20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il  19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq “Muzey günləri”nin davam etdirilməsi məqsədilə muxtar respublikada müxtəlif dövlət orqanlarının çalışan kollektivləri cari ildə də muzeylərimizə ziyarətləri davam etdirirlər. 

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Muzeyin bələdçisi Nigar Cəfərova tamaşaçılara muzey haqqında məlumat verərək bildirib ki, bu mədəniyyət müəssisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Muzeyin yaradılmasında məqsəd Naxçıvan xanlığının Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri, eyni zamanda milli dövlətçiliyimizdəki rolunu təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır. Bildirilib ki, Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi memarlıq üslubunda inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal görünüşü ilə seçilir. Kompleksdə, ümumilikdə, 2200-ə yaxın eksponat var ki, bunlardan 400-ə yaxını muzeyin 9 ekspozisiya zalında nümayiş etdirilir. Bu eksponatlar içərisində Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, məişət əşyaları – misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.
Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Ədəbiyyat Muzeyində, Ali Məhkəmənin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Bayrağı Muzeyini, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Heydər Əliyev Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Bəhruz Kəngərli Muzeyini, Ədliyyə Nazirliyinin əməkdaşları Nəbatat bağını, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasını, Dövlət Gömrük Komitəsinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksini, Maliyyə Nazirliyinin kollektivi Xatirə Muzeyini, İqtisadiyyat Nazirliyinin kollektivi Cəmşid Naxçıvanskinin ev-muzeyini, Nəqliyyat Nazirliyinin kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyini, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Əlincə­qala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini ziyarət etmişlər.
Həmçinin muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeylərdə olmuşlar.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782783
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
845
1827
5333
47100
3782783

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter