26 May 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasında mühüm rola malikdir. Ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilən bu dövlət aktı müasir dövrdə kitaba yenidən, həm də məqsədyönlü şəkildə qayıdışa çağırışdır.
Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nicat Əsədli də digər məktəbli gənclər kimi yaradılan şəraitdən səmərəli istifadə edib, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndə­lərinin 70-dən artıq əsərini oxuyub və onlar haqqında düşüncələrini yeni nəşr olunmuş “Sevimli dostlarım – kitablar” kitabında toplayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Nicat Əsədlinin bu təşəbbüsünü qiymətləndirərək ona məktub göndərmişdir. Həmin məktubda ­deyilir ki, “Ötən il uşaq və gənclərimizi, məktəbliləri oxu mədəniyyətinə təşviq etmək üçün “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam verilmişdir. Həmin kitablar barədə qeydlərin sənin və sənin timsalında məktəbli gənclərimizin düz yolda – tarixə, milli kökə bağlılıq yolunda, vətənpərvərlik yolunda yetişməsinin göstəricisidir”. Ali Məclisin Sədri Nicat Əsədlini ilk kitabının nəşr olunması münasibətilə təbrik etmiş, faydalı təşəbbüsünə görə təşəkkürünü bildirmişdir.

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məktubunu və hədiyyəsini, eləcə də oxunması zəruri olan kitabları Nicat Əsədliyə təqdim edib.
Nicat Əsədli göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək deyib: – Təhsil aldığım Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə şagirdlərin yaxşı oxumaları, biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəb kitabxanamız bədii ədəbiyyatlarla zəngindir. Mütaliə ən çox sevdiyim məşğuliyyətdir. Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı bir şagird kimi mənim mütaliəyə marağımı daha da artırdı. Məktəbimizdə oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Mən həmin kitabların çoxunu mütaliə etmişəm. Bu gün də mütaliəmi davam etdirirəm. Nəşr etdirdiyim kitabda onlar haqqında məlumatlar vermişəm. Oxunması zəruri olan kitablar mənim ən dəyərli xəzinəmdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən fəaliyyətimin qiymətləndirilməsi isə qazandığım ən böyük mükafatdır. Göstərdiyi diqqətə və hədiyyələrə görə Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-­dramaturq Asim Yadigar vurğulayıb ki, bu gün muxtar respublikanın bütün təhsil ocaqlarında, hətta ən ucqar dağ kəndlərindəki məktəblərdə də gənclərin yüksək təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Muxtar respublika gəncləri diqqət və qayğı ilə əhatə olunublar. Bunun nəticəsində gənclərimiz ictimai həyatın bütün sahələrində öz fəaliyyətləri ilə seçilirlər. İstedadlı, savadlı, bacarıqlı gənclər muxtar respublikamızın inkişafına öz töhfələrini verir, bunu özlərinin vətəndaşlıq borcu sayırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı isə muxtar respublikada mütaliə mədəniyyətinin inkişafına əhəmiyyətli təsir göstərib. Nicat Əsədlinin də mütaliə etməsi və oxuduğu kitablar haqqında qısa esselər yazaraq kitab halında nəşr etdirməsi Ali Məclis Sədrinin göstərdiyi diqqət və qayğının əyani ifadəsidir.
Nicat Əsədlinin babası Mustafa Əsədov və atası Ramin Əsədov da Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2476693
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
932
6293
36315
172521
2476693

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter