18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Xalqımız tarixən zəngin mədəniyyətə malik olmuşdur. Bu zənginlikdə isə mətbəx mədəniyyəti özünəməxsus yer tutur. Zaman keçdikcə mətbəx nümunələrimiz daha da təkmilləşmiş, süfrələrimizin bəzəyinə çevrilmişdir. Naxçıvan mətbəxi də uzaq keçmişdən günümüzədək ləziz yemək nümunələri ilə tanınıb. Bu qədim diyarın özünəməxsus iqlimi, bərəkətli və münbit torpaqları, şirin suları burada yetişdirilən məhsulların da dad-tamına öz təsirini göstərib. Nəticədə, bişirilən yeməklər də ləzizliyinə görə seçilib. 

Muxtar respublikamızda geniş yayılmış yemək növlərindən biri də daş küftəsidir. Naxçıvanın daş küftəsi, demək olar ki, bütün bölgələrimizdə yayılıb və hər bir ailənin müraciət etdiyi yemək növlərindən biridir. Adı və dadı ilə məşhur olan bu yemək növü adi küftədən hazırlanması və daha ləzzətli olması ilə fərqlənir.
Bu küftə hazırlanma üsulunda daşdan istifadə edilməsinə görə belə adlandırılıb. Belə ki, bu yemək üçün ayrılmış ətin döyülməsində iri çaydaşı və cəviz ağacından hazırlanmış toxmaqdan istifadə olunub. Yastı formada, diametri, təxminən, 50-60 santimetr olan daşın bir üzü hamar olmalıdır. Bu, ona görədir ki, əti daşın üstündə toxmaqla rahat döymək olsun.Yastı daşın üz tərəfinin böyük olması bir tərəfdən onun ağır olmasını şərtləndirsə də, digər tərəfdən, döyülən ətin və başqa qarışıqların kənarlardan yerə tökülməsinin qarşısını alır.

Adıçəkilən küftənin hazırlanma qaydası da maraqlıdır. Belə ki, bunun üçün yağlı dana və ya qoyun əti seçilərək sümükdən ayrılır. Ətin miqdarı, adətən, ailə üzvlərinin sayına görə müəyyənləşdirilir. Sonra ət daşın üzərinə qoyularaq ağac toxmaqla yaxşıca döyülür. Ətin sonradan bura əlavə olunacaq qarışıqlarla tam döyülməsi bəzən bir saatdan da çox vaxt aparır. Elə ki, ət qiymə halına düşdü, o zaman üzərinə bir ovuc suda qaynadılmış noxud da əlavə edib yenidən döyməyə davam edirik. Noxudlar tam əzilib, ətə qarışdıqdan sonra ora təmizlənmiş baş soğan və bir dəstə keşniş əlavə edirik. Daşın üstündə bunlar birlikdə döyüldükdən sonra, təxminən, bir stəkan düyü, sarıkök, duz-istiot və küftəyə xüsusi tam verən göyərti – nanə və məzrə əlavə edirik. Bütün əlavələr ətlə birgə tam döyülüb qurtardıqdan sonra isə yumurta ilə qarışdırılaraq kündələr hazır­lanır. Bir ovucun içərisinə sığacaq böyüklükdə olan kündələrə zövqə görə bəzən zirinc və ya albalı, bəzən isə əvvəlcədən qaynadılmış yumurta qoyulur. Sonra ayrı bir qazanda yağla soğan qovurulur, üzərinə pomidor və ya tomat, sonra isə su əlavə edilərək qaynamağa qoyulur. Su qaynamağa başlayınca küftələr astaca qazana boşaldılır. İstəyə görə yeməyin suyuna dilim­lənmiş kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra zövqə görə üzərinə quru nanə də tökülür. Daş küftəsi, adətən, isti halda yeyilir. Maraqlısı odur ki, bəzən onu soyuduqdan sonra səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək də yeyirlər.
Qeyd etmək lazımdır ki, ətçəkən maşında hazırlanmış qiymə ətdən fərqli olaraq, daş küftəsi daşda, eyni zamanda tərkibinə əlavə olunmuş qarışıqlarla birgə döyüldüyündən həm dadı ilə fərqlənir, həm də həzm baxımından digər ət yeməklərindən seçilir. Buna görədir ki, keçmişdən bu günümüzədək Naxçıvanın daş küftəsi süfrələrimizin bəzəyinə çevrilib.

Gülcamal Tahirova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
167
4404
13272
67654
3153107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter