15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Dünya mədəniyyətinə çox böyük töhfələr vermiş Azərbaycan xalqının ən möhtəşəm tarixi abidəsi “Kitabi­-Dədə Qorqud” dastanıdır. VII əsrdən üzübəri ozanların Oğuz yurdunu oymaq-oymaq gəzib yaydığı “Kitabi-Dədə Qorqud” boyları bu ərazidə türk dilində danışan Azərbaycan xalqının yaşadığını sübut edən əhəmiyyətli bir mənbədir. Dastanda cərəyan edən real tarixi hadisələr Azərbaycanda baş verib.
Hələ VI əsrin sonu, VII əsrin əvvəllərində Ağqoyunlu tayfaları Dərbənddən Zəncana qədər olan geniş bir ərazidə – Böyük Qafqazın ətəklərində, Qarabağda, Naxçıvanda, Göyçə gölü ətrafında yaşayıblar. Soykökü “xanlar-xanı Bayandur xana” gedib çatan Ağqoyunlular sonralar paytaxtı Diyarbəkir olan Oğuz dövləti yaradırlar. Bu dövləti idarə edən sülalə Bayandur xanın adı ilə “Bayandurlar” adlanır. Oğuzlar Göyçə gölü ilə Arpaçay arasındakı dağları Alagöz yaylaqları və ya Alagöz dağları adlandırırdılar.
Oğuz türklərinin tarixindən bəhs edən Əbu Bəkr əl-Tihrani əl-İsfahani­nin “Kitabi Diyarbəkriyyə” əsərində Ağqoyunluların ulu babası Oğuz xaqanın Göyçə gölü ətrafında vəfat etdiyini yazır. Dastanda adıçəkilən bu göl vaxtilə Oğuz elinin sərhədi daxilində yerləşən, indi isə Ermənistan ərazisində qalan Göyçə gölüdür.
Dastanın boylarında təsvir olunan həyat və məişət şəraiti oğuzların oturaq həyat sürdüyünü təsdiq edir. Ağban elinin oymaqlarında əsas peşə taxıl əkib-becərmək olub. “Qatar-qatar dəvələri”, “tövlə-tövlə şahanə atları”, saysız-hesabsız qoyun sürüləri olan oğuzlar bu peşələri müstəqil istehsal sahələrinə çevirir, oğuz sənətkarlarının düzəltdiyi əl işləri hər yerdə şöhrət qazanır, həmin məmulatlardan ən çox hərbi işlərdə istifadə edilirdi.

Bu fikri dastanda bir çox məmulatların, silah adlarının çəkilməsi də sübut edir. Boylarda cəbbəxanalardan polad və dəmirdən hazırlanan məmulatlardan – yonucu, balta, bıçaq, nal, üzəngi, cilov, üçayaq qazanlardan ətraflı danışılır. Oğuz sənətkarlarının əl işləri öyünülür.
Oğuz türkü at belində doğulub. Bu igidlər üçün hərbi iş daimi məşğuliyyət sayılırdı. Türk oğlu, oğuz övladı kiçik yaşlarından türk döyüş qaydalarını bilməli, qılınc, nizə, çomaqla davranmağı bacarmalı idi. Böyüyən hər igid qılınc çalıb, qurşaq tutub, igidlik göstərməli, ad qazanmalı idi. Tayfanın hər bir üzvü döyüşçü sayılırdı. Elə ki döyüş başladı, hər boy öz istiqamətini tutar, düşmənlə üz-üzə gələndə hər bölük sərkərdəsi düşmən sərkərdəsilə təkbətək vuruşardı. Sonra dəstələr arasında döyüş başlayar, düşmən bayrağının yerə salınması, ordugahın ələ keçirilməsi ilə başa çatardı. Ələ keçirilmiş düşmən xəzinəsi döyüşçülər arasında bölüşdürüldükdən sonra ümumi şənlik başlayardı. Oğuz qadınları ər igidlərdən geri qalmazdı – at çapar, qılınc oynadar, Vətənin dar günündə böyük, iti polad qılınca qurşanıb ərlə, qardaşla birlikdə döyüşə yollanardı.
“Kitab-Dədə Qorqud”un bütün boylarında igidlərin Vətən sevgisindən geniş bəhs edilir. Dastanda Azərbaycan torpaqlarına aramsız hücumlar edən yadellilərə qarşı mübarizə, xüsusilə parlaq əks olunub. Bu tarixi gerçəklik “Bəkil oğlu İmran” boyunda da görünür. Buradan təsvir olunur ki, oğuzun başbiləni Dədə Qorqud gürcü feodallarının hücumunun qarşısını almaq üçün sərhədlərin qorunmasını məsləhət görür. Azərbaycanın qərb sərhədlərinin, o cümlədən Bərdə və Gəncənin müdafiəsinə qalxan oğuz ərənləri “polad üzlü qılıncına” and içir, yağı ayağının müqəddəs Vətən torpağına dəyməsinə icazə vermirdilər.
İsmət, namus oğuz qadınları üçün müqəddəsdir. Belə ki, “Salur Qazanın evinin yağmalanması” boyunda əsir düşüb aparılan Burla xatun əri Qazan xanın namusunu qorumaq üçün oğlu Uruzun ətindən bişiriləcək qovurmadan yeməyə razılıq verir.
Hələ X əsrdən çox-çox əvvəl oğuz türklərində pul və maliyyə sistemi fəaliyyət göstərirdi. “Kitabi-Dədə Qorqud” boylarında oğuzların qızıl pullarından, altun axçalarından danışılır. Dastanda “Duxa qoca oğlu Dəli Domrul” boyunda qızıl-gümüş pulu xərcləmək hesabına qurulan şənliklərdən də bəhs olunur. Boylarda vergilərlə bağlı ifadələr də işlədilir. Aydın olur ki, oğuz türklərində vergi natura və pul formasında alınar, 24 sancağa bölünən ölkənin idarə olunmasına, divanxananın saxlanmasına sərf edilərdi. Dastanın ayrı-ayrı boylarından bəlli olur ki, oğuzlar Şam, Rum, o cümlədən Konstantinopolla ticarət əlaqələri saxlayırdılar.
Hələ çox qədimdən, İslamdan əvvəl tək Allaha – Tanrıya inanan oğuzlar xilafət işğalları dövründə İslam dinini qəbul edən türk xalqlarından biridir. Azərbaycan türkləri İslam dinini daha erkən qəbul etməklə yanaşı, bu dinin yayılmasında da mühüm rol oynayırdılar. Mənbələrin birində deyilir ki, Dədə Qorqud 632-ci ildə Ərəbistana gedərək Xəlifə Əbu Bəkrlə görüşür, İslam dinini qəbul edir. Bu da Dədə Qorqudun Məhəmməd Peyğəmbər (s.ə.s) zamanında yaşadığına dair dəlillərdən biridir. Dastanda iki müqəddəs şəhərin – Məkkə və Mədinənin adı hörmətlə, ehtiramla çəkilir, “Tanrı evi Məkkə və Mədinə”, – deyə onlardan söhbət açılır. Dastanın girişində İslamın müqəddəs ayini olan Həcc ziyarətindən söz açılması o dövrdə oğuzların İslamı mükəmməl mənimsəməsini təsdiqləyən faktdır. İslamaqədərki dövrlərdə yad­ellilərə qarşı türk-oğuz bayrağı altında mübarizə aparan Azərbaycan tayfalarının bir-birilə qovuşması ilə türk-islam birliyi yaranır.
Dədə Qorqudun yaşadığı zamanlara aid memarlıq abidələri xalqımızın tarixinin daşlaşmış yaddaşı, zamanların əsrarəngiz nişanəsidir. Lap qədimdən “Qala quran qış”, yəni oğuzlardan bu günümüzə qədər gəlib çatan, hər daşında bir tarix yaşadan qalalar, bürclər müxtəlif müdafiə qurğuları kimi yadigar qalıb. Onlardan biri öz əzəmət və qüdrəti ilə çox fatehləri heyrətə salan Əlincə qalasıdır. Qalanın adının “Əlincə” adlanması haqqında müxtəlif fikirlər və yozumlar vardır. Xalq arasında “Əlincə” sözünün qalanın alınmazlığına, əlçatmazlığına işarə olması bildirilir.
“Kitabi-Dədə Qorqud” dastanında ölkəmizin ərazisində olan çoxsaylı karvansaraylardan da söz açılır. Bu abidələrin əksəriyyəti müdafiə məqsədilə möhkəmləndirilmiş tiki­lilər hesab olunur. Onlar Azərbaycandan keçən beynəlxalq ticarət yolları üzərində yerləşirdi.
Dastanın əsl nüsxəsi bizə qədər gəlib çatmasa da, hazırda eposun iki əlyazma nüsxəsi məlumdur. Hər iki əlyazma XV əsrdə əvvəlki əlyazmalardan köçürülüb. Bu əlyazma nüsxələrindən daha mükəmməli bir müqəddimə, on iki boydan ibarət olmaqla, Almaniyanın Drezden, digəri isə bir müqəddimə və altı boydan ibarət olmaqla, Vatikan muzeyində saxlanılır.
“Kitabi-Dədə Qorqud” abidəsi ana dilimizdə yazıya alınmış ilk qədim və möhtəşəm sənət əsəridir. Dastan alman alimi Fridrix fon Ditsin 1815-ci ildə verdiyi ilk məlumatdan sonra elm aləmində məşhurlaşmağa başlayıb. Belə ki, o, 1815-ci ildə “Basatın Təpəgözü ­öldürməsi” boyunu almancaya tərcümə etmişdir. Azərbaycanda isə eposu ilk dəfə 1939-cu ildə görkəmli ədəbiyyatşünas Həmid Araslı çapa hazırlayıb. Şəxsiyyətə pərəstişin ifşasından sonra abidə Azərbaycanda geniş şəkildə öyrənilib, onun əsasında film çəkilib. Filmin ssenari müəllifi Azərbaycanın Xalq yazıçısı Anardır.
Xalqımızın ümummilli lideri ­Heydər Əliyevin 20 aprel 1997-ci il tarixli Fərmanı əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyi geniş şəkildə qeyd edilib. Respublikamızda və bir sıra xarici ölkələrdə elmi konfranslar təşkil olunub. 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə ciddi töhfə verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə dastan yenidən kütləvi şəkildə nəşr olunub. Dövlət başçısının 2015-ci il 20 fevral tarixli digər Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyi ölkəmizdə, eləcə də muxtar respublikamızda geniş şəkildə qeyd edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda “Kitabi-Dədə Qorqud” dastanının da özünə yer alması bu böyük tarixi abidəyə ehtiramın ifadəsidir. Bu dastanın hər evdə olması, hər ailədə oxunması gənc nəsli onun ideya-bədii xüsusiyyətləri əsasında tərbiyə etmək baxımından mütləqdir, zəruridir.

Bəsirə BUDAQOVA
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407371
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
912
4561
27201
66538
3407371

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter