18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

 Fevralın 21-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması üçün çox böyük işlər görüb, dil siyasətinə mühüm əhəmiyyət verib. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan dili əsaslı şəkildə elmi tədqiqatların obyekti olub, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılıb.
Görkəmli dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev dilimizin daha geniş təbliğinə hərtərəfli imkanlar yaradıb. Bu gün inkişaf etmiş bir çox dünya dövlətlərində Azərbaycan dilində təlim verən məktəblər açılıb, həmin məktəblər doğma dilimizdə olan dərsliklərlə, metodik və bədii ədəbiyyatlarla təmin edilib. Artıq dilimiz dünyanın mötəbər kürsülərindən, beynəlxalq tədbirlərdən, teatr səhnələrindən, konsert salonlarından, elmi müəssisələrdən, idman saraylarından, ordu hissələrindən hər gün, hər an əzəmətlə, məğrur səslə eşidilməkdədir.

“Müasir dövrdə muxtar respublikamızda da dövlət dil siyasəti uğurla həyata keçirilir”, – deyən Natəvan Qədimova bildirib ki, istər şifahi, istərsə də yazılı nitqdə dildən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliği diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkədə ilk “Ana dili” abidəsinin Naxçıvan şəhərində ucaldılması dilimizə ehtiramın ən böyük ifadəsidir.
Muxtar respublika Yazıçılar Birliyinin Sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev qeyd edib ki, Azərbaycan dilində zəngin xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranıb, min illərin dil çeşməsində durularaq və sınaqlardan keçərək XXI əsrə gəlib çıxıb. Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Məmməd Araz və digər görkəmli söz ustaları bu dildə yazaraq xalqımız üçün ölməz sənət nümunələri yaradıblar.
Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi-işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın “Ana dili milli sərvətimizdir”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Ana dilimizin təbliğində kitabxanaların rolu” mövzusunda çıxışları olub.
Tədbirdə şairlər Yadulla Zaman, Əbülfəz Ülvi ana dilimizə həsr etdiyi şeirlərini oxuyub, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları Xalq artisti Həsən Ağasoy, Nurbəniz Niftəliyeva, Anar Eyvazov şairlərimizin ana dili ilə bağlı şeirlərini bədii qiraət ediblər.
Tədbirin sonunda sərgiyə baxış olub.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866170
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3685
4264
14560
56561
3866170

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter