20 Oktyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 28 avqust tarixdə “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Bir müəllim kimi bu sərəncam məni də çox sevindirdi və bu mühüm dövlət sənədinə görə Ali Məclis Sədrinə kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm. Həmin siyahıdakı “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” olduqca tərbiyəvi əhəmiyyət daşıyır və bir atanın övladına arzuladığı bütün keyfiyyətlər məhz bu məktubda öz yerini alıb.
“ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” həcminə görə qısa olmasına baxmayaraq, çox mühüm kodeksləri özündə birləşdirən və düzgün seçilmiş bir kitabdır. Həmin məktub sanki Avraam Linkolnun deyil, bütün valideynlər adından müəllimlərə bir müraciətdir. Məktubdakı cümlələrin hər biri bu günün müəlliminə sanki yol göstərir, onun üzərinə müəyyən mənəvi vəzifə qoyur. Bəs prezidenti sıravi bir müəllimə məktub yazmağa vadar edən nə idi? O, çox yaxşı bilirdi ki, uşaqların tərbiyəsinə ən çox təsir edən, onu düzgün istiqamətləndirə bilən məhz müəllimdir. Məktubda deyilir:
– Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Deməli, şagird müəllimə verilmiş bir əmanətdir.
– Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var.

Bu cümlənin dərin mənasında əsl vətənpərvərlik, ölkəsinə bağlılıq, fədakarlıq ruhu yatır. Linkoln müəllimdən oğlunu özünü ölkəsinə fəda etməyə hazır olan bir şəxsiyyət kimi yetişdirməyi xahiş edir. Çünki ona, yəni müəllimə inanır və bel bağlayır. Bu tezis bütün müəllimlərə sanki bir yol göstərir.
– Hər düşmənin əvəzinə bir dost mütləq var. Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir.
Bu cümlənin əsasında isə bizim mentalitetə uyğun dillə desək, halal­lıq, zəhmətlə qazanılan malın şirinliyi, ölməzliyi, bir sözlə, halalın haramdan üstünlüyü dayanır.
– Onu qısqanclıqdan uzağa ­yönəldin.
Linkoln istəyirdi ki, oğlu həyatda valideyninə, yoldaşlarına, ətrafındakı heç kimə qarşı qısqanc olmasın. Çünki qısqanclıq gələcəkdə digər fəsadların başlanğıcı ola bilər.
– Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin.
Linkoln istəyirdi ki, oğlu kitabları bir əşya kimi deyil, bir elm, bilik mənbəyi kimi sevsin. O bilirdi ki, oğlu yalnız kitab oxumaqla Vətənini sevə bilər. O bilirdi ki, oğlu məhz bu yolla yüksək bilik və mədəniyyət sahibi ola bilər. O bilirdi ki, bunu yalnız müəllim edə bilər.
Gələcəyimiz olan gənclik məhz biz müəllimlərə əmanət edilib. Düşünürəm ki, yeniyetmə və gənclər Siyahıda yer alan kitablardan bəhrələnərək öz dünyagörüşlərini, vətənpərvərlik duyğularını daha da artıracaq, intellekt səviyyələrini yüksəldəcəklər. Bu gün muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində həmin kitablardan ibarət guşələr yaradılıb, onların müzakirəsi təşkil olunur. Bir sözlə, Ali Məclis Sədrinin imzaladığı müvafiq Sərəncam ölkəmizin gələcəyi olan gənc nəslin kitaba və mütaliə mədəniyyətinə marağının artırılmasına xidmət edir.

Natiq MƏMMƏDOV
Babək rayonu, Cəhri kənd
1 nömrəli tam orta məktəbin müəllimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3162427
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
640
3743
22592
76974
3162427

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter