21 İyul 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Xalqımızın milli-mənəvi dəyərlərini zənginləşdirmək, formalaşdırmaq, qoruyub yaşatmaq hər birimizin müqəddəs borcudur. Əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından keçmiş, mədəniyyətimizi, birliyimizi, tarixi zənginliyimizi ucaldan milli dəyərlərimiz, xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. Uzun illərdən bəri ­nəsildən-nəslə ötürülən Vətən, ata-ana, el-oba, doğma ocaq sevgisi, xalqımızın mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti, vətənpərvərlik hissinin ülviliyi, etik dəyərlər milli mentalitetimizin bariz nümunələridir. 

Hələ illər öncəydi. Nənəmgilin həyətində “təndirəsər” dedikləri bir tikili vardı. İçində isə nənəmin düzəltdiyi iki təndir... Biri balaca, o biri böyük... Məni sevindirmək üçün həmişə balaca təndiri göstərib: “Bax, bu balaca təndiri səninçün düzəltmişəm, bir az da böyü, xəmir edəcəm, sənə təndirdə çörək bişirməyi öyrədəcəm”, – deyərdi.
Nənəm sadə bir kənd qadını idi. Təndir düzəltməyi də sevirdi, təndirdə çörək bişirməyi də. O, təndir düzəltməyi öz anasından öyrənmişdi. Bu, onlarda nəsildən-nəslə keçən və yaşadılan bir peşə idi. Kənddə kimsə həyətinə təndir qoymaq istədikdə nənəmi köməyə çağırardı. Nənəm isə bu işi sevə-sevə yerinə yetirərdi.

Təndir qurmaq üçün ona xüsusi gil və çay qumu lazım olurdu. Həmin gili isə kənddə yalnız “Sarıtəpə” adlanan yerdə tapmaq mümkün idi. Nənəm həmin gillə çay qumunu qatıb, palçıq düzəldərdi. Sonra başlayardı həvəslə təndir qoymağa... Təndir hazır olduqdan sonra tam quruması üçün bir həftə gözləyərdi.
...Əvvəllər kənddə qadınlar toplaşar, birlikdə təndir salıb, çörək bişirərdilər. Elə ki çörək rəfində çörək azaldı, nənəm məni köməyinə getdiyi kənd qadınlarının evlərinə yollayardı. Nənəmin onları çörək bişirməyə çağırdığını deyərdim. Çünki bu iş bir nəfərin öhdəsindən gələcək iş deyildi.
Hələ qaranlıqkən, nənəm sübh tezdən oyanar, təndir qalayar, bir böyük ləyən xəmir edərdi. İri, böyük ağac kötüklərini təndirə salıb, çır-çırpı ilə təndiri alışdırardı. Yanan təndirin alovu tədricən yavaşıyar, divarları istidən qızarmış təndir çörək bişirməyə tam hazır olardı. Hava işıqlandıqca köməyə çağırdığımız qadınlar, çörək bişirmək üçün bizə gələrdilər. Süfrələr sərilərdi, lavaş açmaq üçün taxtalar, oxlovlar süfrəyə düzülərdi. Çörək bişirilərkən qadınlardan bir neçəsi xəmiri kündələyər, bir neçəsi lavaş açar, biri açılan lavaşı təndirə salar, biri isə bişən çörəyi təndirdən çıxarardı. Çörək təndirdən çıxarılarkən, insanı məst edən heyranedici ətri bütün kəndə yayılardı.
Xəmirin nazını çəkə-çəkə çörək bişirən bu zəhmətkeş qadınlar deyə-gülə söhbətləşər, günün hardan çıxıb, harda batdığının fərqində belə, olmazdılar. Elə ki axşamçağı olardı, mal-heyvanın örüşdən gələn vaxtı qadınlar işlərini yekunlaşdırıb evlərinə qayıdardılar. Nənəmsə hər gedənə isti çörəkdən pay verərdi. – Niyə evdə çörək yoxdu? deyənlərə: Nənəm belə cavab verərdi: – Təndirdən təzə çıxmış isti çörəyin dadı başqa olur. Onun bu sözünü kəndin təndir çörəyinin həsrətini çəkərkən anlayıram. Həqiqətən də, təndirdən çıxan o isti çörəyin yerini sənaye üsulu ilə bişən heç bir çörək əvəz etmir. Yəqin ki, dadanlar unutmayıblar təndirdən çıxan isti çörəklə pendir əzməsinin ləzzətini... Bəzən yolum kəndə düşür, hər tərəfdə o çörək ətrini axtarıram. Çox təəssüf ki, indi nə təndir qalıb, nə də onun çörəyi...
Azərbaycanda təndirin “çala”, “doyma”, “şirəli”, “qoyma”, “kürə” və digər növləri var. Yeraltı və yerüstü təndirlərdə müxtəlif lavaşlar, təndir çörəyi, bəyimçörəyi, müxtəlif xörəklər hazırlanır. Lavaşın ən nazik növünü isə “yuxa”, yaxud “yayma” adlandırırlar. Təndirdə çörək bişirmə mədəniyyəti xalqımızın etnoqrafiyasının nümunəsidir.
Müstəqil Azərbaycan dövləti nənə-babalarımızın maddi-mənəvi mirasına sahib çıxır, onları qoruyur, mühafizə edir, yaşaması üçün tədbirlər görür, şərait yaradır. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub yaşatmaları məqsədilə şəhərimizdə gənclərimiz üçün tez-tez bu ənənələrlə bağlı müxtəlif tədbirlər keçirilir. Elə ötən ilin avqust ayında muxtar respublikada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan çörəkləri” festivalı keçirilib. Bu tədbirin məqsədi gənclərə min illər boyu yaradılmış çörəkçilik ənənələrini aşılamaq və əsrlər boyu bu xalqa, bu millətə mənsub olan adət-ənənələrimizi qoruyub yaşatmaq idi.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2759432
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
398
5244
26483
100671
2759432

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter