19 İyun 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə, eləcə də muxtar respublikada gənc istedadların aşkarlanması, onların yaradıcılıq potensialının düzgün formalaşdırılması ­istiqamətində mühüm tədbirlər həyata keçirilir. Öz yaradıcılığı ilə digərlərindən fərqlənən gənclər mükafatlandırılır, onların fəaliyyəti üçün lazımi şərait yaradılır. 

 

Məsələn, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitab”ı təsis edilərək, öz yaradıcılıq qabiliyyəti ilə seçilən gənclərin adı bu kitaba salınıb, onlar üçün təqaüdlər təyin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 23 fevral tarixdə həmin təqaüdün məbləğinin artırılması ilə bağlı Sərəncam ­imzalaması isə muxtar respublikada gənc istedadlara göstərilən hərtərəfli dövlət qayğısının bariz nümunəsidir. Muxtar respublikada müxtəlif yaradıcılıq kursları, dərnəkləri də təşkil olunur ki, onlar burada təmənnasız şəkildə müxtəlif sənət sahələrinin sirlərini öyrənə bilirlər.
Həmin yaradıcılıq dərnəklərinin bir neçəsində görülən işlərlə tanış olmuşam. Bu dəfə isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil edilmiş dərnəkdə iştirak etmək qərarına gəldim. Çünki vaxtaşırı keçirilən sərgilərdə mərkəzə cəlb olunmuş şagirdlərin əl işləri ilə rastlaşmışdım. Həmin əl işlərinin, çəkilən rəsmlərin hazırlanma prosesində iştirak etməyin daha maraqlı olacağını düşündüm.
Rəsm məşğələsi keçirilən otaqda bir neçə nəfər ağ kağız üzərində nəsə cızma-qara edirdi. Necə deyərlər, hərə öz fantaziyasını işə salıb, xəyalındakını kağıza köçürməyə çalışırdı. Müəllim isə onlara məsləhətlər verirdi. Uşaqlarla tanış olduq. Mais, Hüseyn, Fəridə… Hə. Mən bu qızı televiziyadan tanıyıram. Verilişlərin birində mövzu ilə bağlı müsahibə vermişdi.
Rəsm dərsini aparan Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadıqovun dediyinə görə, Fəridə rəsm kursunun ən is­tedadlı və eyni zamanda da çalışqan üzvlərindən biridir. O, bu sənətə xüsusi həssaslıq və sevgi ilə yanaşır.
Fəridədən çəkdiyi rəsmləri göstərməyini xahiş edirik. O, səliqə ilə üst-üstə yığılmış kağızları bizə uzadır. Bu əsərlərdə müxtəlif təsvirlərlə rastlaşırıq. Güllər, məişət əşyaları, cizgi filmlərinin qəhrəmanları və sair. Onların arasında stəkan, çaynik natürmortları da var. Fəridənin qarşısındakı vərəqə çay süfrəsinin rəsmini çəkdiyini görüb zarafatla ona deyirəm:
– Deyəsən, çayla aran yaxşıdır, rəsmlərində onun təsvirinə çox yer verirsən.
– Hə, bir az elədir, – deyə gülə-gülə, utancaqlıqla cavab verir.
Asta-asta, ehtiyatla işləməyindən hiss olunur ki, o, müəlliminin də dediyi kimi rəssamlıq sənətinə həssaslıqla yanaşır. Deyir ki, daha çox natürmort, mənzərə, kompozisiya janrlarında əsərlər qələmə alır, plastilindən isə müxtəlif fiqurlar düzəldirlər. Lakin o, ən çox natürmort janrında rəsmlər çəkməyi xoşlayır. İş prosesində həm karandaş, həm də sulu boyadan istifadə edir. Rəsmləri isə müxtəlif müsabiqələrdə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Əcəmi seyrəngahında, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda, eləcə də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan sərgilərdə yer alıb. Müsabiqələrdə həmin rəsmlər diplom və fəxri fərmanlara layiq görülüb.
Fəridədən onda rəsm sənətinə marağın necə yarandığını soruşduq. Onun dediklərindən:
– Əvvəllər rəsmlə boş vaxtlarımda məşğul olurdum. O, mənim üçün, sadəcə, bir həvəs idi. Lakin indi belə deyil. Bir ildən artıqdır ki, buradakı rəsm dərnəyində keçilən dərslərdə iştirak edir və getdikcə özümdə irəliləyiş görürəm. Çünki burada bu sənətin incəliklərini professional şəkildə tədris edirlər. Demək olar ki, çəkilən hər cizgini, hər xətti düşünərək, nəyəsə əsaslanaraq edirik. Atam həmişə deyir ki, rəsm çəkə bilmək üçün insanda yaradıcılıq, fantaziya olmalıdır. Bir sənətkar yalnız o zaman sənət əsərləri yarada bilər ki, yaradıcılıq qabiliyyəti ilə təhsil bir-birini tamamlasın. Onun dediklərinin doğru olduğunu burada gördüm. Qərar verdim ki, əgər rəssam olmaq istəyirəmsə, bunu professional şəkildə etməliyəm. Ona görə də bu dərnəkdə başladığım rəsm təhsilini gələcəkdə ali təhsil ocağında davam etdirməyi düşünürəm.
Niyə də olmasın? İnsan istədikdən sonra bir çox şeyə sahib ola bilər. Əsas odur ki, qarşına məqsəd qoyasan və bu məqsədə çatmaq yolunda öz üzərində işləyəsən.
Fəridənin gələcəkdə uğur qazanacağına şübhə etmirik. Yaradılan şərait də buna geniş imkanlar açıb. Belə ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Bu qəbildən olan uşaqların fiziki və əqli inkişafını, habelə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə onların məktəbəqədər təhsil müəssisələrinə cəlbi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı” da bu istiqamətdə görülən işlərdən ən mühümüdür.
Təəssüf ki, bəzi insanlar nə etsəm də, alınmaz, bacarmaram, – deyə düşünür, ümidsizliyə qapılırlar. Həmin anda, tam da əlimizi ondan üzdüyümüzdə, istedadımız tutur ruhumuzun əlindən, “qalx, irəli getmək vaxtıdır”, – deyir. Bax o zaman sanki yenidən doğulur insan.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2601026
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1941
4770
6711
93812
2601026

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter