17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları “Əlincəqala” Tarix­-Mədəniyyət Muzey Kompleksində olublar.
Məlumat verilib ki, “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub. Qala I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə edilib, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib.
Muzeylə tanışlıq zamanı bildirilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Muzey fondunda olan 250 eksponatdan 167-si ekspozisiyada nümayiş olunur.
Mədəniyyət müəssisəsi ilə tanışlıqdan sonra “Əlincəqala” tarixi abidəsinə gəzinti təşkil olunub. Burada qeyd edilib ki, bərpa işləri zamanı abidənin tarixiliyi qorunub saxlanılıb. Qalanın zirvəsinə doğru yol çəkilib, ərazidə işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb.

Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Ali Məhkəmə, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşları Ədəbiyyat Muzeyini, Dövlət Təhlükəsizlik Xidmətinin kollektivi Dövlət Bayrağı Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşları Heydər Əliyev Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombuds­man) Aparatının kollektivi Cəlil Məmməd­quluzadənin ev-muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin əməkdaşları Bəhruz Kəngərli Muzeyində, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində, Dövlət Gömrük Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi isə Nəbatat bağında olublar.
Qeyd edək ki, aprelin 28-də muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət ediblər.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149486
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
950
4297
9651
64033
3149486

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter