydınlanmağıma bu torpaqlar vəsilə olacaqmış. Qupquru çöllər. Alovlu Günəş... Əməkçi qarını xatırladır bu torpaq, cadar-cadardı əlləri. Susuzluqdan dodaqlarım qupqurudur. Bircə bulaq yox. Səhradır, səhra!
“O torpaqlar ruhundakı yaralara şəfa olacaq, sən onu tapacaqsan!” Şeyxin bu sözlərini xatırladıqca lap əsəbləşirəm. Yad diyarlarda ac-susuz öləcəyəm.
Aydınlığa gedən yoldamı durur əzəmətli Nəşəva?
– Salam, karvansaray axtarıram gecələmək üçün!
– Salam, bir az qabağa get, görəcəksən qarşında.
– Bu insanlar hara gedir belə?
– Deyəsən, gəlməsən buralara, günün bu vaxtı Baba Nemətullahın aydın fikirləri cəmləyə bilər ancaq hamını!
Gözdən uzaqlaşanadək arxalarınca baxdım. Aclıq və yorğunluq bədənimi əsir almışdı. Üz tutdum Naxçıvanın məşhur karvansaraylarından birinə. Karvansarayın sahibi ilə çox danışmamağa cəhd etdim. Onsuz da işlərim ərəb saçı kimi dolaşıq idi. Gözlədiyimdən daha boğucu idi bu torpaq.
– Sabah tezdən qalxıb geriyə qayıdacağam. Bura mənim düşüncələrimə tamam zidd bir yerdir. Ürəyimə yatan heç nə görmədim...

Səhəri gün günortaya qədər kor-peşman şəhəri dolaşdım.
Kölgə oyunudur həyat. Gəldiyim zaman gördüyüm Naxçıvandan (Nəşəvadan) fərqli bir torpaqla qarşılaşdım sanki. İnsan, həqiqətən də, görmək istəməlidir. İnsan görmək istəmədikcə heç nəyi görə bilmir. Atamın məni bura göndərməkdə məqsədi nədir, görəsən?
Aylar keçirdi. Baba Nemətullahın qapısına nə vaxt getsəm, adamla dolu olur. Mənə sıra gəlib çatanda gecə tamam olur. Və kor-peşman karvansaraya qayıdıram. Saç-saqqalım uzanıb. Dərvişanələşmiş ruhum, içimdə tanımadığım təlatüm...
Budur, məscidə gedənlər içərisində artıq mən də varam. Gözlədim ki, hər kəs çölə çıxanda Nemətullah Naxçıvaniyə yaxınlaşım. İkisaatlıq moizədən sonra məsciddən dağılışan camaat məni itələyib çölə saldı. Nə qədər çalışdımsa, təkrar içəri keçə bilmədim. Axırda müqəddəratımla barışıb, keçib oturdum bir daşın üzərində. Şeyx ətrafındakı insanlarla uzaqlaşmaqda idi. Bilirdim ki, ona nə fiziki, nə də mənəvi təmas edə bilərəm. Çünki fiziki təmas üçün insan izdihamını yarıb gedəcək gücüm yox idi, mənəvi təmas üçünsə, ruhi zənginliyim az idi. Yadıma bu torpaqlara qədəm qoyduğum və narazı qaldığım günlər düşdü. İndi isə buraya qəribə daxili bağ ilə bağlı idim. Bir gün Baba Nemətullah Naxçıvani ilə mütləq görüşəcəkdim. Bundan əmin idim...
Karvansaraya qayıdanda artıq gec idi. Qocanın paslı qapıya bənzər səsi ilə etdiyi narazılıqları dinləmədən otağıma çəkildim. Buranın ab-havası məni boğurdu. Solğun divarlar, yorğan-döşək və yerə qoyulmuş mizin üzərində qalaq-qalaq kitablar. Bunları atama yazdığım namədən sonra Nəşəvaya gələn tacirlə mənə göndərmişdilər. Kitablarım mənim var-dövlətim idi.
Səhər yuxudan qalxanda qəribə əhval içərisində idim. Aşağı düşdüm. Səssizlik qulağıma yad gəlirdi. Qoca! Qoca!.. Səsimə səs verən yox idi, həmişə ağzına qədər dolu karvansarayda indi mənə ancaq öz səsim cavab verirdi. Tələsik çölə çıxdım. Uzaqdan səslər gəlirdi. Ayaqlarımı marağımın ardınca sürüdüm. Qələbəliyi yarıb qabağa keçdim. Çox sevinirdim, elə bilirdim ki, Şeyx də burdadı. İnsanların arasında, burda, elə burdaca...
Ancaq onun yerinə bir-biri ilə dalaşan iki şəxsi ayıran insanlar gördüm.
– Yaxşı ki, getdi. Burda yeri yox idi.
– Sən bilmirsən, necə qiymətli incini itirdiyimizi.
– Sənə görə inci idi, bizə görə isə, sadəcə, başağrısı.
– Qocaldıqca lap ağlını qaçırırsan, o qədər narahatsansa, sən də get arxasınca. Necə də gərəkli imiş Nəşəvaya Baba Nemətullah!
Səslər getdikcə uzaqlaşırdı, sonra birdən hər yer qaranlıqlaşdı.
– Mən hardayam?
– Sakit ol, ay yazıq.
– Qoca! Baba Nemətullah ­haradadır?
– Ay bədbəxt, sən öz halına yan birinci, öz əhvalını soraqlaş.
Dəli kimi yatağımdan qalxdım. Qapıya tərəf qaçdım...
* * *
Ruminin vətəni, Şəmsin pənah yeri olan Konya, məni də qəbul et özünə. Şəhərin darvazasından içəri girdikdə qəribə bir halət hiss edirdim özümdə. Bu hiss məni həm həyəcanlandırır, həm də qorxudurdu. Ürəyim göyərçin ürəyi kimi çırpınırdı. Soyuq tər damcıları toplaşmışdı ovuclarımda. Harda idi görəsən, Baba Nemətullah? İki sirli şəhəri tərk edib üzümü tutmuşdum Konyaya. Ayağımı içəri qoyandan bəri ruhumda dərin təlatümlər yaranmışdı. Övliyaların məskəni. Kimsəsizlərin üz tutduğu torpaq idimi Konya? Salxım söyüdlərin baş-başa verib söhbətləşdiyi, iydə ağaclarının öz füsunkarlığıyla bəzədiyi bir məkan idi bura. Ağacların altına oturmaq üçün taxtadan düzəldilən bir neçə oturacaq düzülmüşdü. Ətrafa boylandım. Səssizlik idi. Uzaqdan sayrışan insanlardan başqa yaxınlarda əllə tutulası heç kim yox idi. Oturacaqlardan birində əyləşdim. Gözlərim arxın sakit və şəffaf suyuna ilişib qaldı. Neçə saat belə dayandığımı bilmirəm, amma günorta azanının səsi məni oyatdı. Naxçıvanda olarkən azan səsini çox dinləyirdim. Bu musiqidəki həzinlik mənə doğma torpaqlarımı – Suriyanı xatırladırdı. Hələbdən bura gəlmək, həqiqəti tapmaq gərəkli idi.
* * *
– Ancaq Şahı Nəqşibəndi həzrətlərinin tələbəsinin yetişdirdiyi Baba Nemətullahı tapmaq həqiqətə gedən yolda mənə kömək olacaq. Baba Nemətullah bizə müəlliminin kəlamlarını söylədi.
– Bu gün mən gələ bilmədim ora. Bilirəm ki, illərcə peşman olacağam. Ağşəhər çox uzaq. Hər gün getmək mümkün deyil. Nə buyurdu Nemətullah?
– İslamın dərkindəki fəzilətlərdən danışırdı böyük alim bizlərə. Müəllimi mürşidi Şahı Nəqşibəndi həzrətlərindən bəhs edərək buyururdu: “Dilini Allah-Taalanın adını zikr etməkdən başqa işlərlə məşğul olmaqdan və başqa şeylər danışmaqdan qoru. Nəfsini hesaba çək. Elmə yapış və ədəbi mühafizə et. Haqq və hüquqa riayət et. İbadətdən ayrılma. Gözəl əxlaqlı, mərhəmət sahibi və yumşaq ol. Allah-Taalanı unutduracaq hər şeydən uzaq dur və onlara qapılma.
Havada uçan birini gördüyünüz zaman dərhal o kimsənin fəzilətli, kəramət sahibi birisi olduğuna hökm verməyin. Xəta edə bilərsiniz. O kimsənin həqiqətən fəzilət və kəramət sahibi olduğunu anlamaq üçün, islamiyyətin əmrlərinə uymaqdakı həssaslığına, Peyğəmbər əfəndimizin əxlaqı ilə əxlaqlanması və sünnə-səniyyəyə uymasına, həqiqi İslam alimlərinə olan məhəbbət və bağlılığına baxın. Bunlar tam isə, o kimsə fəzilət və kəramət sahibidir. Bunlara uyğun gəlməkdə ən kiçik bir zəiflik olsa, o kimsə üçün fəzilət və kəramət sahibidir, – demək mümkün olmaz”.
– Bərəkallah, Nemətullah, bərəkallah... Ona görə bizlər onu çox sevirik.
Bu dialoqa bütün diqqətimi toplayıb qulaq asdım. Məni torpağa mismarlamışdılar sanki. Dilimə isə paslı qıfılı bənd etmişdilər elə bil. Dinib-danışa bilmirdim. Kök atacaqdı ruhum sanki torpaqda.
Təfsir elmindən savayı, bütün daxili və batini elmlərə bələd imiş Nemətullah!
Belə ustaddan dərs almaq fərz oldu. Yol məni Ağşəhərə aparır. Rüzgar! Duyğularımı və salamımı yetir Baba Nemətullaha. Rüzgar, söylə o alimə ki, qəbul etsin bu dərvişi… Daha nə dizlərimdə güc qalıb, nə də ümidim. Mən onun ziyası ilə aydınlanmağa layiqəmmi, bilmirəm. Amma onun elminin nuruna möhtacdır ruhum. Bunu dərk etmişəm.
Düşünürdüm: nədir həqiqət? Həqiqətə gedən yolda lazımdırmı insan adlı pillələr?
Niyə məni belə yorucu imtahana məcbur edib yaradan? İçimdəki mənə məğlub olur bütün məntiqli düşüncələr. Mən həqiqəti tapmaq uğruna çıxmışam onun ovuna. Həqiqətə gedən yolda, görəsən, niyə dayanıb Baba Nemətullah?
Vukufi zamanımı yoxsa? Gecikməli bir arzumu yoxsa məndəki? Elm istəyirəm, elm, sadəcə, elm. Onu onlardan ayıran elmə verdiyi dəyər deyilmi? Beynimdə bağıran səsə qulaq verirdim. Bu səs mənə deyirdi: “Vukufi qəlbim! Səfər dər-Vətən!!! Səfər dər-Vətən!!! Yoluna davam et, İbrahim, at qəlbindən zərərli düşüncələrini, Nigah-daşt!!!! Nigah-daşt!!!”.
Mən Ağşəhərə çatanda artıq qaş qaralırdı. Özümü birtəhər bir karvansaraya saldım. Səhər ətəyimi toplayıb oranı tərk etdim. Gedib Baba Nemətullahın yaşadığı yeri tapdım. Sadə görünüşlü dairəvi bir məkan idi bura. Qapının üzərindəki ulduzabənzər dəmiri taqqıldatdım. Qapı paslı bir qışqırtıyla açıldı. Ağ geyimli, çəlimsiz bir gənc qapıda dayanıb mənə baxırdı. Bir-birimizə dəqiqələrcə baxdıq. Ağzını açmırdı.
– Baba Nemətullahı görməliyəm.
– Şeyx sizi gözləyirdi.
– Yox, səhv salmısınız yəqin. Mən şəhərə dünən gəlmişəm. Şeyxiniz məni tanımır.
– İbrahim, Şeyx sizi gözləyir.
Əlim ayağıma dolaşdı. Dilimin sözlərini itirdim birdən. Nə deyəcəyimi bilmədən içəri keçdim, necə addım atacağımı belə, unutdum. Heykəl ədası ilə çəlimsiz gəncin arxasına düşdüm.
Otağa daxil olduqda Şeyx məni ayaq üstdə qarşıladı. Şeyxin qarşısında nə edəcəyimi, onu necə salamlayacağımı bilmədiyim üçün azca təzim edib onu salamladım.
– Xoş gördük, İbrahim.
– Salamlar, böyük Şeyx Baba Nemətullah, nəhayət ki, sizinlə tək qala bildim.
– Yanılırsan, İbrahim, insan oğlu heç bir məkanda, heç bir zamanda tək deyildir. Sadəcə, tək olduğunu düşünür.
– Böyük Şeyx, buraya gəlməkdə məqsədimi sizə şərh etməyimə icazə verin...
– Öncəliklə dikəl və əyləş, ­İbrahim.
– Buraya gəlmə məqsədin sənin beynində qəbul edib, özünü inandırdığın məqsəddən daha yüksəkdir. Mənə özünə təlqin edib inandırdıqların gərək deyil. Mən onlara vaqifəm. Sənin dərk etmədiyin məqsədə də həmçinin.
Şeyxin nə dediyini anlamırdım. Yaşlaşmışdı Baba Nemətullah. Görünür, nə dediyindən deyildi xəbərdar.
– İbrahim, insan tələffüz etdiyi sözlər üçün məsuliyyət daşıyır. Əgər ağlında qüsur yoxdursa, nə dediyinə əlbəttə hakimdir.
Şeyxin nə düşündüyümü anlaması məni sarsıtdı, həm də utandırdı. Gözlərim otağa sızan Günəş şüasının arxasınca süründü...
– İbrahim, öncə “Qurani-Kərim”dən başla... Unutma “Qurani-Kərim” ağlın icra etməli olduğu ayələrdən ibarətdir, bəsirət və oyanmaq üçün diqqətlə baxmaq lazım. Hüquqi-İlahiyyə nəfsi çirklərdən islah etmək, nəfsani şübhə və şeytani vəsvəsələrdən təmizləmək, ürəkləri və könüllərini təşviq etmək üçündür. İnsan bu ali mövqeyə çatmadığı müddətcə ondan mərifət və şühud iddiası dinlənilməz. Nə zaman insan bu mövqeyə çatar və bir istək olmadan bu mövqeni əldə edər, o zaman özü üçün Allahın ən böyük qapısı açılar.
* * *
Zaviyyədə qaldığım günlər ruhumun aydınlanmasına xidmət edirdi. Zaman keçdikcə səssizliyimə səssizlik əlavə olmuşdu. Baba Nemətullahın göstərdiyi istiqamətdə irəliləyirdim dostlarımla birlikdə. Aradan beş il keçmişdi. Bu illərdə ən yaxın sirdaşıma çevrilmişdi Mustafa. Baba Nemətullah mənə həyatımı geri qaytardı. Dünyaya heç bir insanın boşuna gəlmədiyini öyrətdi. Onunla birlikdə işığın xidmətçilərinə çevrildik. Həqiqət işığında yanıb, yenidən bədən tapdı ruhumuz.
– Mustafa, bu gün hava çox tutqundur. Ürəyim nəsə sıxıntılıdır.
– İbrahim, Baba Nemətullahın vəziyyəti yenə pisləşib. Ancaq ibadətindən qalmır böyük ustad. Sizlər üçün edəcəklərim qalıb hələ də, – deyir.
– Mən onu görməliyəm, Mustafa.
– O səni görmək istəmədiyi müddətcə bu mümkün deyil, bilirsən.
– Bilirəm, Mustafa...Səlim imkan vermir qapıya yaxınlaşım. Nə cücərdir ondakı bu nifaq toxumlarını, bilmirəm...
– Şeyxin sənə bağlılığı, rəğbəti cücərdir Səlimin qəlbindəki nifaq toxumlarını. Yuxuda belə, sənin ismini sayıqlayır. Niyə mən yox , niyə İbrahimi seçdin, Şeyx, – deyir...
– Anlamıram səni, Mustafa, niyə belə deyir ki? Mənə ondan artıq nə verilib ki?
– Şeyxin sənə məhəbbəti tükənməzdir. Bu isə Səlimin qəlbini qaraldıb. Xatırla Mövlana ilə Şəmsin hekayəsini, İbrahim… Bəzən nifaq bıçağı elə iti olur ki, mərhəməti asanca doğrayır. Bu səbəbdən diqqətli olmaq gərək.
– Nə olacaqsa-olsun, Mustafa, qorxum yox. Mən Şeyxi görməliyəm mütləq. Vaxt yoxdur. Az qalıb, lap az, hiss edə bilirəm bunu…
– Nəyi, İbrahim, qanım çəkildi… Düşündüyüməmi az qalıb, ­yoxsa...
– Bəli, Mustafa… Nemətullah Naxçıvani yaxında nurlu bir səyahətə çıxacaq… Bu səbəbdən onu ziyarət etməyim vacibdir.
Aydınlanmağa gedən yolda dururmuş şanlı Nəşavanın övladı Baba Nemətullah. Onun ziyasının zərrələri ilə vücud buldu mənim. Fiziki məndən içəridə varlığı təsdiqləndi gerçək mənin.
Nəfəs ala bilmirəm belə zamanlarda. Min cür əziyyətə düçar olub ruhum. İndiki tək çarəsizliyi dadma­mışam fəqət. Ax Səlim… Sən də bizimtək aydınlanma yolunda addımlayırdın, bu qədər ziya niyə qova bilmədi qəlbindəki zülməti?
Bu gün hava çox bozumtuldu. Gecənin göz yaşları süzülüb təbiətə… Nəmli kirpiklərini açıb yumduqca gecə ildırımlar çaxır zehnimdə… Düşün, İbrahim, düşün bu gecə bu iş həll olmalıdı…
– İbrahim.
– Kim var orda? Mənəm, Mustafa.
– Mustafa, nədir, ürəyimi niyə qırırsan, pis xəbərlə gəlibsənsə, gəldiyin kimi qayıt!
– İbrahim, Şeyx səni görmək istəyir, loğmanla mənə namə göndərib. Başqa qapı var. Gecə oradan gedəcəksən Şeyxin hüzuruna. Baba Nemətullah agah edəcək sənə niyə səni çağırdığının hikmətini...
* * *
O gecənin ağırlığını izah edə bilmərəm sizlərə. Şeyx elə həmin gecə qədəm qoydu nurlu yola. Mən də onun kimi torpağıma gedə bilmədim. Burada qalıb onun yolunu davam etdim. Şeyxin məndən son istəyi bu oldu. İndi də onun mübarək məzarı mənim evimdir. Hər zaman onun yanında olmaqdan qürur duyuram. Bu vaxtlarda Mustafa daim mənimlə oldu. Səlim isə Zaviyyəni tərk etdi. Məni şeyxləri kimi qəbul etdilər. Artıq vaxt yetişib, getməliyəm ustadın yanına… Qocalıq məni lap əldən salıb, görünür ki, yaxında mənə də qucaq açacaq aydın yol… Pıçıldardı hər zaman müdrik Şeyx:
“Ruh qəflət və unutqanlıq yuxusundan oyandıqda fitri-meyli gərəkincə əsl Vətənini və həqiqi məbədini düşünməyə başladı”…
Şeyx haqlı idi, haqlı idi o …Aç mənə qollarını, şanlı Nəşavanın övladı, böyük Şeyx!

Nərgiz İSMAYILOVA
filologiya üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612143
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
187
3542
89283
135385
3612143

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter