21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Mayın 8-də Naxçıvan Dövlət Universitetində keçirilən “Heydər Əliyev yolu Azərbaycanın əbədi müstəqillik yoludur” adlı yaradıcı­lıq müsabiqəsinin mükafatlandırma mərasimi olub.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş müsabiqənin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, ulu öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Milli dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələri ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yazılıb. Bu kimi müsabiqələrin təşkil edilməsində əsas məqsəd tələbə-gənc­lərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək, milli dəyərlərimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Seymur Talıbov fərqlənən tələbələri təbrik edib və onları bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.

Qeyd edək ki, müsabiqəyə ulu öndərin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən rəsmlərin, bədii tikmə, toxuma, ağac üzərində oyma, şəbəkə və misgərlik nümunələrinin foto və videogörüntüləri, eləcə də ulu öndərə həsr olunmuş mahnılar təqdim olunmuşdur. Təqdim olunan yaradıcılıq nümunələrindən 13-ü seçilərək universitetin “İnstagram” səhifəsində yerləşdirilmişdir.
Münsiflərin rəyinə əsasən İnstrumental ifaçılıq üzrə II kurs magistr Aysel Eminli fleytada ifa etdiyi “Heydər atam” mahnısı ilə müsabiqənin qalibi olub. Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günel Həsənova bədii tikmə janrında hazır­ladığı kompozisiya ilə II, Riyaziyyat­-informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Qızıllı Mehdiyeva isə ulu öndərin bədii tikmə janrında hazırladığı portreti ilə III yerlərə layiq görülüblər.
Qaliblərə Naxçıvan Dövlət Universitetinin diplomları və pul mükafatları təqdim edilib. Qeyd edək ki, müsabiqəyə təqdim olunan ­digər yaradıcılıq nümunələri də mükafatlandırılıb.
Sonda müsabiqənin qalibi olmuş əsər səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin
Mətbuat şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3048138
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3899
5665
25370
99469
3048138

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter