18 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Hər bir şəhərin görünüşünə özünə­məxsus çalarlar qatan, onu gözəlləşdirən elementlərdən biri də burada xalqın görkəmli şəxsiyyətlərinə ucaldılan abidələrdir. Bu gün çox sayda ölkə paytaxtları vardır ki, onlar məhz bu qəbildən olan abidələri ilə seçilirlər. Dünya heykəl­təraşlıq sənətinə bənzərsiz incilər bəxş etmiş Avropa şəhərləri öz abidələri ilə insanları ovsunlayır. İtaliya şəhərləri öz fəvvarələri ilə seçilirsə, Fransa, Rusiya, Hollandiya kimi ölkələrin şəhərləri görkəmli şəxsiyyətlərə ucaldılmış abidələri ilə tanınır. Başqa sözlə desək, bir şəhərdə ucaldılan heykəl və büstlər simvol kimi orada yaşayan xalqın tarixini tanıdır, qonaqlara bir növ bələdçi rolunu oynayır.
Tarixən qədim Şərqdə İslam dini təşəkkül tapandan bəri bir-birindən gözəl binalar, tarixi abidələr ucaldılsa da, zaman-zaman dini fanatizmə uyan bəzi təbəqələr incəsənətin bir qolu olan heykəltəraşlığın və rəssamlığın inkişafına böyük maneələr törədiblər. Bəlkə də, buna görədir ki, bu gün yaxın müsəlman Şərqinin bir çox ölkələrində belə heykəllərə az rast gəlinir.

Tarixdə dünya mədəniyyətinə silinməz izlər qoyan Səlcuqlar dövləti dönəmində Naxçıvan da özünün intibah dövrünü yaşayırdı. Bu dövrdə burada bütün sənət növləri kimi, memarlıq da çiçəklənmə dövründə idi. Həmin illərdə Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəmi Əbubəkr oğlu Naxçıvani qədim diyarımızı təkcə Türk dünyasında deyil, bütün Şərq aləmində tanıtdı. Səmərqənddən Təbrizə, Marağadan Konyaya qədər hər kəs bu görkəmli memarın sənət nümunələrindən ­ilham aldı, bəhrələndi.
Bu gün Naxçıvanın ən görkəmli yerlərindən birində bu dünya şöhrətli memarın abidəsi ucalır. Bu, təkcə Əcəmi Naxçıvaniyə deyil, ümumilikdə, Naxçıvan memarlığına ucaldılan abidədir. Naxçıvan şəhərindəki Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən ­görkəmli sənətkarın abidəsi 1989-cu ildə ucaldılıb. Azərbaycan Respublikasının Əməkdar rəssamı, heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu heykəldə Əcəmi Naxçıvani başında orta əsrlərə məxsus çalma, sol əlində memarlıq atributlarından sayılan ölçü pərgarı, sağ əlində isə üzərində eskiz layihə kağızları tutmuş vəziyyətdə təsvir edilib. Vüqarla dayanan heykəlin üzərinə görkəmli sənətkarın yaradıcılığına məxsus həndəsi naxışlar vurulub və sərbəst şriftlə “Əcəmi Naxçıvani” sözləri yazılıb. Abidənin yerləşdiyi ərazi həm tarixiliyi, həm də müasirliyi özündə yaşadır. Yaxınlıqda böyük əhəmiyyətə malik inzibati binalar, tarixi-mədəni abidələr, eləcə də isti yay günlərində insanların istirahətini təmin edən geniş məkan yerləşir. Bir çox tədbirlərə ev sahibliyi edən Heydər Əliyev Sarayı, həmçinin buradakı Heydər Bulağı da əsrarəngiz görünüşə əlavə rəng qatır. Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, müasir və vətənpərvər mövzulu filmlərlə gənc­lərin görüşünə gələn “Gənclik” Mərkəzi bu əraziyə xüsusi yaraşıq verir. Şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan sayılan Əcəmi seyrəngahı ərazisindəki tarixi-mədəni abidələri ilə diqqəti çəkir. Təsadüfi deyil ki, bu ünvandan yolunu salan insanların çoxu təbiət vurğunu yaradıcı insanlardır. Burada günün müxtəlif vaxtlarında molbert arxasında işləyən rəssamları, şairləri çox görmək olar. Bu yerin cəlbedici görünüşü onlara ilham bəxş edir, çəkilən rəsmləri daha baxımlı, yazılan şeirləri məzmunlu və oxunaqlı edir. Keçirilən rəsm sərgilərində, işıq üzü görən kitablarda bunun bir daha şahidi oluruq. Məkanın üstün cəhətləri doğma diyarımıza gələn xarici ölkə vətəndaşlarının da diqqətindən yayınmır.
Bu gün şəhərimizdə tarixi ­şəxsiyyətlərə ucaldılan abidələr çoxluq təşkil edir. Əcəmi Naxçıvaninin bənzərsiz sənət incilərinin yer aldığı Naxçıvan şəhərində indi yüzlərlə memarlıq nümunələri ucalır. Müasir binaların tikintisində memarlar nə qədər yeni üsullardan istifadə etsələr də, Əcəmi yadigarı elementlərə də böyük üstünlük verirlər. Bir sözlə, bugünkü Naxçıvan memar Əcəmi mirasından lazımınca bəhrələnir. Bu bəhrələri indi hər addımda görmək olar.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3423750
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3931
4720
8651
82917
3423750

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter