13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksinin www.garabaglartk.nakhchivan.az internet saytının təqdimatı keçirilib.
Saytın təqdimatında çıxış edən abidənin bələdçisi Gülçin Ağayeva bildirib ki, Naxçıvan Muxtar Respublikasındakı zəngin maddi mədəniyyət nümunələri və abidələr içərisində Qarabağlar Türbə Kompleksi xüsusi yer tutur. Türbə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamı əsasında bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən və Şərq memarlığının incilərindən biri olan kompleks bir türbə və qoşa minarəli baştağdan ibarətdir.
Qeyd olunub ki, Azərbaycanın qülləvarı türbələri tipinə aid olan, 12 yarımsilindrin birləşməsindən əmələ gələn, diametri 10 metrə yaxın, hazırkı hündürlüyü 16 metrə çatan türbənin 4 baştağı vardır. Hər baştağın baş hissəsində “Qurani-Kərim”in “əl-Mumin” surəsinin 16-cı ayəsinin son hissəsi yazılıb. Memarlıq xüsusiyyətləri və kitabələrin yerinə yetirilməsi texnikası göstərir ki, bu abidə Bərdə türbəsini də inşa edən memar Əhməd Əyyub oğlu Naxçıvani tərəfindən yaradılıb.
Bildirilib ki, Qarabağlar Türbə Kompleksinin zalında, ümumilikdə, 200 eksponat sərgilənməkdədir.
Vurğulanıb ki, Qarabağlar Türbə Kompleksinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kompleksin saytının yaradılmasıdır.
Sonra sayt haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sayt 7 bölmə və 4 alt bölmədən ibarətdir.
Diqqətə çatdırılıb ki, sayta yerləşdirilmiş virtual səyahət bölməsi vasitəsilə dünyanın istənilən nöqtəsindən izləyicilər muzeyə virtual səyahət edə biləcəklər.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397647
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
642
5770
17477
56814
3397647

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter