17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamları daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sənət adamlarına, aktyorlara, rəssamlara, musiqiçilərə göstərdiyi diqqət və qayğı bunun bariz ifadəsidir. Məhz Ali Məclis Sədrinin göstərişinə əsasən onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu gün keçirilən yubiley də bu ənənələrin uğurlu davamıdır.
Diqqətə çatdırılıb ki, yubileyi qeyd edilən tanınmış aktyor Kamran Quliyev teatrda 80-ə yaxın dolğun obraz yaradıb. Bu obrazlar dərin psixoloji dünyası ilə seçilən xarakterlərdir. 1980-ci ildə teatrın baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Vəli Babayevin dəvəti ilə bu sənət ocağında fəaliyyətə başlayan sənətkar Naxçıvan teatrının səhnəsində müxtəlif taleli obrazlar canlandırıb. Aktyorun yaratdığı rəngarəng obraz və personajlar onu teatrsevərlərə sevdirib. Kamran Quliyev həm də gözəl rejissor və pedaqoq kimi tanınır.

Naxçıvan teatrının səhnəsində 44 səhnə əsərinə uğurlu rejissorluq edən Kamran Quliyev “İtilənən xəncərlər”, “Əlincə qalası”, “Səyavuş”, “Şeyx Sənan”, “Topal Teymur”, “İblis”, “Yarımçıq şəkil”, “Pompeyin Qafqaza yürüşü”, “Araz sahilində doğan Günəş”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı” və digər tamaşaların rejissoru olub.
Vurğulanıb ki, istedadlı aktyorun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1987-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1999-cu ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2002, 2003 və 2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olub, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Nazir Xalq artisti Kamran Quliyevin keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən söhbət açaraq qeyd edib ki, o, 1958-ci il sentyabrın 9-da Babək rayonunun Zeynəddin kəndində anadan olub və ilk təhsilini bu kənddə alıb. Uşaqlıq illərindən teatr sənətinə olan vurğunluq bu gənci 1975-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirib. Böyük sənətkarlardan dərs alan Kamran Quliyev Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətə başlayıb. Elə ilk illərdən rejissorların diqqətini səlis diksiyası və fitri istedadı ilə cəlb edən aktyor bir-birinin ardınca maraqlı səhnə obrazları yaradıb. Kamran Quliyev teatrda işlədiyi müddət ərzində bir çox uğurlara imza atıb.
Bildirilib ki, Xalq artisti Kamran Quliyev sənətə gəldiyi ilk gündən Naxçıvan televiziyası ilə sıx əməkdaşlıq edərək bir çox teletamaşalarda rol alıb, televiziya verilişlərində və bir sıra dövlət tədbirlərində yaxından iştirak edib.
Natəvan Qədimova yubilyarı təbrik edib, ona səhnə sənətimizin inkişafında və bundan sonrakı yaradıcılıq yolunda uğurlar arzulayıb.
Tədbirdə Xalq artistinin sənət dostları Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər- direktoru, Xalq artisti Şirzad Abutalıbov, Xalq artistləri Rövşən Hüseynov, Yasəmən Ramazanova, Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Allahverdiyev və digərləri çıxış edərək yubilyara ürək sözlərini bildiriblər.
Sonda Xalq artisti Kamran Quliyev çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını ifadə edib, səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.

Əli Rzayev

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283990
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2475
3444
21759
68636
3283990

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter