13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Duz Muzeyinin www.duzmuzeyi.nakhchivan.az internet saytının təqdimatı keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Camal Babayev deyib ki, Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr ­tarixli Sərəncamına əsasən yaradılıb. Sərəncamda da qeyd olunduğu kimi Naxçıvan şəhərinin tarixi Duzdağın tarixi ilə sıx əlaqədardır. Duz mədənləri həm Naxçıvanın Daş dövrünü, həm də bu şəhərin yaşını müəyyən etmək baxımından çox əhəmiyyətli tədqiqat obyektidir.
Bildirilib ki, muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq, aparılan elmi-tədqiqat işlərinin sistemləşdirilməsini və elmi araşdırmalar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələrinin qorunub saxlanmasını və təbliğini təmin etməkdir.

Qeyd olunub ki, Naxçıvan duzunun qədim tarixinə və Naxçıvan Duz Muzeyinə göstərilən dövlət qayğısının daha bir nümunəsi muzeyin saytının yaradılmasıdır. Sonra sayt haqqında məlumat verilərək bildirilib ki, sayt 7 bölmə və 3 alt bölmədən ibarətdir.
Ana səhifədə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı yerləşdirilib. Naxçıvan Duz Muzeyi bölməsi “Naxçıvan Duz Muzeyi haqqında”, “Tədbirlər”, “Naxçıvan duzu tarixi mənbələrdə” alt bölmələrindən ibarətdir.
Saytın “Elektron kitabxana” bölməsində müxtəlif illərdə Naxçıvan duzu haqqında nəşr olunan elmi ədəbiyyatlar, jurnal və qəzet materialları yerləşdirilib.
Saytda izləyicilər, eyni zamanda fotoşəkillər və videoçarxlarla da yaxından tanış ola, muzeyə virtual səyahət də edə bilərlər.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397690
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
685
5770
17520
56857
3397690

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter