26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan milli teatr tarixinə parlaq səhifələr yazmış qədim Naxçıvan teatrının yaradılmasından 135 il ötür. Dünən bu münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.

Tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bu sənət ocağının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Naxçıvan teatrı yarandığı gündən sağlam məfkurə, yüksək sənətkarlıq baxımından fərqlənən repertuar uğrunda mübarizə aparıb, mütərəqqi ideya və prinsiplər əsasında böyük inkişaf yolu keçib. Naxçıvan teatrının inkişafında Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmmədtağı Sidqi və başqa görkəmli ziyalılarımız əsl fədakarlıq nümunəsi göstəriblər.
Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında teatrlar diqqət və qayğı ilə əhatə edib. Məhz bu diqqətin nəticəsidir ki, 2008-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram ­Teatrının 125 illik yubileyi geniş şəkildə qeyd olunub, teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci ildə istifadəyə verilib.
Muxtar respublikamızda gənc ak­tyor nəslinin yetişməsi üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində aktyorluq sənəti ixtisası və Naxçıvan Musiqi Kollecində bədii yaradıcılıq işi ixtisasları kadr hazırlığı istiqamətində fəaliyyət göstərir. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapır.
Nazir Naxçıvan teatrının 135 illiyi münasibətilə bütün teatrsevərləri təbrik edib, teatr xadimlərinə, teatrımıza, ümumilikdə, Naxçıvan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Tədbirin sonunda tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Əli və Nino” tamaşası göstərilib.
Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə özündə əks etdirir. Avropa və Asiyanın arasında yerləşən bir şəhərdə mədəniyyətlərin, sivilizasiyaların kəsişməsi, Azərbaycan xalqının tolerantlığı öz əksini tapıb.
Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada teatrın tanınmış artistləri ilə yanaşı, gənc aktyorları da maraqlı obrazlar yaradırlar.
Tamaşanın quruluşçu rəssamı Əbülfəz Axundov dövrün koloritini canlandırmağa çalışıb. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmanqulu Əhmədovun musiqi tərtibatı da hadisələrlə səsləşir. Tamaşada görkəmli bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və başqalarının musiqisi ilə yanaşı, gürcü, tatar melodiyalarından da istifadə edilib.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3068354
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2386
4574
11287
119685
3068354

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter