18 İyul 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında Babək Rayon Mədəniyyət Evində keçirilən konserti maraqla qarşılanıb.

Əvvəlcə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova çıxış edərək bildirib ki, konsert şöbənin iş planına əsasən keçirilir.
Qeyd edilib ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı statusunu daşıyır. Bu münasibətlə mədəniyyət və turizm şöbəsi də bir sıra tədbirlər keçirəcəkdir.
Vurğulanıb ki, konsertin təşkilində məqsəd musiqi məktəblərində Azərbaycan və dünya musiqisini təbliğ etməkdir.

Təranə Cəfərova çıxışında muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi məktəbləri barədə danışaraq qeyd edib ki, musiqimizin inkişafı istiqamətində görülən tədbirlər davamlı xarakter alıb. Son illər 23 uşaq musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Bu gün muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə musiqi təhsilinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində hazırda 6 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Bu məktəblər üçün də son illər yeni binalar inşa olunub və musiqinin tədrisi üçün hər cür şərait yaradılıb. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, 3 nömrəli Uşaq Musiqi Məktəbinin və başqa musiqi məktəblərinin şagirdləri muxtar respublikamızda keçirilən müsabiqələrdə, konsertlərdə fəal iştirak edirlər. Həmin məktəblərdə həm də şagirdlərdən ibarət müxtəlif ansambllar, orkestrlər və digər musiqi kollektivləri yaradılıb. İstedadlı şagirdlərə müəllimlər tərəfindən diqqət və qayğı göstərilir.
Tədbirin bədii hissəsində Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri şagirdlərinin ifasında musiqi nömrələri iştirakçılara təqdim olunub. Şagirdlər görkəmli Azərbaycan bəstəkar­ları Fikrət Əmirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin və başqalarının musiqi əsərlərini səsləndiriblər. Onların ifasında muğam, xalq mahnıları, rəqslər və saz havaları maraqla qarşılanıb.
Xarici ölkə bəstəkarlarının skripka, fortepiano üçün yazdığı musiqi əsərləri də səsləndirilən konsert nağaraçalanlar ansamblının “Azərbaycan ritmləri” ilə başa çatıb.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2746133
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2841
5251
13184
87372
2746133

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter