21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ömrünün çoxunu qədim diyarımızın tarix-memarlıq abidələrinin bərpasına həsr edən Prezident təqaüdçüsü Arif Əzizov onları bu cür dəyərləndirir


Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən, ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuş, əsası bir yaşayış məskəni kimi 8 min il əvvəl qoyulmuş və 5 min il bundan əvvəl şəhər kimi formalaşmağa başlamış Naxçıvan tarix-mədəniyyət abidələri ilə zəngin bir diyardır. Tarixçi alimlərimiz deyirlər ki, əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş yaddaşıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncam tariximizin daş yaddaşına verilən böyük dəyər olmaqla yanaşı, həm də abidələrimizin bərpasına, onların həyata yenidən vəsiqə almalarına səbəb olub.
Ömrünün 50 ildən artıq dövrünü muxtar respublikamızda memarlıq-inşaat sahəsində çalışan, ötən illər ərzində tarix-memarlıq abidələrimizin bərpasına rəhbərlik edən Arif Əzizova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 12 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ­naxçıvanlılar tərəfindən mədəni irsimizin yaşadılmasında əməyi olan insanlara verilən yüksək qiymət kimi dəyərləndirildi. Bu münasibətlə Arif müəllimlə görüşüb söhbətləşdik:

 – Öncə bütün kollektivimiz adından göstərilən bu etimada görə sizi təbrik edir, yaşı əsrlərin daş yaddaşına həkk olunmuş Naxçıvanımızın qədimliyinin yaşadılması işlərində bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayırıq.

– Çox sağ olun. Bəli, bu, çox böyük bir etimaddır. Mən Prezident təqaüdünə layiq görüldüyüm üçün cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, bu sahədə zəhmətim 2005-ci ildə Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən də yüksək qiymətləndirilmiş və “Naxçıvan Muxtar Respublikasının Əməkdar memarı” fəxri adına layiq görülmüşəm. Vurğulamaq istəyirəm ki, ölkəmizdə əməyi, zəhməti ilə fərqlənənlərin fəaliyyətlərini qiymətləndirmək ənənəsinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə bu məsələ önə çəkilmiş, müxtəlif sahələrdə fərqlənən insanlara fəxri adlar, dövlət mükafatları verilmişdir. Təltiflərimin hər ikisi mənim ömür səhifələrimə qızıl hərflərlə yazılan və qürur duyduğum mühüm hadisədir. Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən orden və medal­ların, fəxri adların, döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimində iştirak etdiyim, ürək sözlərimi söylədiyim üçün də çox şadam. Mən artıq ömrümün 74-cü baharındayam. Bundan sonra da tarix-memarlıq abidələrimizin hər daşının, hər naxışının əsrlər öncə tikildiyi kimi bərpasına çalışacağam ki, bu qədim diyarımızın daş yaddaşına heç bir xələl gəlməsin.
– Həyatının yarıdan çox hissəsini memarlıq-inşaat işlərinə həsr edən Arif müəllim üçün tarixi abidələr nə deməkdir?
– Sualınızı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəyərli fikirləri əsasında cavablandırmaq istəyirəm: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”. Abidələrin, tarixi tikililərin bərpası ilə məşğul olan bir mütəxəssis kimi mənim üçün onlar tarixdir, kitabdır, o kitab ki vərəqlədikcə hər yeni səhifədə qədim yurdumuzun keçmişindən bəhs edən bir hadisənin salnamələşdiyini görmək olur.
– Naxçıvan və abidələr… Diyarımızın müxtəlif yerlərində olan abidələrə, onların tarixinə – dünəninə, bu gününə bələd olan insan kimi, sizcə, o abidələr nədən “söhbət açır?”
– Bildiyimiz kimi, alimlər elmi araşdırmalar apararkən abidələri iki aspektdə öyrənirlər: yeraltı və yerüstü tarixi abidələr. Yeraltı qədim abidələr dedikdə mağaralar, kurqanlar, qəbirlər və digərləri, yerüstü abidələr dedikdə isə məişət tikililəri, qala, məscid, günbəz, körpü kimi keçmişin yadigarları yada düşür. Bunların hər biri Naxçıvanda vardır. Bura tarixi abidələr diyarı, ilkin mədəniyyət ocağı, ümumilikdə isə İslam mədəniyyətinin beşiyidir. Bax tarixi abidələrimizin hər biri bunlardan “danışır”, bu fikirləri təsdiqləyir.
Bəziləri tamamilə torpağın dərinliklərində qalan, bəzilərinin qalıqları çətinliklə tapılan, bəzilərininsə bir tərəfi uçub-tökülən tarixi abidələrin son 20 ildə muxtar respublika ­rəhbərinin sərəncamları ilə bərpası onlara yeni həyat bəxş edib. Bərpa və tikintisinə rəhbərlik etdiyim Qarabağlar Türbə Kompleksi, Gülüstan, Yusif Küseyir oğlu, Nəiminin və Nuh Peyğəmbərin türbələri, Xan sarayı, Naxçıvanqala, İmamzadə, Qeysəriyyə tarixi abidələri, Əcəmi seyrəngahı, Açıq səma altında muzey, Yengicə kəndindəki Şərq hamamı, İsmayılxan hamamı, Cəlil Məmməd­quluzadə, Hüseyn Cavid, Yusif Məmməd­əliyevin ev-muzeyləri və digərləri bu diyarın qədim tarixindən, zəngin mədəniyyət və ədəbiyyat ocağı olmasından “söhbət açır”. Eyni zamanda həmin tikililər bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir.
– Arif müəllim, bərpa işlərində ən çox diqqət yetirdiyiniz məqamlar hansılardır?
– Təbii ki, orijinala istinad. Abidələrin özünəməxsus memarlıq üslubuna xələl gə­tirməmək. Verilmiş layihə əsasında keyfiyyətli bərpa.
– Bəs elə olubmu ki, abidələrdə və tarixi tikililərdə bərpa zamanı maraqlı, gözləmədiyiniz, sizin üçün yeni olan nələrəsə rast gələsiniz?
– Əlbəttə, dəfələrlə. Xan sarayının bərpası zamanı maraqlı bir hadisə baş verdi. Tapşırıq verilmişdi ki, binanın həyət hissəsi bir qədər də dərinləşdirilsin. Qazıntı aparılarkən ərazidə vaxtilə tikilmiş yaşayış binasının bünövrəsinin altından sal daşlar çıxdı. Daşları qaldırarkən burada torpaqla dolmuş quyu və onun 15 metrinin kərpiclə hörüldüyünü gördük. Araşdırmalar bunun xan evinin “dol-qayıt” quyusu olduğunu təsdiqlədi. 5 metr də təmizlədik, ümumilikdə, 20 metr dərinlikdə olan quyuya nasos da qoyuldu, işə salındı.
Qarabağlar türbəsinin bərpası zamanı isə türbə ilə qoşa minarə arasında divar qalıqları olan yerdə bizim üçün tamamilə yeni olan bir görüntü ilə qarşılaşdıq. Burada çox sayda təndirlərə, kürsülük, dən döymək üçün yerlərə rast gəldik. Sözsüz ki, bütün bunlar vaxtilə zəvvarların burada müəyyən müddət qalmasının göstəricisidir.
Hazırda Culfa rayonunun ərazisində orta əsrlərdə Əlincəçay üzərində inşa edilən Şərq memarlıq üslubunun bənzərsiz nümunələrindən olan Qazançı körpüsünün bərpasını tamamlamaq üzrəyik. Burada da maraqlı bir hadisə baş verdi. Yenə də bərpa işlərini layihə çərçivəsində həyata keçirir, çalışırdıq ki, bu tarixi abidənin qədim görünüşü olduğu kimi qalsın. Körpünün aşağı hissələrini buraya yaxın olan dağdakı daşlarla işlədik. Qeyd edim ki, bütün bərpa işlərində yerli məhsullara üstünlük veririk. Çünki onlar əvvəlki tikinti materiallarına çox uyğun gəlir. Qədim abidələrin də hər biri, sözsüz ki, vaxtilə bu yerin daşları ilə tikilib. Körpünün tağ və məhəccər hissəsinə çatanda buraya sarımtıl daşlar qoyulmalı idi ki, orijinala uyğun gəlsin. Neçə cür daşdan istifadə etdiksə, heç cür uyğunlaşdıra bilmədik. Abidənin bərpasında maraqlı olan və tez-tez buraya gələn Qazançı kənd sakini, 83 yaşlı şair Qabil Abbas axtardığımız daşları Ərəfsə kəndinə gedən yolun üstündəki dağdan tapa biləcəyimizi söylədi. Həmin daşlara baxdıq, həqiqətən, uyğunluq çox idi. Böyük olan bu daşlar maşın-texnika vasitəsilə çıxarılıb “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə gətirildi, orada bizə lazım olan düzbucaqlı şəklə salındı. İstifadə zamanı isə həmin daşlar bərpa işlərini aparan inşaatçılar tərəfindən yonulub lazım olan formaya salındı və körpünün tağ və məhəccərlərinə qoyuldu. Eynilə körpünün orijinalında olan görünüşü ala bildik. Kim bilir, bəlkə də, elə vaxtilə körpünün tikildiyi zaman da həmin daşlardan istifadə edilibmiş. Yeri gəlmişkən, qəzetiniz vasitəsilə Qabil Abbasa da minnətdarlığımı bildirmək istəyirəm. Belə yaşlı insanlar hər daşı bir tarix olan Naxçıvanın canlı abidələridir.
– Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin İSESKO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Hər bir naxçıvanlı üçün böyük uğur olar ki, yaşı tarixin özü qədər qədim abidələrimiz həmin siyahıya daxil edilsin.
– Qeyd edim ki, Ali Məclis Sədrinin ­Sərəncamı ilə ərazidəki tarix-mədəniyyət abidələri pasportlaşdırılarkən bu abidələr dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Əlbəttə, bu abidələrin İSESKO-nun siyahısına salınması ilə əlaqədar məsələ qaldırılması çox təqdirəlayiqdir. Qədim Naxçıvanımız buna bütün tarixi keçmişi ilə layiqdir.
– Bu gün Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində də gənc memarlar yetişdirilir. Düşünürük ki, tarixi abidələr diyarında belə mütəxəssislərə, xüsusilə də bərpaçı memarlara daim ehtiyac var.

– Böyük Xalq şairi Səməd Vurğun deyir:


Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır,
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.

Əlbəttə, ötən nəsillərdən qalan bu yadigarları biz də gənc nəsillərə etibar edəcəyik. Sevindirici haldır ki, Naxçıvanda memarlar yetişir. Çünki tarixlə yaranıb, tarix durduqca yaşayacaq bu abidələrin daim bərpaya ehtiyacı olacaq.
– Arif müəllim, abidələr tariximizin ­döyünən ürəyidir. O döyüntünün bir an dayanması tariximizə, mədəniyyətimizə xain əllərin qəsdi deməkdir.
– İndi hər bir naxçıvanlı əmin ola bilər ki, o döyüntü bir an da dayanmayacaq. Çünki 20 ildən artıqdır ki, Azərbaycanın, eləcə də minilliklər öncəki dünya tarixini özündə yaşadan, ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanımızın tarixini, milli-mənəvi dəyərlərini əks etdirən abidələri, tarixi tikililəri öyrənilir, təbliğ edilir, bərpa olunur, qorunur. Bu, o deməkdir ki, tariximiz olduğu kimi yaşadılır və gələcək nəsillərə çatdırılır. Tarixi-mədəni irsi qorumaq isə hər birimizin vətəndaşlıq borcudur.
– Maraqlı müsahibə üçün sağ olun.

Müsahibəni qələmə aldı:
Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299399
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3221
4291
11167
84045
3299399

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter