17 Yanvar 2019, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunmuş, Azərbaycan Milli Elmlər Akademiyasının vitse­-prezidenti, akademik İsa Həbib­bəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq demişdir ki, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən Naxçıvan həm də bu mədəniyyətə qiymətli töhfələr vermiş xalçaçılıq ənənələri ilə seçilir. Regionun əlverişli iqlimi və mühüm ticarət yolları üzərində yerləşməsi bu ərazidə bir çox sənət sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etməsində əhəmiyyətli rol oynamışdır. Naxçıvan Dövlət Xalça Muzeyinin 20 illik yubileyində Azərbaycan Milli Elmlər Akademiyasının vitse­-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatının keçirilməsi də mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, muxtar respublikamızda maddi­-mədəniyyət nümunələrinin qorunması, tədqiq və təbliğ olunması istiqamətində mühüm tədbirlər görülmüş, muzey şəbəkəsi genişləndirilmişdir. Müstəqillik illərində yaradılan muzeylərdən biri də Naxçıvan Dövlət Xalça Muzeyidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasındakı muzeylərin fəaliyyətinin tənzimlənməsi haqqında” 2015-ci il 4 fevral tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Xalça Muzeyi muxtar respublika əhəmiyyətli muzey hesab olunmuş, muzey əməkdaşlarının əməkhaqqı artırılmışdır.
Qeyd olunmuşdur ki, muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilmişdir. Bu da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar, həmçinin tarixi keçmişimizi öyrənməyə imkan yaratmışdır. Muzeyin ekspozisiyasının zənginləşdirilməsi də diqqətdə saxlanılmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hazırda muzeyin ekspozisiyasında sərgilənən xalçaların hamısı Naxçıvan xalçaçılıq məktəbinə aiddir. Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində bir sıra təşkilati işlər görülmüş, peşə məktəblərində xalçaçılıq kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılmış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunur. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında evlərdə xalçaların toxunması işi həyata keçirilir. Bununla yanaşı, Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılmışdır. Ötən müddət ərzində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması Naxçıvan xalçalarının hazırlanması texnikalarının öyrənilməsində, Naxçıvan xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. “Bu gün təqdimatına toplaşdığımız “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı da bu istiqamətdə görülən işlərin davamıdır.
Rəhman Məmmədov Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi və təbliğinə dəyərli töhfə olan “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının hazırlanması və nəşrinə görə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyliyə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradova minnətdar­lığını bildirmiş, Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxışında demişdir ki, Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3400-ü ötmüş, onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Naxçıvan Dövlət Xalça Muzeyi xalçaçılıq sənətimizin təbliği, yaşadılması və tədqiqi sahəsində mühüm işlər görmüş, muzeyin fəaliyyətində yaddaqalan mədəni hadisələr, görüşlər olmuşdur. 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması da ən əlamətdar hadisələrdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirmişdir ki, Naxçıvan Azərbaycanımızın ən qədim dövlətçilik tarixinə malik olan ərazilərindən, mühüm elm və mədəniyyət mərkəzlərindən biridir. Bu gün muxtar respublikada tarixilik və müasirlik yaşadılır, milli ənənələr, milli-mənəvi dəyərlər qorunub saxlanılır və inkişaf etdirilir. Bütün bunlara görə Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi burada əsrlər boyu qorunub saxlanılaraq yaşadılmış və müasir dövrlərdə yüksək səviyyəyə qaldırılmış milli mədəniyyət sahəsindəki böyük nailiyyətlərə, türk-islam mədəniyyəti ənənələrinin inkişaf etdirilməsinə verilmiş yüksək qiymətin nəticəsidir. Bu gün milli xalçaçılıq nümunələrimizin saxlanc yeri olan Naxçıvan Dövlət Xalça Muzeyinin 20 illik yubileyinin qeyd olunması, Azərbaycan xalçaçılıq məktəbində özünə­məxsus yer tutan, zəngin ənənələrə malik Naxçıvanın tarixi xalçaçılıq sənətini özündə əks etdirən “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatının keçirilməsi də milli dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsidir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradov demişdir ki, Azərbaycanın qədim diyarı Naxçıvan memarlıq, incəsənət məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də tanınmışdır. Bu gözəl və füsunkar təbiətli yurdumuzda xalçatoxuma sənəti uzaq keçmişdən inkişaf etmişdir. Aparılan arxeoloji tədqiqatlar da Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirmişdir. Tarixən Azərbaycan xalçaçılıq məktəbinə mühüm töhfələr vermiş Naxçıvan xalçaçılıq sənəti bu gün də öz ənənəviliyini qoruyaraq milli mədəniyyətimizin inkişafında əvəzolunmaz rol oynayır. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabında da Naxçıvanın xalçaçılıq ənənələrindən geniş söhbət açılmış, bu sənətin keçdiyi inkişaf yolu tədqiq olunmuşdur.
Sonra Vidadi Muradov Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi münasibətilə 1910-cu ildə Şərur rayonunun Aşağı Aralıq kəndində toxunmuş xalçanı muzeyə hədiyyə etmişdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin dosenti Gülnarə Qənbərova və Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova çıxış etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse­-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun müəllifləri olduğu “Naxçıvan xalça­çılığı: ənənə və müasirlik” kitabı Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Kitabdakı məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbinin daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, Naxçıvan xalçaçılıq məktəbi, Naxçıvanda xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılmış, 254 xalçaçının fotosu, onlar haqqında qısa məlumatlar oxuculara təqdim olunmuşdur. Bununla yanaşı, müəlliflər tərəfindən kitabda 158 xalça və xalça məmulatlarının foto­surətlərinin, toxunduğu tarix, ünvan və ölçülərinin, Azərbaycan xalçalarında olan simvollar ilə bağlı məlumatların, muxtar respublikanın xalçaçılıq məntəqələrinin sxeminin yer alması onun elmi əhəmiyyətini artırmışdır. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı, nəinki muxtar respublika, ümumilikdə, Azərbaycan tarixi və mədəniyyətinə dəyərli töhfədir.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sənətinin yaşadılmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3538350
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2128
4172
15490
61592
3538350

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter