19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Rəşad Xudiyev açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Bu gün anadan olmasının 60 illiyini qeyd etdiyimiz Yasəmən Ramazanovanın yubileyi də bu diqqətin bariz nümunəsidir. O, Xalq artisti Yasəmən Ramazanovanı 60 yaşının tamam olması münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Nazirliyin əməkdaşı, Xalq artisti Kamran Quliyev Yasəmən Ramazanovanın həyat və yaradıcılığı haqqında çıxış edərək bildirib ki, tanınmış aktrisa Naxçıvan şəhərinin Tumbul kəndində dünyaya göz açıb. Sənətə, teatra maraq və həvəs onu Naxçıvan şəhər 1 nömrəli Mədəniyyət Evinin nəzdindəki xalq teatrına gətirib. Xalq teatrında gənc aktrisa görkəmli yazıçıların səhnə əsərlərində ilk rollarını oynayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktrisanın Naxçıvan teatrının səhnəsində yaratdığı müxtəlif xarakterli obraz və personajlar ona tamaşaçı rəğbəti qazandırıb. Aktrisanın səhnəmizdə oynadığı çoxsaylı rollar onun yaradıcılıq imkanlarının geniş və rəngarəngliyindən xəbər verir. Yasəmən Ramazanova dramatik, faciəvi, lirik-psixoloji obrazları canlı və təbii yaratmaqla geniş yaradıcılıq imkanlarına malik olduğunu bir daha təsdiq edib. Xalq artisti 2005-ci ildən 2016-cı ilədək M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru olub.

Xalq artistinin Naxçıvan teatrındakı bugünkü fəaliyyəti barədə danışan Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev ak­trisanın son dövrlərdəki səhnə fəaliyyətindən söhbət açaraq bildirib ki, Yasəmən Ramazanovanın teatrımızın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.
Tədbirdə Xalq artistinin sənət dostları Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Xalq artisti Həsən Ağasoy, Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı, Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar artistləri Yusif Allahverdiyev, Əli Əliyev, Bəhruz Haxverdiyev, Prezident təqaüdçüsü Xəlil Hüseynov, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Nəzakət İsmayılova və başqaları yubilyara öz ürək sözlərini bildiriblər.
Sonda yubilyar Yasəmən Ramazanova çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, teatr sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612285
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
329
3542
89425
135527
3612285

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter