18 İyul 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Tarixlər şahidi, hər daşının altında ox nişanı olan ulu diyar Naxçıvan! Sən tarixlərin min-min sirrini sinəndə qoruyursan. Hər qayan, hər daşın, şır-şır axan çayların, bulaqların tarixin min illər boyu davam edən gərdişlərindən xəbər verir. “Səndə tarixlərin çox nişanı var”, – deyən şair necə də haqlıdır. Bu qədim yurdun cansız daşı, qayası, əzəmətli dağları, büllur bulaqları da əfsanələr mənbəyidir. Vətən torpağının ünvanı olan bu adlar, sadəcə, yer, məkan adları deyil, xalqımızın ictimai, sosial-iqtisadi və mədəni həyatının tarixi göstəriciləridir. Bu adlar sirri açılmamış bir dünya, oxunmamış bir kitabdır. Bu kitabın hər səhifəsində tarixi keçmişimizin min bir sirri yaşayır, bu yer və məkan adlarının yaranma tarixi, meydana­gəlmə səbəbi əks olunur. Xalqımızın dili, təşəkkül tarixi, mədəniyyəti, etnoqrafiyası,  etnogenezi, ulu babalarımızın isti nəfəsi, ayaq izləri bu adlarda yaşayır. Elə sizə təqdim edəcəyimiz bu sirli-soraqlı yer, qala, dağ adları da əfsanə və rəvayətlərlə bağlıdır.

Əshabi-Kəhf dağı və mağarası

Əshabi-Kəhf dağındakı mağara və burada uyuyan müqəddəslər barədə “Qurani-Kərim”in “Kəhf” surəsində bəhs olunur. Həmçinin adıçəkilən mağara haqqında xalq arasında yayılmış və bir sıra qaynaqlarda əksini tapmış rəvayətlər də vardır. Bu rəvayətlərdən birində deyilir:

– Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunus adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq istəyi ilə şəhərdən qaçır. Yolda onlara zülmdən cana doyan və ümidini bir olan Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanırlar. Bu heyvanı heç bir vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağını sındırır. Bu zaman insan kimi dil açan bu canlı zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda “Qitmir” adlanan yerdə basdırır və çomağını üstünə taxır. Bundan sonra qaçıb yaxınlıqdakı mağaraya sığınırlar. Orada onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. Vəzir Təmirxan şəhərdə pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Vəzir şəhərdəkiləri inandırmağa çalışır ki, onun özünündür. Təmirxanı başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunusa aiddir.
Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri şəhərdəkilərə danışır. İnsanların maraq üçün mağaraya doğru axışdığını görən vəzir yoldaşlarını üç yüz ildən çox yatdıqları barədə xəbərdar etmək üçün hamıdan əvvəl içəri girir. Baş vermiş möcüzədən xəbərdar olan mağaradakılar dərhal Allaha əl açıb ondan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir və hamısı qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar burada onların izlərini tapırlar. Bura o zamandan ziyarətgaha çevrilib.
Xalq arasında yayılan digər bir rəvayətdə deyilənlər sonralar mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, Həzrəti Əli Əshabi-Kəhf mağarasını ziyarət edib, orada namaz qılıb və onun atı Düldülün ayaq izi mağaradakı qayalıqda qalıb.
Hazırda еl arasında bura “Əshabi- Kəhf” adı ilə tanınır. Dağın təbii varlığı öz-özlüyündə bir möcüzədir. Burada “Damcıxana”, “Yеddi kimsənə”, “Niyyət daşı – qara daş”, “Cənnət bağı” adlandırılan yеrlər isə daşla bağlı əski inancların ifadəsidir. Əfsanələr və dini rəvayətlər müxtəlif məzmunlu оlsalar da, еyni fikri ifadə еdirlər. Əfsanədə adıçəkilən yеrlər və bu yеrlərlə bağlı icra оlunan inanclar isə əski görüşlərin ifadəsidir.
Dağın yüksək hissəsi “Cənnət bağı” adlanır. Mifоlоji baxışda bu, dünya dağı üzərində mövcud оlan dünya ağacı və cənnət bağları kimi görüşlərə yaxındır.

Fərhad evi

Bu abidə ölkəmizin dilbər guşələrindən biri olan Şahbuz rayonunun Biçənək kəndindən şərqdə yerləşən, füsunkar təbiəti ilə bura gələnləri valeh edən Batabat yaylağındadır. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan, təqribən, bir kilometr şərqdə olan Fərhad evi liparit tuf qayada külüngtipli metal alətlə qazılmışdır. Abidə dörd otaqdan ibarətdir. Tavanlar tağ şəkilli, döşəmələri oval planlıdır. Şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmış divarların dibində səki düzəldilmişdir. Aparılan tədqiqatlar abidənin e.ə. I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu deməyə əsas verir. Batabat yaylağında “Fərhad evi” adı ilə tanınan dayanacaq da yaradılıb. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda karvansara tikilib ki, yerli əhali buranı “Şah Abbas karvansarası” adlandırır. Fərhad evinin olduğu qayanın üstündə Fərhad cəsarətli cəngavər bir kişi və Şirin incəliyi olan qadın rəsmi həkk olunub. Qayanın şimal-şərq yamacında uzunluğu 5 metr, eni 80, dərinliyi 30 santimetr olan səki qazılıb, səki boyunca isə üçsətirlik qədim yazı (çox güman ki, mixi yazıdır) yazılıb. Hazırda oxunmaz vəziyyətdə olan həmin yazı, yəqin ki, bu abidənin nə zaman və hansı sənətkar tərəfindən yaradıldığı barədə məlumat verib.
Şərur rayonunun Oğlanqala kəndində “Fərhadın arxı” adlandırılan bir yer də var. Deyilənlərə görə, bu, Fərhadın çəkdiyi həmin süd arxının özüdür. Yaxınlıqdakı dağda Fərhadın qayalardan yonduğu otağı da var. Bu qaya-otaqda onun daş yatağı, daşdan yonduğu stolu, stulu, daş çaydanı da var imiş. Qapını isə Fərhadın yonub düzəltdiyi sal qaya parçası əvəz edirmiş.

Oğlanqala kəndi

Oğlanqala kəndi haqqındakı əfsanədə deyilir ki, Arpaçayın sahillərində yerləşən iki kənd düşmənçilik edirmiş. Bir kəndin tayfa başçısının gözəl bir qızı, o biri kəndin tayfa başçısının igid oğlu var imiş. Günlərin bir günü onlar çayın sahilində rastlaşır, o taydan bu taya bir-birinə vurulurlar. Onlar bir müddət hər axşam çayın sahilində gizli görüşürlər. Əhd edirlər ki, arada düşmənçilik olsa da, bir yolla bunu aradan qaldırıb bir-birinə qovuşsunlar. Kim əhdinə dönük çıxsa, özünü oda atıb yandırsın. Günlərin bir günü qız axşam görüş yerinə gəlmir. Oğlan səhərə qədər onu gözləyir. İkinci, üçüncü gün də qız gəlib çıxmır. Bir axşam oğlan çayın o tayından toy səsi eşidib anlayır ki, qızın toyudur. Çayın sahilində iti bir od qalayıb özünü bu oda atır, lakin od onu yandırmayıb ağ daşa çevirir. Axı o, öz əhdinə dönük çıxmamışdı. Beləcə oğlan daşa dönüb çayın sahilində qalır. O vaxtdan həmin kəndə “Oğlanqala” deməyə başlayıblar.

Çərçiboğan kəndi

Belə danışırlar ki, Topal Teymurun oğlu Miranşah Əlincə qalasına hücum edəndə ətrafdakı kənd­lərə də olmazın zülm edir, onlardan ağlasığmaz xəraclar istəyir. O, öz carçılarını kəndlərə göndərib car çəkdirir ki, əlincəlilərlə əlbir-dilbir olan adamlara divan tutacaq. Carçılar dəvəyə minib kəndlərə, obalara gedir, car çəkməyə başlayırlar.
Bir gün də onlardan biri Muğan kəndinə gedir. Camaata hədə-qorxu gələ-gələ car çəkir:
– Əlincəlilərə kömək edən dünya üzünə həsrət qalacaq.
– Əlincəlilərə kömək edən çaya atılacaq.
– Əlincəlilərə kömək edənlərin kəndi viran qalacaq...
Carçının bu hay-küyünü eşidən kənd camaatı qəzəblənib Miranşahın ünvanına təhqirlər yağdırır, onu dəvənin üstündən yerə salıb boğurlar. Sonra da ölüsünü dəvəyə sarıyıb Miranşaha göndərirlər. Bu hərəkət Miranşaha çox ağır gəlir. O, bu təhqirə dözə bilməyib Muğan kəndinə qoşun çəkir. Kənd camaatı Miranşahın qoşununa qarşı çıxır. Bərk vuruşma olur. Muğanlıların çoxu ölür. Qanlı vuruşmadan qorxuya düşən arvad-uşağın bağrı çatlayır. Bu qisasdan sonra da Miranşahın ürəyi soyumur. O, bütün kənd camaatına ölüm hökmü verir. Sərkərdələrdən biri məsləhət görür ki, adamları qılıncdan keçirsinlər. Miranşah qəzəblə qışqırır:
– Carçıboğanları boğmaq lazımdır.
Vuruşda sağ qalmış üç-beş kəndlini də Miranşahın buyruğu ilə boğub Arpaçaya atırlar.
Deyilənlərə görə, elə o vaxtdan Muğan kəndinin adı “Carçıboğan” qalır. Kəndin adı sonradan dəyişikliyə məruz qalaraq “Çərçiboğan” adlanıb. Onu da qeyd edək ki, bəzi elmi mənbələrdə bu kəndin adını türk tayfalarından birinin adı ilə də əlaqələndirirlər.

Haçadağ

Naxçıvanın ən məşhur rəmzlərindən biri olan, Culfa rayonu ərazisində yerləşən 2415 metr hündürlüklü Haçadağ, İbrahimin “Mina”sı, Musanın “Turi-Sina”sı, Məhəmmədin “Hira”sından əvvəl Nuhun “İlanlı”sı imiş. Bəlkə də, onu müqəddəsləşdirən, rəmz­ləşdirən təkcə Nuhun gəmisinin Ağrıdağdan sonra Haçadağa (İlandağ) dəyməsi deyil.
İndi quruluşuna görə “Haçadağ”ın “İlandağ” adlandırılmasının səbəbi də, bəlkə də, Nuha Tanrıdan vəhy gələrkən onu ilanların qoruması ilə əlaqədardır. Təqiblərdən Sivr mağarasına sığınmaqla xilas olmuş Məhəmməd Peyğəmbəri Allahın hökmü ilə mağaranın girəcəyini hörən hörümçəklər müdafiə etdiyi kimi, Nuhu da elə burda ona əcr verənlərdən (Nuhəcir – Nəhəcir) ilanlar qorumuşdu.
Digər bir rəvayətə görə, bu dağ elə Nuhun öz qövmünə xitabət yeri olmuş, ona görə də sonradan bu inam o dağı Elandağa çevirmişdi. Dağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi, ocaq yeri və orta əsrlərə aid saxsı qab qalıqları aşkar edən tədqiqatçılar qeyd edirlər ki, İlandağ qədim müşahidə məntəqəsi kimi istifadə edilmiş, yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə­qalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilmişdir.
Dağın yaxınlığındakı orta əsrlərə aid xalq arasında “Nəbi qalası” adı ilə məşhur olan yaşayış yeri də var.
Məğrur, amma həsrətli baxışlarla Ağrı dağına baxan Haçadağ mifoloji düşüncədə bir sədaqət hekayəsini yaşadır. Deyirlər ki, keçmişlərdə Ağrı dağı ilə Haçadağ yaxın qonşu olublar. Həmişə bir-birini gözləyər, mehriban dolanıb ömür sürərmişlər.
70 illik sovet dönəmində Ağrı dağı ilə Haça­dağ – iki türk elinin həsrətini ifadə edən bu dağlar Azərbaycandan Anadoluya, Anadoludan Azərbaycana sevgi ötürmüşdür.
Nuhun bu yadigarı özünün məğrurluğu, əyilməzliyi ilə bu gün Naxçıvanın əsas rəmzidir. Ona nəzər salanda qəribə bir mistika ilə Tanrıya yaxınlıq duyur insan. Haçadağ həm də bir xarakter nümayişidir. Qışda kəskin soyuqlar düşəndə, qar-çovğun təbiətin qəsdinə duranda düşmən qarşısında başını dik tutaraq sanki “mən varam” deyir. Yazda isə Günəş çıxanda, təbiət canlananda dosta sanki gülümsəyir, düşmən qarşısında isə heç vaxt əyilmir. O, həmişə məğrurdur! Bu yurdun insanları kimi.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2746129
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2837
5251
13180
87368
2746129

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter