15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

“Keçili”, yoxsa “Zimmi keçidi”

Keçili kəndi Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin yamacında yerləşən qədim yurd yerlərindən biridir. Ərazidəki Kolluq yaşayış yeri, Dəyirman yeri, IX-XIII əsrlərə aid Xaraba Keçil kənd yeri, Keçil qəbiristanlığı və sair kimi maddi-mədəniyyət abidələri burada yaşayışın qədimdən mövcud olduğunu təsdiqləyir. Azərbaycanda məşhur olan Çınqıllı bulağı da bu kənddə yerləşir.
Faktlar sübut edir ki, XVI əsrə qədərki mənbələrdə “Keçili” kənd adına rast gəlinmir. Ona görə ehtimal edirik ki, həmin dövrə qədər kəndin adı “Zimmi keçidi” olmuş, keçili tayfası kənddə məskunlaşdıqdan sonra kəndə “Keçili” adı verilmişdir. “Zimmi keçidi” XVI-XVIII əsrlərdə Naxçıvan sancağının Dərəşahbuz nahiyəsində qeydə alınmış kənd adıdır. Nahiyədə bir-biri ilə həmsərhəd olan Nursu, Külüs, Əyrək kəndləri ilə yanaşı, adıçəkilən Zimmi keçidi kəndinin 1727-ci ildə gəliri 6737 ağça olmuşdur. Mənbələrdə “Zimmi keçidi” adının mənşəyinə toxunulmur, ancaq tədqiqatçıların bəziləri “Keçili” kənd adının mənşəyini “yer səthinin quruluşu, iqlim şəraiti ilə əlaqədar “keçid” şəklində mənalandırırlar ki, bu mülahizə də Keçili kəndinin keçmiş adının “Zimmi keçidi” olması ehtimalını artırır. “Zimmi keçidi” adının birinci komponentinin (zimmi) mənası tam aydın deyil. Ola bilsin ki, adın bu hissəsi ərəbcə “orta, ara” mənasında işlənən “zimn” sözündən yaranmışdır. “Keçid” sözü isə “bir yerdən başqa yerə keçmək üçün yol, keçəcək”, “iki dağ arasında olan dar boğaz” mənasında işlənir və “Zimmi keçidi” adı yer səthinin quruluşu ilə bağlı “dağ ortası, iki dağ arasında olan yer, məkan” mənasını verir.

Bir faktı qeyd edək ki, XVI əsrdən sonrakı mənbələrdə “Keçili” adına çox təsadüf edilir və bütün müəlliflər adın mənşəyinin tayfa adı ilə bağlı olduğunu yazırlar. Məsələn, Naxçıvana dair tarixi sənədlərdə yazılır ki, “Tayifeyi-keçili” adı ilə Arazın sağ sahilində yaşayan bu tayfa XVI əsrdə Səfəvilər dövründə Arazın şimalına köçmüş və Kəngərli tayfalarının tərkibinə daxil olmuşdur. Həmin sənəddə qeyd edilir ki, “kəngərlilərə görə keçililəri ayrıca tayfa saymaq lazımdır. Nadir şah Kabula hücum edəndə onun qoşununun tərkibində kəngərlilər və keçililər də olmuşdur. Nadir şahın ölümündən sonra Azad xan keçililərdən ibarət bir dəstəni – 18 nəfəri qoşununa qəbul etmişdir”. Arazın cənubunda yaşayan keçililər keç tayfası kimi tanınmış və Kərim Sultan adlı şəxs bu tayfaya başçılıq etmişdir. Məlumata görə, bu vəzifədən azad edilən Kərim Sultan İran şahı Kərim xan Zəndə həmin vəzifəyə qayıtmaq üçün müraciət edir və onun xahişi qəbul olunur.
Mənbələrdə “Keçili” tayfa adı “keçili, qızılkeçili, sarıkeçili” variantlarında təqdim olunur və tayfanın yayılma arealları da göstərilir. Məsələn, İ.Şopen XIX əsrdə İrəvan quberniyasının Sərdarabad nahiyəsində iki Keçili, Naxçıvan qəzasında isə bir Keçili kəndinin varlığını təsdiqləyir. A.V.Qordlevski qızılkeçililərin oğuzların qayı tayfasına mənsub olduğunu yazır. Bu adın məna açımı ilə bağlı heç bir tədqiqat aparmayan K.N.Smirnov “Keçili” sözünün mənşəyini səhv olaraq “keçi/ keçiçilik” sözü ilə əlaqələndirir. Q.Məşədiyev belə hesab edir ki, “Keçili” türkmənlərin tərkibində ayrıca tayfa olmuşdur. Çox güman ki, oğuz-türkmən tayfası olan yürüklərin sarıkeçili qolu da bu tayfa adı ilə əlaqədardır.
Bu müəlliflərdən fərqli olaraq, Q.Qeybullayev keçililəri kəngərlilərin bir qolu hesab edir və Şahbuz rayonundakı Keçili kəndinin “Plankənd” adlandırıldığını da yazır. Ancaq qeyd etmək lazımdır ki, Plankənd Şahbuz rayonundakı Keçili kəndinin yox, əsası Naxçıvanın Keçili kəndindən köçən ailələr tərəfindən qoyulmuş Şəmkir rayonundakı Keçili kəndinin adıdır. Mənbələrin məlumatına görə, XVII əsrdə Şahbuz nahiyəsinin Keçili kəndindən bir qrup ailə Şəmkir rayonuna köçmüş və məskunlaşdıqları kəndə “Keçili” adını vermişlər. 1954-cü ildə həmin kənd planlı surətdə köhnə ərazidən bir qədər aralıda (indiki yerində) salındığı üçün “Plankənd” adlandırılmış, 1994-cü ildə kəndin adı yenidən “Keçili” kimi rəsmiləşdirilmişdir.
Yuxarıdakı xülasədən aydın olur ki, Səfəvilərin hakimiyyəti dövründə Arazın şimalına köçüb Naxçıvanda məskunlaşan tayifeyi-keçili Kəngərli tayfaları ilə qaynayıb-qarışmış, təbiətin gözəl guşəsində özlərinə yurd-yuva salmış qədim soykökümüzü qoruyub saxlayan türk tayfalarından biridir. Bu adın paralelləri Şəmkir, Zəngilan, Zaqatala rayonlarında, Gəncə şəhərində, Türkiyə, İran, Türkmənistan və Gürcüstanda da mövcuddur.

Qaraxanbəyli kəngərlilərin yurd yerlərindən biridir

Qaraxanbəyli Naxçıvan şəhər inzibati ərazi vahidinə daxil olan kənddir. 2009-cu ilə qədər Babək rayonunun tərkibində olmuş bu kənd “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Tumbul, Hacıniyyət, Bulqan və Qaraçuq kəndləri ilə birlikdə Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.
Dilimizdə “Qaraxanbəyli” adının yaranması ilə bağlı belə bir fikir vurğulanır ki, əsası Qaraxan bəy adlı şəxs tərəfindən qoyulduğu üçün kəndə “Qaraxanbəyli” adı verilib. Bəlkə də, bu fikir həqiqətə yaxındır, ancaq araşdırmalar sübut edir ki, kənd ərazisi tarixən kəngərlilərə məxsus olduğu üçün kəndə eyniadlı tayfanın adı verilib. “Kəngərlilərin qaraxanbəyli tirəsi tarixən bu kənddə, qızılqışlaq tirəsi isə Bulqanda yaşayıb”, yəni “Qaraxanbəyli” adı kəndin əsasını qoymuş bir elin adı ilə bağlı yaranıb. Odur ki, “Qaraxanbəyli” adının kəngərlilərin tayfa adı əsasında yaranması fikri elmi cəhətdən özünü doğruldur. Yeri gəlmişkən bir faktı da qeyd edək ki, XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü Kəngərli tayfalarından biri də qaraxanbəyli tayfası olmuş və Füzuli rayonundakı Qaraxanbəyli kəndinin əsası da buradan köçürülən kəngərlilərin qaraxanbəyli tayfasına məxsus ailələr tərəfindən qoyulmuşdur.
“Qaraxanbəyli” adının kəngərlilərə məxsus olmasını Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda XVII-XVIII əsrlərə aid kəngərlilərin torpaq mülkiyyəti ilə bağlı saxlanılan qəbalə sənədləri də təsdiqləyir. Oxucular üçün maraqlı olar deyə tədqiqatçı E.Seyidbəyli tərəfindən nəşr olunmuş həmin qəbalənin surətini olduğu kimi təqdim edirəm: “Kənd Məhəmməd bəy Kəngərliyə ata-babadan qalma xüsusi əmlak hesabında idi. 1770-ci ildə Məhəmməd bəy Şiraza gedərkən Təbriz şəhərində kəndi əmlakı ilə birlikdə otuz tümən Təbriz məbləğinə Ağa Nemət Təbrizi adlı bir şəxsin yanında (girov) qoymuş (satmış), ancaq səfər zamanı vəfat etdiyindən qərarlaşdırılmış vaxtda girov pulu sahibinə çata bilməmişdi. Ona görə Qaraxanbəyli əmlakı zərurət üzündən satışa qoyulmuş alverə əsaslanan qanun üzrə Ağa Nemət Təbrizinin xüsusi əmlakına çevrilmişdi. Ağa Nemət Təbrizi də öldükdən sonra 1787-ci ilə qədərki dövrdə isə sahiblik onun vərəsələrindən (üç övladı olub) asılı bir vəziyyətdə qalmışdı. Bütün bu müddət ərzində vərəsələr həddi-buluğa çatmamış olduqlarından öz hissələrindən bir dəfə də olsun, faydalana bilməmişlər. Məhz bu səbəbdən də alğı-satqı şəriət məhkəməsinin ali məclisində Qaraxanbəyli əmlakının açıq satışa qoyulması qərarına gəlmişdilər. Əmlak satıldıqdan iki il sonra (1789-cu ildə) Kəngərli elinin vəkili Məmmədkərim Soltanın böyük övladı Lütfəli Soltan öz xahişi ilə “Qaraxanbəyli” adı ilə məşhur əmlakın yayılmış şəkildə olan bütün mülklərini, toxum səpilə biləcək torpaq sahələrini və yaşıllıqların hamısının bütünlükdə yarısını; çayları, arxları, naxır otlaqlarını ikiqat qiymətə – qırx tümən Təbriz məbləğinə alır. Əmlakın dəyər qiymətinin yarısı gümüş pulla ödənilir. Lütfəli Soltanın əmlakı belə baha alması Ağa Nemət Təbrizinin yetim qalmış üç övladının həyatını təmin etmək məqsədi daşıyırmış”. Sənəddə yazıldığı kimi, Qaraxanbəyli kəndi binə olduğu vaxtdan kəngərlilərə məxsus yurd yeri olmuş və nəslin tayfa adını günümüzədək yaşatmışdır.

Adil BAĞIROV
filologiya elmləri doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275857
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1299
4179
13626
60503
3275857

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter