15 İyul 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrin gənclərinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub.
Məlumat verilib ki, Əshabi-Kəhf ziyarətgahı yüz illərdir, insanların üz tutduğu müqəddəs yerlərdən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaqlar ziyarət edirlər.

Vurğulanıb ki, ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırıq və himayəsi ilə tikinti-abadlıq işləri görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarına əsasən bura ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxil edilib. 2006-cı ildə burada “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradılıb. Həmin ilin may ayında kompleksdə yenidən tikinti-abadlıq işləri görülüb. Burada maşınlar üçün dayanacaq, inzibati binalar, qonaq evi, mağazalar tikilib. Ziyarətgaha içməli su xətti çəkilib. Ziyarətgah ətrafında bağ salınıb.
Vurğulanıb ki, ziyarətgah Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə olan dağdır. Əshabi-Kəhf ərəb dilində “Mağara adamları” deməkdir. Bir sıra ədəbiyyatlarda, o cümlədən müqəddəs “Qurani-­Kərim”də bu yer haqqında məlumat vardır. Əfsanəyə görə, bütpərəst hökmdarın zülmündən və təqibindən qaçan 7 nəfər insan mağarada gizlənmiş və orada, təqribən, 300 illik yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də, demək olar ki, bu məzmundadır. Tədqiqatçılar bu müqəddəs yerin 3000 ildən artıq yaşının olduğunu bildirirlər. Əshabi-Kəhf dağı Tanrının yaratdığı təbiət abidəsi kimi də insanları özünə cəlb etməkdədir.
Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı olması buraya diqqətin artmasına səbəb olub.
Gənclər ekskursiyadan maraqlı təəssüratlarla qayıdıblar.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2732793
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4711
4754
35264
74032
2732793

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter