17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir. Aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır.
“Azərxalça”dan bildirilib ki, xalça Cənubi Afrika Respublikasının Yohan­nesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın bu ölkədən əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir.
Bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir.
Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat həyatını əks etdirir.
Xalça əldə əyirilmiş yundan hazır­lanan, təbii boyalarla boyanan iplərlə toxunub.
Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307x172 olan xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.

AZƏRTAC

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149208
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
672
4297
9373
63755
3149208

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter