19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Hər il 20 Yanvar faciəsi ərəfəsində naxçıvanlıların daha çox üz tutduğu ünvanlardan biri də Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyidir.
Məlumat üçün bildirək ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə yaradılan, 500 eksponatla fəaliyyətə başlayan Şəhidlər Muzeyinin adı 8 avqust 2000-ci il tarixdə dəyişdirilərək “Xatirə Muzeyi” adlandırılıb. Hazır­da burada 2000-ə yaxın eksponat var. Hər bir eksponat bizi keçmişə qaytarır. Ötən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən qanlı cinayətləri xatırladır. Bu hadisələri unutmamağı təlqin edir. Eksponatlardan 400-ə yaxını ekspozisiyada sərgilənir. Muzeyin ekspozisiyasının qurulmasında xronoloji ardıcıllıq əsas götülürüb. Bir-birinin davamı olan 1918-ci il 31 mart, 1990-cı il 20 Yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamların surətləri qiymətli sənədlər kimi muzeydə özünə yer alıb. Bu sənədlər görkəmli dövlət xadiminin xalqımızın şərəfli tarixinə böyük ehtiramının ifadəsi kimi diqqəti ­çəkir.

Budur, ekspozisiyanın illəri əhatə edən guşəsi. Həyəcansız baxmaq olmur. Burada 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələri əks etdirən material, fotoşəkil və sənədləri görmək olar. Həmin illərdə erməni qəsbkarları hücum edərək yaşayış məntəqələrimizi soyur, talayır, əhalini isə xüsusi amansızlıqla öldürüblər. Ermənilər o dövrdə təkcə Bakı şəhərində 70 min insanı qətlə yetirmişdilər. Andranikin başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvana da hücum etmişdilər. Yaycı kəndi tamamilə yandırılmış, əhaliyə insanlığa sığmayan şəkildə divan tutulmuşdu. Ümumilikdə isə Naxçıvanda 73 min 727 nəfər qətlə yetirilmişdi.
Digər bir guşədə Türk ordusunun 1918-1920-ci illərdə Naxçıvanda ermənilərə qarşı döyüşməsi ilə bağlı yer alan məlumatlar öz zənginliyi ilə diqqəti cəlb edir. Bu eksponatlar bizim bir millət, iki dövlət olduğumuzun əyani sübutudur və torpaqlarımıza göz dikənlərə qarşı ən böyük cavabdır.
Muzeyin digər guşələrindən birində Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən nümunələr var. Bu doğma torpağın parçalanmasının şahidi olan Türkmənçay, Gülüstan müqavilələrinin surətləri də muzeydə yer alıb. Doğma diyarımız Naxçıvanın taleyini həll edən 1921-ci il 16 mart tarixli Moskva, 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin də surətləri muzeyin ekspozisiyasındadır.
Başqa bir guşədə Birinci və İkinci Dünya müharibələrində xalqımızın şücaətini özündə əks etdirən materiallar toplanılıb. İkinci Dünya müharibəsi illərində azərbaycanlılar hünər və qəhrəmanlıqlar göstəriblər. Bu müharibədə 700 mindən artıq azərbaycanlı qəhrəmanlıqla döyüşüb. 300 min soydaşımız həlak olub, 2000 döyüşçü medal və ordenlərlə təltif edilib. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan üçü Naxçıvan torpağının yetirməsidir. Muzeydə Qəzənfər Əkbərov, Abbas Quliyev və Nəcəfqulu Rəfiyevin öz doğma Vətənindən minlərlə kilometr uzaqda göstərdikləri igidlikləri özündə əks etdirən sənədlər, fotoşəkillər və digər materiallar var.
1948-1953-cü illərdə erməni daşnaklarının xalqımızın başına gətirdiyi müsibət tarixin təkrarı idi. O illərdə erməni qəsbkarlarının Azərbaycanın kəndlərində, rayonlarında törətdiyi qırğınların sayı-hesabı yox idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində bu tarix yenidən təkrar olundu. Erməni daşnakları özlərinin mənfur arzularını bu dəfə də həyata keçirməyə çalışdılar. 1990-cı ilin yanvar ayında Sədərəyə hücuma keçdilər. Bu sərhəd bölgəsinə yüzlərlə azərbaycanlı yollandı. Bununla bağlı olan guşədə diqqəti çəkən bir fotoşəkil həm təsirləndirici, həm də qürurlandırıcıdır. Bu, Sədərəkdə könüllülərdən ibarət özünümüdafiə dəstəsinin fotoşəklidir. Həmin könüllülər torpaqlarımızın bütövlüyü uğrunda döyüş meydanına atılan igidlər idi.
Sədərəkdə qanlı döyüşlər gedən müddətdə hamımızın “Qızıl ordu” kimi tanıdığımız ordunun cəlladları Bakıya hücum etdilər. İnsanlar onların qabağına əliyalın çıxdılar. Bakı qan dənizinə çevrildi. Lakin cəlladlar xalqımızın azadlıq arzusunu boğa bilmədilər. Gördülər ki, bu xalq öz tarixi keçmişinin varisidir. Hər bir qarış torpaq uğrunda canından keçməyə hazırdır.
Həmin vaxtdan başlayan elan olunmamış müharibə hələ də davam edir. Torpağımız uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar xalqımızın övladlarıdır. Onların hər birinin keçdiyi yol bugünkü gənclik üçün bir örnəkdir. Çünki o yol ərazi bütövlüyümüzün və müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda qət edilən yoldur. Bu yolda şəhidlik zirvəsinə ucalmaq müqəddəsliyə qovuşmaqdır. Xalqımız bu qəhrəman övladlarını unutmur, unutmayacaq da.
Bu döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən 213 döyüşçüdən 8-i naxçıvanlıdır. Muzeydə həmin qəhrəmanlar haqqında ətraflı məlumat almaq olar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeylərdə olurlar. Bəhs etdiyimiz Xatirə Muzeyində də şanlı tariximizin saxlanc yeri kimi buraya gələnlərə bu qəhrəman Vətən övladları haqqında ətraflı məlumat verilir.
Bu gün Xatirə Muzeyində açıq dərslərin keçilməsi diqqət mərkəzində saxlanılır. Yanvarın 18-də muxtar respublikanın ümumtəhsil məktəbləri arasında yaradılan interaktiv əlaqədə məktəblilərə qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsi haqqında məlumat verilib. Vurğulanıb ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndləri də erməni silahlılarının işğalçı hücumlarına məruz qalıb. Hazırda muzeydə Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar vardır. Bununla yanaşı, bir sıra məqsədyönlü tədbirlər də həyata keçirilir, şagird və tələbələrin muzeyə ziyarəti təşkil edilir. Məqsəd isə ondan ibarətdir ki, bugünkü gənclik şərəfli tariximizə dərindən bələd olsun, bu tarixlə qürur duysun, Vətənə, dövlətə, müstəqilliyimizə sadiq ruhda ­böyüsün.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612166
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
210
3542
89306
135408
3612166

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter