25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş “İki qərənfil” adlı rəsm sərgisi açılıb.
Sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən danışıb. Bildirib ki, XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misligörünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünü­dərk əsri kimi də daxil olub. Bu baxımdan 1990-cı ilin 20 yanvar günü xalqımızın milli azadlıq mübarizəsində xüsusi yerə malikdir. Bu tarix uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqımız azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Vurğulanıb ki, Azərbaycan xalqı o günlərdə böyük bir həqiqəti bir daha dərk etdi: onun arxası, dayağı yalnız ulu öndərimiz Heydər Əliyevdir. Həmin faciəyə ilk siyasi­-hüquqi qiyməti də məhz xalqımızın ümummilli lideri verdi.
Ülviyyə Həmzəyeva bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə diqqət və ehtiram əlaməti olaraq bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar. Bugünkü sərgidə 20 Yanvar hadisələri rənglərin dili ilə sənətsevərlərimizə təqdim edilir.
Sərgidə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərov və Məhəmmədəli Ələkbərov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov çıxış ediblər.
Sonra sərgiyə baxış olub. “İki qərənfil”, “20 Yanvar şəhidləri”, “Qərənfillər”, “Unutmaq olmaz”, “Şahidlər”, “Erməni faşizmi” və digər əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bir həftə davam edəcək sərgidə muxtar respublikada fəaliyyət göstərən 30 rəssamın 62 əsəri nümayiş etdirilir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128751
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1555
4356
5911
92351
4128751

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter