20 Yanvar 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Kitab bilik mənbəyidir”, “Elm Çində də olsa, onun arxasınca gedin”. Hələ uşaq ikən məktəbin astanasından ayağımızı içəri qoyduğumuz andan bəri bu deyimləri tez-tez eşitmişik. Hətta yadımdadır, təhsil aldığım orta məktəbdə bu qəbildən olan müdrik kəlamlar plakatlar şəklində divarlardan da asılmışdı. Gedib-gəldikcə gözümüz sataşardı onlara. Göz yaddaşındandır, nədir bu gün də yanımda bu ifadələr işlədiləndə həmin plakatlar gəlir gözümün qabağına. 

Doğrudur, dərs kitabları ilə bədii ədəbiyyat tam fərqli olsa da, zənnimcə, oxumaq elə oxumaqdır, çünki oxuduqca nəisə öyrənirik. Oxumaq bir vərdişdir. Bəziləri bu gün məktəb yaşlarında olan uşaqlarda, həmçinin gənc­lərdə bədii ədəbiyyata kifayət qədər marağın olmadığını iddia edirlər. Heç şübhəsiz ki, hamının maraq dairəsi eyni ola bilməz. Kimi asudə vaxtında əl işləri, kimi fırçayla sənət əsəri hazırlayır, kimi də divana söykənib mütaliə edir. Yəni hamıdan bütün gününü kitabla keçirməsini gözləmək də olmaz. Bəziləri təsadüfən kimdəsə maraqlı bir ədəbiyyat gördüyü zaman onu oxumaq qərarına gəlir, elələri də var ki, sırf axtardıqları ədəbiyyatı əldə etmək üçün günlərlə soraqlaşır, həftələrlə kitab mağazalarını gəzirlər. Qısaca, həqiqət budur ki, hamının kitaba qarşı marağı eyni ola bilməz. Buna baxmayaraq, digər bir həqiqət isə mütaliənin insan həyatının bütün mərhələlərində vacib olmasıdır. Bəs gəlin görək bu həqiqət barədə cəmiyyətimiz nə dərəcədə məlumatlıdır, yaxud da ona nə dərəcədə əməl edirlər? Bunun üçün Naxçıvan şəhərində sadə insanlar arasında sorğu keçirməyi daha məqsədəuyğun hesab etdik.

Şəhər sakini Turan Yusifli deyir: “Mütaliə atamın həyatının ayrılmaz bir hissəsidir. Nə vaxt baxsan, əlində ya qəzet, ya da hansısa kitab olar. Mütaliə işinə o qədər maraqlıdır ki, hərdən görürsən ki, kitabı yarıda qoya bilmir, onu başa vurmaq üçün gec saatlara qədər oyaq qalır. Lakin etiraf edim ki, atamda olan bu xüsusiyyəti özümdə görmürəm. Bilirəm ki, bədii kitabların nitq qabiliyyətinin inkişafında, söz ehtiyatının artmasında, ümumiyyətlə, dünyagörüşün formalaşmasında çox böyük əhəmiyyəti var. Ali məktəbə hazırlaşıram. Sınaq imtahanlarında yüksək nəticələr göstərirəm. Dərs kitablarına daha çox üstünlük verirəm. Bəlkə də, zamanla asudə vaxtım çox olduğunda bədii ədəbiyyata geniş yer ayıraram, amma hazırda ona qarşı özümü çox da maraqlı hiss etmirəm. Atamın məsləhəti ilə oxuduğum bir neçə nümunə olsa da, şəxsən özüm seçim etməmişəm. Buna baxmayaraq, onun nə qədər lazımlı olduğunun da fərqindəyəm. Dərs yüküm azalandan sonra bədii ədəbiyyatla sıx əlaqədə olacağımı düşünürəm”.
Əhməd Babayev: “Bədii ədəbiyyatı az oxumaq heç də insanların ona marağının olmaması demək deyil. Bəzi insanlar vaxt məhdudiyyətindən ona daha çox müraciət edə bilmir. Məsələn, elə gəlin götürək orta məktəb şagirdlərini. Bədii ədəbiyyat məktəblilərin həyatında əhəmiyyətli yer tutsa da, onlar buna çox da vaxt tapa bilmirlər. Çünki ali məktəblərə qəbul üçün hazırlaşırlar. Qısaca, həmin fənləri öyrənməkdən başqa ədəbiyyat oxumağa vaxtları da qalmır. İnsan ömrünün digər mərhələlərində də qayğıları bitmir. Lakin istənilən vaxtda insan istəsə gündə heç olmasa, yarım saatını bədii ədəbiyyat mütaliə etməyə ayıra bilər. Bəzi əsərləri dili ağır olduğundan istər gənc olsun, istərsə də yaşlı insan – oxucu başa düşmür. Digər bir tərəfdən də texnologiya əsrində çeşidli informasiya növlərinin mövcudluğu da çap məhsullarına marağın azalmasına səbəb olan amillərdəndir. Texnologiyanın inkişafı nəticəsində gənc nəsildə kitabdan uzaqlaşma halları açıq-aşkar hiss olunur. Lakin ağıllı gənclər bilirlər ki, heç bir vasitə kitabla müqayisə edilə bilməz. Bir tərəfdən isə oxuna biləcək ədəbiyyat qıtlığı olduğuna inanıram. Qıtlıq deyəndə, hazırda gənclərimizə həyatı öyrədə, onları mənən kamilləşdirə, tərbiyələndirə biləcək kitablara böyük tələbat var. Əgər 12-13 yaşlarında yeniyetmələrin əksəriyyəti yaşlarına uyğun olmayan romanlar oxuyursa, belə kitabların ona verəcəyi fayda nə ola bilər ki? Bu baxımdan oxunması zəruri olan kitabların siyahıya alınması, bununla bağlı sərəncam imzalanması gənclərə düzgün yol göstərir. Şərt oxumaq deyil, keyfiyyətli, sənə nəisə qazandıra biləcək bir ədəbiyyatı oxumaqdır. Müasir dövrdə başqa məzmunlu kitablar da çap olunur, amma, görünür, gəncliyin marağına səbəb olmur ki, çox az insan onları oxuyur. Xüsusilə də şeir kitablarının keyfiyyəti olduqca aşağıdır”.
Şəfiqə Məmmədova: “Son illər ərzində qazandıqlarımı demək olar ki, kitab vasitəsilə əldə etmişəm. Yəni nəyisə ondan-bundan soruşub öyrənməkdənsə, kitablara üstünlük vermişəm. Bu isə biliyimi artırmaqla yanaşı, düşüncə qabiliyyətimi də formalaşdırır. Son illər, ümumiyyətlə, bədii ədəbiyyat, demək olar ki, oxumamışam. Oxuduqlarım əsasən fəlsəfi, elmi, psixoloji məzmunda kitablar olub. Kitabları sevmək, onlara vaxt ayırmaq heç də çətin deyil. Bunun üçün onların nə dərəcədə əhəmiyyətli olduqlarının fərqinə varmalıyıq. Kitab dostdur, həyatdır, dərsdir və ən əsası kitab insanların xilaskarıdır”.
Ülviyyə Əhmədova: “Kitaba məni ilk cəlb edən onun adı olur. Sonra isə kitabın müəllifinə və harada nəşr olunmasına diqqət yetirirəm, onun mündəricatına baxıram. Bütün bunlardan sonra oxuyub-oxumamağa qərar verirəm. Elə kitablar olur ki, onları başdan sona qədər oxumadıqda heç nə başa düşmürsən, elə kitablar da var ki, onlarda bu cür bağlılıq olmur. Əgər kitabda belə bağlılıq yoxdursa, onda kitabın mündəricatına baxıb daha çox maraq dairəmdə olan hissəni oxuyuram. Mən kitab olsun, qəzet-jurnal olsun, ümumiyyətlə, oxumağı vacib bilirəm”.
Toğrul Cəfərli: “Ailəliklə ədəbiyyata maraqlıyıq. Mən uşaq olandan bəri evimizin kitab rəflərində istər azərbaycanca, istərsə də rusca zəngin bədii ədəbiyyat nümunələri yer alıb. Lev Tolstoyun, Saltıkov-Şedrinin, Qonçarovun, Mark Tvenin, Mayn Ridin, Jül Vernin rusca əsərləri, Ordubadinin, Sabirin Azərbaycan dilində kitabları vardır. Bu kitablarla uşaqlıq illərində tanış olmaq imkanım olub.
Bədii ədəbiyyat insan mənəviyyatını zənginləşdirir. Sevimli müəllifim isə dahi şairimiz Nizami Gəncəvidir. O nəinki zərgər dəqiqliyinə malik poetik söz ustası, eyni zamanda filosof və alimdir. Nizami zəmanəsinin astronomiya, astrologiya, coğrafiya, kosmoqrafiya, riyaziyyat, kimya, tibb sahələrində elmi biliklər məcmusuna malik olub. Onun dili, poetik sözü isə hər bir obrazın maksimum imkanlarını çatdırır, çox­mənalılıq yaradır, hətta elə sətirlər var ki, onlarla mənada izah edilir”.
İndi isə ibtidai təhsil alan uşaqların ədəbiyyata olan marağından danışaq. Məsələn, ibtidai sinif şagirdindən Viktor Hüqonun “Səfillər”əsərini oxumağı tələb etmək olmaz. Pe­daqoqlar belə hesab edirlər ki, əgər istənilən əsər onlar üçün maraqlıdırsa, buna ilkin illərdə sinifdənxaric oxu ilə başlaya bilərlər. Çünki onlara dərs olaraq yanaşmaqdan çox, həvəslə oxumaq daha xoş gələr. Günümüzün reallığıdır ki, şagirdlər sinif­dənxaric oxuya deyil, internet və kinofilmlərə meyillidirlər.
Sinifdənxaric oxu hər bir şagirdin mənəvi aləminin zənginləşməsində, onun bilik bazasının artırılmasında, kamil fərd kimi yetişməsində mühüm əhəmiyyətə malikdir. Bu gün hər bir məktəbin özünün xüsusi kitabxanası var və həmin kitabxanalarda sinifdənxaric oxu vəsaitlərinin sayı kifayət qədərdir. Hər bir şagird məktəb kitabxanalarından istədiyi kitabı əldə edə bilər. Yetər ki, onların buna marağı olsun.
Məktəbli Nicat Əsədli deyir ki, kitablar onun ən yaxın dostudur. O, mütaliəni çox sevir. Hazırda Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin şagirdi olan Nicat son illərdə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yüzə qədər əsərini oxuyub. Oxuduğu kitablar sırasında “Kitabi-Dədə Qorqud”, “Nizaminin hikmət və nəsihətləri”, Cəlil Məmmədquluzadənin “Hekayələr”, “Təmsillər” (uşaq ədəbiyyatı), “Balaca Şahzadə”, “Qoca və dəniz” kimi maraqlı əsərlər var. O, oxuduğu hər bir əsər haqqında fikirlərini yazıb sosial şəbəkələrdə paylaşmaqla həmyaşıdlarını da mütaliəyə həvəsləndirir.
İbtidai sinif müəllimlərinin əksəriyyəti şagirdlər arasında bədii ədəbiyyata marağın qənaətbəxş olmadığını deyirlər. Onların fikrincə, məktəblilərin belə kitablara meyil göstərməsi hallarına nisbətən az rast gəlinir. Bu da yeni texnologiyaların – internet, telefon və sair vasitələrin geniş yayılması ilə bağlıdır.
Sinifdənxaric oxu məsələsində əvvəlki nəsillə indiki yeniyetmələri müqayisə etsək, bəzi fərqlər görərik. Qabaqlar yay tətilindən qayıdan şagirdlərdən bununla bağlı soruşanda onların əksəriyyəti bir neçə bədii kitab oxuduqlarını bildirirdilər. Amma indi bu göstərici nisbətən azdır. Uşaqların çoxu internetlə məşğul olduqlarını, televiziyada film seyr etdiklərini deyirlər.
Mütaliəni gəncliyə bədii və estetik zövq alacaq, dünyagörüşünü zənginləşdirəcək bir məşğuliyyət növü kimi sevdirmək lazımdır. Kitablar insanın ruhunu təmizləyir, həyata tamam başqa gözlə baxmağa vadar edir, cahili müdrikləşdirir, nitqi məntiqlə zənginləşdirir. Onlar hər zaman yanımızdadır, ən sadiq dostlarımızdır. Hər hansı bir məlumat öyrənmək istəsək, kitablar köməyimizə çatır, bütün suallarımızı cavablandırır. “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan kitablar bu baxımdan da önəmlidir.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6274217
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5132
17719
96271
324520
6274217

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter