24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikamızın ayrı-ayrı bölgələrində müxtəlif xalq teatrları fəaliyyət göstərir. Bu ­teatrlardan biri də Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrıdır. Teatr 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayıb. Dərnək ayrı-ayrı əsərlərdən parçalar səhnələşdirməklə tamaşaçıların rəğbətini qazanıb.
Dərnək muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə də iştirak edib, özünə tamaşaçı auditoriyası toplamaq üçün teatr sənətinin imkanlarından istifadə etməyə səy göstərib. İllər ötdükcə könüllü sənətsevərləri ətrafında cəmləşdirə bilib. 1981-ci ildə isə “Xalq teatrı” statusunu alıb. Teatrın repertuarında Azərbaycan dramaturqlarının əsərləri xüsusi yer tutur. Bəhs olunan dövrdə teatrda Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında “Yuxu” menipeyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” və başqa əsərlər öz səhnə həllini tapıb. Teatr dünya dramaturgiyasına müraciət etməyi də unutmayıb. Ötən illər ərzində bu teatrın səhnəsində Aleksandr Serqeyeviç Puşkinin “Motsart və Solyeri”, Anton Çexovun “Ayı” və başqa əsərlər tamaşaya qoyulub. Fəaliyyəti dövründə burada aktyorlar, rejissorlar nəsli formalaşıb. Onlar professional səhnələrdə fəaliyyət göstərən həmkar­larının təcrübəsindən bəhrələnməyə çalışırlar.

Bu illər ərzində teatr xeyli uğu­ra imza atıb, dəfələrlə fəxri fərman­lara layiq görülüb. Be­lə ki, 2008-ci ildə ölkə ­sə­viyyəsində keçiri­­­­­­­­­­­l­­ən Xalq teatrlarının I ümum­­­­­­­­­­­­­­respublika baxış mü­sa­biqəsində Rza Təh­masib adına Şərur Ra­yon Xalq Teatrı Mirzə­ Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri ilə iştirak edib və 54 teatr kollektivi arasında II yerə layiq görülüb. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi xalq teatrlarının baxış müsabiqələrində bir sıra tamaşalarla çıxış edən teatrın hazırladığı “Motsart və Solyeri” tamaşası ən yaxşı rejissor işi nominasiyası ilə təltif olunub.
Teatrın quruluşçu rejissoru Nəsimi Məmmədzadədir. Bu sənətə qəlbən bağlı olan Nəsimi teatrın repertuarının zənginləşdirilməsi qayğısına qalır, gənclərin teatra cəlbini diqqət mərkəzində saxlayır. Söhbət zamanı o bildirdi ki, bu gün professional teatr üçün baza rolunu oynayan xalq teatrları öz yaradıcı kollektivini dram dərnəklərindən, kənd mədəniyyət evlərinin işçilərindən, orta məktəblərdən təmin edir. Xalq teatrları bu sənətin, ümumilikdə, milli mədəniyyətin inkişafına, ətrafına topladığı gənclərin bədii-estetik zövqünün formalaşmasına, asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verir.
Şərur teatrı da qarşıya qoyulan bu vəzifələrin öhdəsindən gəlməyə səy göstərir, rayonun mədəni həyatında fəal iştirak edir, sakinlərin asudə vaxtlarının səmərəli təşkilində onlara yaradılmış şəraitdən lazımınca faydalanır.
Hərtərəfli qayğı ilə əhatə olunmuş teatrın fəaliyyəti diqqət mərkəzindədir. 2016-cı ildə bu sənət ocağının 35 illik yubileyinin qeyd olunması da bunun bariz ifadəsidir. Yubiley mərasimində teatr Şərur adət-ənənələrini əks etdirən “Şə­rur toyu” ədəbi-bədii kompozi­si­­­­ya­sı ilə tamaşaçılarını bir daha ­sevindirib.
Nəsimi Məmmədzadə onu da vurğuladı ki, dövlətimiz mədəniyyət işçilərinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli mühit, münbit şərait yaradıb. Teatrın fərqlənən ak­tyorları yüksək dövlət mükafatlarına layiq görülüblər. Bizimsə öhdəmizə düşən daha məhsuldar çalışmaq, insanları düşündürən, maarifləndirən, milli ideologiyamıza xidmət edən səhnə əsərləri ilə tamaşaçı qarşısına çıxmaqdır. Bu vəzifələri yerinə yetirmək üçün yerlərdə olur, hərbi hissələrə gedir, hazırladığımız tamaşalarla çıxış edirik. Son illər qastrol coğrafiyamız bir qədər də genişlənib. Belə ki, muxtar respublikanın rayonlarında da tamaşalar göstəririk.
İnanırıq ki, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı bundan sonrakı fəaliyyəti ilə də tamaşaçıların rəğbətini qazanacaq, ra­yo­­­­­n­un­­­ ­mədəni həyatının güzgüsünə ­çevriləcək.

Əhməd ƏHMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179741
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1058
4484
9931
94288
3179741

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter