25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünən Kəngərli rayon Qıvraq qəsəbə sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Tofiq Rüstəmov, Qarabağlar kənd sakinləri Samirə Məmmədova, Gülçin Ağayeva, Aysel Şəfiyeva tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən bədii tikmə, toxuculuq məmulatı, mis qablar, saxsı küplər və digər nümunələrdən ibarət 80-dən çox eksponat Kəngərli Rayon ­Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tariximizin və mədəniyyətimizin saxlanc yeri olan muzeylərə son illərdə göstərilən dövlət qayğısından bəhs edib.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri də yaxından iştirak edirlər. Bu ilin 10 ayı ərzində muxtar respublika muzeylərinə 1243 yeni eksponat daxil olub, 7 eksponatın təqdimatı keçirilib.

“Bu gün Kəngərli Rayon Tarix­-Diyarşünaslıq Muzeyində keçirilən növbəti eksponat təqdimatı göstərir ki, muxtar respublikada belə tədbirlər ənənə halını alıb”, – deyən Natəvan Qədimova vurğulayıb ki, əhali arasında bu istiqamətdə maarifləndirici və təbliğat xarakter­li tədbirlər gələcəkdə də davam ­etdiriləcək.
Sonra eksponatları muzeyə hədiyyə edənlər çıxışlarında bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sonda muzeyin ekspozisiyasına baxış olub.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128744
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1548
4356
5904
92344
4128744

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter