19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Son illərdə rəssamlıq sənətində daha çox müraciət olunan janrlardan biri hiperrealizmdir. Bu mövzuda gənc istedadlar elə əsərlər yaradırlar ki, onların çəkdikləri portretləri adi fotolardan fərqləndirmək çətin olur. Həmsöhbət olduğumuz Zülfüqar Həsənli də məhz belə gənc istedadlardandır. Yaşının az olmasına baxmayaraq, onun rəsm əsərləri çoxlarının diqqətini cəlb edir. Gənc rəssam Zülfüqarla müsahibəni  oxucularımıza təqdim edirik.

– Özünüz haqqında bir qədər məlumat verməyinizi xahiş edirik.
– 1993-cü ildə Ordubad rayonunda anadan olmuşam. Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışam. 2015-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq ixtisasına qəbul olunmuşam. Hazırda 3-cü kursda təhsilimi davam etdirirəm. Kiçik yaşlarımdan rəssamlığa maraq göstərmişəm. Rənglərin cazibəsi məni öz sehrinə salıb. İlk rəsmimi 1-ci sinifdə oxuyarkən çəkmişdim. “Məlikməmmədin nağılı”ndakı divlə Məlikməmmədi təsvir etmişdim. Müəllimim həmin rəsmi görəndə “sən rəssam olacaqsan”, – demişdi. O vaxtlar tam mənasıyla rəssamlığın nə demək olduğunu dərk etməsəm də, sevimli məşğuliyyətimi davam etdirirdim. İlk dəfə V sinifdə oxuyarkən rəsm müsabiqəsində iştirak etdim. Sonralar daha çox müsabiqələrə qatıldım.
Xocalı soyqırımına həsr olunmuş müsabiqədə çəkdiyim rəsmlərlə birinci yerə layiq görüldüm. X sinifdə oxuyarkən tələbələrlə birgə müsabiqədə iştirak etdim. Məktəbli kimi burada birincilik əldə etməyim mənim üçün böyük fəxr idi. Eyni zamanda xarici ölkələrdə təşkil olunan müsabiqələrdə də iştirak etmişəm. İki dəfə Türkiyədə, bir dəfə isə İranda keçirilən müsabiqədə qalib gəlmişəm. 2008-ci ildə Ordubad Rayon Mədəniyyət Evində fərdi sərgim də təşkil olunub.

– Sənət və sənətkar haqqında düşüncələriniz də oxucularımız üçün maraqlı olar.
– Müxtəlif sənət növləri mövcuddur – bəstəkarlıq, müğənnilik, aktyorluq və sair. Bu sənət növləri vasitəsilə əsas ideyanı incə detalları ilə sənətsevərlərə çatdırmaq çox çətindir. Yalnız bunu bacaran insanlar əsl sənətkar adlanır. O insanlar ki həmin sənətin peşəkarıdırlar, o sənətlə nəfəs alırlar. Onların əməyi də yüksək qiymətləndirilir. Çoxlarımız bunun canlı şahidiyik. Muxtar respublikada bütün sənət adamları hərtərəfli qayğı ilə əhatə olunublar. Onların problemlərinə həssaslıqla yanaşılır, sənətkarların yaradıcı fəaliyyətinə hər cür şərait yaradılır.
– Hər bir sənət adamının öz ­ilham mənbəyi var...
– Kiçik bir nüansda məna axtarıram. Bir rəsmi çəkmək üçün mənə bəzən bir musiqi, melodiya belə, ilham verə bilər. Amma daha çox təbiətdən ilham alıram. Doğma yurdumuzun təbiəti hər bir sənət adamı üçün əsrarəngiz ilham mənbəyidir.
– Ən çox bəyəndiyiniz, bəhrələnmək istədiyiniz rəssamlar ­kimlərdir?
– Azərbaycanlı rəssamlardan Səttar Bəhlulzadə və Tahir Salahovu çox sevirəm. Pikasso, Van Qoq, Salvador Dali isə xarici rəssamlar arasında daha çox sevdiyim rəssamlardır ki, onların çəkdikləri əsərlər məni valeh edir.
– Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
– Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda mütəmadi olaraq təşkil edilmiş sərgilərdə mənim də rəsmlərim nümayiş etdirilir. Ancaq bununla kifayətlənmək istəmirəm. Universiteti bitirəndən sonra Naxçıvan şəhərində fərdi sərgimi təşkil etməyi düşünürəm. Çoxdandır ki, bunun arzusundayam.
– Bu və digər arzularınıza çatmağı, tanınmış bir rəssam kimi doğma Naxçıvanımızı, ölkəmizi öz fırçanızla dünyaya tanıtmağınızı arzu edirik.


Nəzrin MƏMMƏDOVA
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat
müəllimliyi ixtisası üzrə II kurs tələbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612354
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
398
3542
89494
135596
3612354

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter