18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

XX əsrin əvvəllərində Naxçıvanın ictimai-siyasi və mədəni həyatında çox mühüm rolu olan fədakar ziyalılardan biri Eynəli bəy Sultanovdur. Yazıçı, publisist, ictimai xadim kimi geniş şöhrət qazanmış Eynəli bəy Sultanov zəngin və çoxcəhətli fəaliyyəti ilə mənsub olduğu xalqın maariflənməsində, milli şüurun formalaşmasında mühüm rol oynamışdır. Məhz bu kimi xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq görkəmli maarif xadiminin irsinin öyrənil­məsinə yenidən qayıdış, bu istiqamətdə monoqrafiyaların yazılması, onun publisistik irsinin tərcümə olunub oxuculara təqdim olunması, “Məqalələr”inin “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi Eynəli bəy Sultanov şəxsiyyəti və elmi-publisistik irsinin hərtərəfli öyrənilməsi və tədqiqi baxımından böyük əhəmiyyətə malikdir. 

Eynəli bəy Sultanov publisistik fəaliyyətə 1887-ci ildən başlamışdır. Görkəmli publisist “Tərcüman”, “Yeni fikir”, “Yeni yol”, “Kaspi”, “Kavkaz”, “Novoye obozreniye”, “Zakavkazye”, “Zakavkazskaya reç”, “İşıq yol” və digər qəzetlərdə məqalələr dərc etdirmişdir. Məktub janrında qələmə alınmış məqalələrin əksəriyyəti müəllifin Vətən, xalq, yurd, millət sevgisindən doğan fikirləri ilə zəngindir. Böyük vətənpərvərlik duyğuları ilə yazılmış bu məqalələrdə xalqın geriliyi, hüquqsuzluğu, qadınların kölə vəziyyətinə salınması, maarif, mədəniyyət cəhətdən gerilik və bütün bunların nüvəsində dayanan ictimai səbəblər göstərilmiş və kəskin şəkildə tənqid olunmuşdur.

Eynəli bəyin bir publisist kimi tanınmasında Tiflisdə nəşr edilən “Zakavkazye” və “Zakavkazskaya reç” qəzetlərinin böyük rolu olmuşdur. O, müxtəlif illərdə bu qəzetlərin müsəlman şöbəsinə rəhbərlik etmiş, görkəmli alim, akademik İsa Həbibbəylinin də dediyi kimi, “rusdilli mətbuatda Azərbaycan ruhunun, “Molla Nəsrəddin” jurnalının ideyalarının böyük carçısı” kimi çıxış etmişdir.
Böyük vətənpərvərlik ruhunda yazılmış bu publisistik əsərlərdə Naxçıvan mövzusu mühüm yer tutur. “Naxçıvan məktubları” başlığı altında dərc olunan həmin məqalələr təkcə o dövr Naxçıvan mühitinin deyil, həm də bütövlükdə Azərbaycan üçün səciyyəvi olan halların öyrənilməsi baxımından olduqca dəyərlidir. Bu məqalələrdə köhnə Naxçıvanda hökm sürən feodal-patriarxal münasibətlərlə yanaşı, əsarət və cəhalətin gətirdiyi bəlalar da kəskin tənqid olunur, elm və maarif məsələləri təbliğ edilir. Tanınmış publisistin “Naxçıvan məktubları” silsiləsinə daxil olan məqalələri akademik İsa Həbibbəylinin tədqiqatında Eynəli bəyin millət sevgisi, Vətən təəssübkeşliyindən doğan narahatlıqları öz əksini tapıb. Bu vətənpərvər ziyalının həmvətənlərinin acınacaqlı vəziyyətini əks etdirən məna dolu sözlərini həyəcansız oxumaq mümkün deyil. Onun 1912-ci ildə “Zakavkazye” qəzetində nəşr etdirdiyi “Bizim müxbirlər” məqaləsi bu cəhətdən maraq doğurur: “Naxçıvan... Yenə mən Vətəndəyəm. Yeni gələn adamın qəlbinə kədər və qüssə gətirən tanış, yeknəsəq, sevincsiz mənzərələr: boşluq və issızlık, ətrafda lal səssizlik hökm sürür, nə bir səs, nə bir hərəkət”. Məqalənin davamında şəhərin ümumi mənzərəsi, yoxsulların ağır vəziyyəti incə detallarla təsvir olunur. Bütün bu mənzərələrin – köhnəliyin, geriliyin, yoxsulluğun, eləcə də kəndlilərin hüquqsuzluğunun səbəbkarları kimi bunlara cavabdehlik daşıyan ali hakimiyyət orqanlarını, Naxçıvanın mülkədarlarını, xanlarını, bəylərini günahlandıran Eynəli bəy bu vəziyyətin uzun sürməyəcəyini də diqqətə çatdırır: “Ona görə də qoy çoxları düşünməsinlər ki, tatar xalqı (Azərbaycan xalqı) özünün əsrlər boyu mövcud olan hüquqsuz vəziyyəti ilə barışıb və hətta elə bil ki, onu bəyənir...” Bununla müəllif bu vəziyyətin uzun sürməyəcəyinə, xalqının, həmvətənlərinin tezliklə öz hüquqlarını, haqlarını bərpa edəcəyinə inanır, ara-sıra bədbinliyə qapılsa da, ümidini itirmir: “Mən inanıram ki, sənin irəliyə doğru hərəkətini ləngidən buxovlardan azad olacağın gün o qədər də uzaqda deyildir. Ancaq mən o günü görəcəyəmmi?”
Eynəli bəyin 1910-cu ildə nəşr etdirdiyi digər bir maraqlı məqaləsində isə müəllifin şəhər müvəkkillərindən biri ilə söhbət zamanı müvəkkilin onun suallarına Naxçıvandakı konkret vəziyyəti atalar sözü və məsəlləri ilə cavablandırması maraq doğurur. “Dəvədən soruşurlar ki, niyə boynun əyridir? Dəvə gülümsəyərək cavab verir: Haram düzdür ki?!”, “Xəstəliyimiz bir olsa idi, onu sağaltmaq möcüzə olmazdı ki!”, “Heç bir həcv dəvənin nöqsanlarını düzəltmək iqtidarında deyil” kimi atalar sözləri o dövr Naxçıvandakı vəziyyəti, şəhər idarəçilərinin özbaşınalıqlarını, məsuliyyətsizliklərini, hətta öz nöqsanlarının mətbuatda tənqid olunmasından belə çəkinməmələrini bütün detalları ilə əks etdirmişdir. Bu, bir tərəfdən Eynəli bəy Sultanovun jurnalist məharəti göstərərək hüquqi məsuliyyətdən yaxa qurtarmaq məqsədinin nəticəsi idisə, digər tərəfdən onun xalq müdrikliyinə, folklora olan maraq və məhəbbətinin ifadəsi idi. Təsadüfi deyildir ki, bu millətpərvər ziyalı əsərlərinin başlıqlarını ən çox atalar sözləri və məsəlləri ilə adlandıran bir yazıçı kimi tanınır. Bununla bərabər, o həm də görkəmli folklorşünas və folklor toplayıcısı olaraq da yaddaşlara həkk olunmuşdur.
Başqa bir məqaləsində isə Eynəli bəy şəxsən özünün müşahidə etdiyi bir hadisəni qələmə alaraq kənddən şəhərə şikayətə gəlmiş bir kənd mollasının çar məmuru tərəfindən şəxsiyyətinin necə alçaldıldığını təsvir edir. Mollanın dilindən də deyildiyi kimi: “...şikayətlərimə qulaq asmaq belə istəmədilər. Qulaq asmamaqları bir yana, budur, heç evimə də buraxmırlar, meydanı sulamağa məcbur etdilər”. Düzgün və təmiz insan olduğuna şübhə etmədiyi tanış mollanın söylədiyi sözlər Eynəli bəydə belə bir narahatlıq və qayğı yaradır: “İnsan şəxsiyyəti nə zamansa bizdə hörmətdə olacaqmı?”
“Naxçıvan şəhərində kişi gimnaziyasının açılması haqqında” adlı məqalədə isə naxçıvanlıların bu xəbəri necə şadlıqla qarşılamalarından, gimnaziyanın tikilməsi üçün lazım olan vəsaitin tez bir zamanda toplanmasından bəhs olunur: “...Heç kim xeyirli maarif işinə gücü çatan töhfəni verməkdən imtina etmirdi, hətta heç zaman ictimai işlərdə iştirak etməyən qadınlar da ianə verirdilər. ...Şəhər özünüidarəçiliyi ilə birgə Naxçıvanın bütün əhalisi progimnaziyanın açılacağına inanır və əhali bu əminliyi ilə xoşbəxtdir...” Lakin məqalənin davamından aydın olur ki, progimnaziyanın açılması baş tutmur, səbəb kimi kifayət qədər vəsaitin olmaması göstərilir. Eynəli bəyin bu xüsusda yazdığı digər bir məqaləsindən isə anlaşılır ki, komissiya üzvlərindən birinin Eynəli bəyə təqdim etdiyi rəsmi sənədə əsasən progimnaziyanın açılışı baş tutacaq: “...naxçıvanlı yurddaşlarım sakit və rahat ola bilərlər: kişi progimnaziyasının açılışı baş tutacaq və rəsmi kağızın tonuna əsasən buna tam əmin olmaq olar”. Bütün bunlar belə bir fikir formalaşdırır ki, Naxçıvanda yaşayan əhalinin maarif sahəsində bu qədər fəal iştirak etməsi, progimnaziyanın açılması xəbərini bu qədər sevinclə qarşılaması məhz Eynəli bəy Sultanov kimi fədakar xalq ziyalısının yorulmaz fəaliyyətləri nəticəsində mümkün olmuşdur. Bütün bu nailiyyətlər isə o dövr üçün atılan çox mühüm addım, gələcək inkişaf və tərəqqiyə doğru ilkin qığılcımlar idi.
Eynəli bəyin Naxçıvan mövzusuna həsr etdiyi məqalələrində ictimai-siyasi məsələlər bütün detalları ilə əks etdirilir. O dövrdə Naxçıvanda hökm sürən özbaşınalığa biganə qalmaması bu millətpərvər ziyalını böyük bir publisist kimi yetişdirdi.
Onun rusdilli mətbuatda çıxış etməsi də məhz xalqının ağır vəziyyətini daha geniş kütlələrə çatdırmaq zərurəti ilə bağlı olmuşdur. Bu məqalələri oxuyarkən müəllifin ara-sıra bədbinliyə qapıldığının şahidi olsaq da, o, heç bir vaxt ümidini itirməmiş, xalqının mütləq azad, xoşbəxt olacağına möhkəm inam bəsləmişdir.
Doğrudur, o günü görmək Eynəli bəyə qismət olmasa da, sonrakı nəsillər, bugünkü gənclik onun arzu etdiyi azad və firavan ölkənin vətəndaşlarıdır. Naxçıvanın bugünkü inkişafını, bütün sahələrdə aparılan islahatları, elm və təhsilə yönəldilən diqqət və qayğını, abadlıq, quruculuq işlərini müşahidə etdikcə sevinməmək, qürurlanmamaq olmur. Məhz bütün bu diqqət və qayğının nəticəsidir ki, Naxçıvan ölkəmizin çox böyük sürətlə inkişaf edən regionuna çevrilib. Gözəl yurdumuzun ­görkəmli yetirmələrindən olan ölməz publisist, fədakar ziyalı Eynəli bəy Sultanovun bu sözləri isə keçən əsrin əvvəllərindən gələn xalq müdrikliyinin gur səsi olmaqla yanaşı, öz vətənpərvər əməlləri ilə Naxçıvanın bugünkü intibah tarixini yazanların da tükənməz sevgisi kimi qulaqlarda əks-səda verir: “Mən səni sevirəm, mənim xalqım! Bütün məramımla, bütün qəlbimlə, bütün varlığımla sevirəm! Səni bütün bəşəriyyəti sevdiyim kimi sevirəm! Səni bütün insan ailəsinin bir üzvü kimi, bütün yaxşı cəhətlərin və çatışmazlıqlarınla birlikdə sevirəm!”

Sahab ƏLİYEVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153566
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
626
4404
13731
68113
3153566

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter