21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram ­Teatrında Naxçıvan Muxtar Res­­publikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək bildirib ki, Səyyad Bayramov ömrünün 30 ildən çoxunu Naxçıvan teatrına, muxtar respublikada rəsm sənətinin inkişafına həsr etmiş, 20-dən artıq tamaşaya tərtibat vermişdir. Onun yaxından iştirakı ilə ərsəyə gələn Hüseyn Cavidin “Topal Teymur”, Nəriman Nərimanovun “Nadir şah”, Nazim Hikmətin “Kor padşah”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərləri böyük tamaşaçı marağına səbəb olmuşdur. Səyyad Bayramov rəssamlıq sənətinin digər janrlarında da uğurlu nümunələr yaratmışdır. O, muxtar respublikada keçirilən yaradıcılıq müsabiqələrində və təşkil olunan sərgilərdə yaxından iştirak edir, maraqlı rəsm əsərləri ilə tamaşaçının rəğbətini qazanır. Səyyad Bayramov gənc rəssam kadrların yetişməsində də yaxından iştirak edir. O, Rəssamlar Birliyinin üzvü kimi üzərinə düşən ictimai vəzifələrin öhdəsindən layiqincə gəlir. Səyyad Bayramovun yaradıcılığı və əməyi yüksək qiymətləndirilmiş, 2008-ci ildə o, “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezident təqaüdünə layiq görülmüşdür. Bu gün 60 yaşı tamam olan Səyyad Bayramov yaradıcılığının məhsuldar bir dövrünü yaşayır.

Əli Həsənov gələcəkdə də muxtar respublikamızda mədəniyyətin inkişafına öz töhfəsini verəcəyinə dərin inamla Səyyad Bayramovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından təbrik edib və ona yeni yaradıcılıq uğurları ­arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək yubilyarı təbrik ediblər.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov yaradıcılığına yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respub­likası Ali Məclisinin Sədrinə ­minnətdarlığını bildirib.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299504
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3326
4291
11272
84150
3299504

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter