26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünən Babək Rayon Mədəniyyət Sarayında görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” komediyası əsasında Rayon Xalq ­Teatrının hazırladığı tamaşa rayon sakinlərinə təqdim olunub.
Komediyada hadisələr məişət mövzusuna həsr olunub. Gözlənilməz gülüşdoğuran vəziyyətlər, komik dialoqlarla zəngin komediya tamaşaçıda xoş ovqat yaradır. Səhnə əsərindəki keçmişin qalıqları, köhnə düşüncələrlə yaşayan mənfi obrazlar sağlam gülüş yaratmaqla tamaşaçını düşündürür.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, musiqi tərtibatçısı isə Cabir Məmmədovdur.
Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Kəbleyi Hüseynli), Stella Babayeva (Səlbi), İsmayıl Qurbanov (Mirzə), Nuray Mehdiyeva (Naznaz), Rasim Qasımov (Qiyas), Ələkbər İsmayılov (Nadir), Yusif Əliyev (Mövsüm) komik surətləri təbii və canlı təqdim edirlər. Xalq teatrının bu aktyorları yaşlı və gənc nəslin nümayəndələri olan personajları özünəməxsus xarakterik cizgilərlə yarada biliblər. Tamaşa Babək rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov kollektivi təbrik edərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Babək Rayon Xalq Teatrı muxtar respublikanın fəallığı ilə seçilən teatr kollektivlərindəndir. Bu il xalq teatrının yaradılmasının 10 illiyi tamam olur. Ötən illər ərzində xalq teatrı həm dramatik, həm də komik mövzusu ilə səciyyələnən bir çox əsərləri bacarıqla səhnəyə qoyub. Teatr bir sıra tamaşalarını muxtar respublikanın digər rayonlarında da göstərib.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132741
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
770
4775
9901
96341
4132741

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter