26 Aprel 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Hər bir xalqın tarixini, mədəniyyətini yaşadan, onu dünyada fərqləndirən özünəməxsus milli dəyərləri olur. Azərbaycan xalqının da çox qədim və zəngin tarixə malik milli dəyərləri vardır. Bunlara milli geyimlərimiz, musiqimiz, rəqslərimiz, tarixi abidələrimiz  daxildir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizin qorunması və təbliği həmişə diqqətdə saxlanılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir. 

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcı­lığı günlərinin keçirilməsi haqqında” imzaladığı Sərəncam mühüm əhəmiyyət daşıyır. Həmçinin 2012-ci ilin Naxçıvanda “Milli dəyərlər ili” elan olunması muxtar respublikamızda həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Bu, milli dəyərlərimizin bərpasına, qorunmasına və gələcək nəsillərə çatdırılmasına diqqəti daha da artırıb.
Milli dəyərlərimizin ən zəngin qollarından biri də milli geyimlərimizdir. Azərbaycanın milli geyimləri böyük inkişaf yolu keçmiş, xalqın maddi və mənəvi mədəniyyətinin inkişafı nəticəsində zənginləşmişdir. Xalqımızın tarixi ilə sıx bağlı olan geyimlərimiz onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir.

Müasir dövrdə milli geyimlərimizdən gündəlik həyatda mütəmadi istifadə etmirik, amma bu, mədəniyyətimizin bir parçası olan geyimlərimizin unudulduğu demək deyildir. Çox sevindirici haldır ki, bu gün el şənliklərində çıxışlar edən folklor kollektivləri, aşıqlarımız, rəqqaslarımız milli geyimlərimizdən istifadə etməklə onları təbliğ edirlər. Həmçinin muzeylərimizdə də milli geyimlərimiz qorunub saxlanmaqdadır. Son illərdə “Xınayaxdı” mərasimləri zamanı da milli geyimlərimizdən istifadə olunması onu göstərir ki, xalqımız öz milli dəyərlərini sevir və yaşadır.
Bu gün muxtar respublikamızda milli dəyərlərimizin ən zəngin qollarından olan milli geyimlərimizi yaşadan ünvanlardan biri də “Möminə xatın” milli moda evidir.
Moda evinin təsisçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova bu barədə bizi məlumatlandırdı. O, deyir ki, moda evini açmaqda məqsəd milli-mənəvi dəyərlərimizi yaşatmaq, gənc nəsli mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməkdir. Həmçinin bir sıra sosial layihələr vasitəsilə bu məqsədləri dəstəkləmək, teatrlarda, muzeylərdə, hətta filmlərdə müşayiət edilən geyimləri məişət-xalq həyatına tətbiq etməkdir. Moda evinin “Möminə xatın” adlandırılması Naxçıvan Muxtar Respublikasının qədim tarixi-abidələrindən olan, Şərq memarlığının incisi sayılan Möminə xatın türbəsi ilə bağlıdır. Sevinc xanım onu da bildirir ki, bu, Şərq qadınının tarixi simvolunu əks etdirdiyi üçün moda evinin adını məhz “Möminə xatun” qoyduq.
Milli moda evi həm də Azərbaycan xalqının ən qədim adət-ənənələrinin qorunub saxlanması ilə bağlı bir sıra işlər görür.
Şübhəsiz ki, Azərbaycan xalqının ən qədim adət-ənənələrindən biri toylardır. Toydan əvvəl müəyyən mərasimlər yerinə yetirilir. Bunlardan biri də “Xına­yaxdı”dır. Sevinc xanım bununla bağlı dedi ki, əvvəllər “Xınayaxdı” mərasimlərində milli geyim geyinilmirdi. İndi artıq əvvəlki dövrdən fərqli olaraq həmin mərasimlərimizdə belə geyimlərə daha çox üstünlük verilir. “Möminə xatın” moda evi də “Xınayaxdı” mərasimlərində milli geyimlərdən daha çox istifadə edilməsinə çalışır və bunu təbliğ edir. Əlbəttə, bu təbliğat haqqında fikirlər də müxtəlifdir. Bəziləri düşünürlər ki, bu, əlavə xərcdir, digər qisim isə bildirir ki, bunlar milli geyimlərimizin təbliği üçün əhəmiyyətlidir.
Sevinc xanım onu da bildirdi ki, milli geyimlərimizin təbliği istiqamətində moda evinin həyata keçirdiyi sosial layihələrdən biri də “Xanlıqlar dövrünün saray geyimləri” olub. Layihəyə ona görə bu ad verilib ki, həmin geyimlər zövqoxşayan olmaqla yanaşı, həm də tarixi, qədimliyi özündə yaşadan bəzəkləri, naxışları ilə seçilirdi. Həmçinin bu layihə ilə də Naxçıvan, İrəvan, Gəncə, Quba, Qarabağ və digər xanlıqlara məxsus geyimlər ­tanıdılırdı.
İkinci layihə isə 2013-cü ildə Azərbaycan milli rəqs geyimlərinin təqdimatı ilə bağlı reallaşdırılıb. Burada bütün yallı rəqs geyimləri, “Turacı”, “Naz eləmə” kimi məşhur rəqslərin geyimləri təqdim olunub. Rəqs geyimlərimiz bizim qədim tarixə malik olan maddi-mədəniyyətimizin tərkib hissəsi olmaqla, həm də qədim milli ənənələrimizin əyani göstəricisidir.
O həmçinin qeyd ki, 2015-ci ildə “Nəsillərə uyğun Azərbaycan qadını” adlı kitabındakı obrazların geyimlərinin təqdimatı da olub. Bu obrazlar içərisində Tomris, Möminə xatın, Sara xatın, Tutibikə, Heyran xanım, Məhsəti Gəncəvi, Qönçəbəyim kimi Azərbaycan qadınlarının geyimləri sərgilənib.
“Möminə xatın” milli moda evində hər kəsin zövqünə uyğun, keyfiyyətli paltarlar da tikilir. Burada istənilən formada milli geyim əldə etmək mümkündür. “Möminə xatın” milli moda evində geyimlərin satışı ilə yanaşı, onların kirayəsi və sifarişlə ünvana çatdırılması da mümkündür. Naxçıvan Dövlət Filarmoniyası, müxtəlif rayonlardakı mədəniyyət müəssisələri və müğənnilər üçün geyimlər tikilir. Buradan milli geyimli gəlinciklər də almaq olar. Həmçinin onu da qeyd edək ki, bu moda evində tikilən milli geyimlər dünyanın bir çox dövlətlərinə – Cənubi Koreya, Ukrayna, Almaniya, İraq, Türkiyə və Yaponiya kimi dövlətlərə də göndərilir. Bu da milli geyimlərimizin tanıdılmasına “Möminə xatın”ın töhfəsidir.
Bu gün geyimlərimiz də daxil olmaqla bütün milli dəyərlərimizi qorumaq, təbliğ etmək hər bir vətəndaşın borcudur. Çünki tarix dəfələrlə sübut edib ki, bir xalqı yaşadan onun milli-mənəvi dəyərləridir.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2277031
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
247
5634
16968
144093
2277031

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter