27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ­ 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr Naxçıvan Dövlət Universitetində də uğurla icra olunmaqdadır. Universitet tərəfindən “Muzey günləri” çərçivəsində muxtar respublikada fəaliyyət göstərən müxtəlif muzeylərə ekskursiyalar təşkil edilir, əməkdaşlar həmin mədəniyyət müəssisələri ilə yaxından tanış olurlar. Ali təhsil ocağının kollektivi bu dəfə Bəhruz Kəngərli Muzeyində olub.
Muzeylə tanışlıq zamanı bildirilib ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli həyatı boyu mədəniyyətimizin inkişafı naminə çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında qiymətli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş soydaşlarımızın taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri dəyərli nümunələrdir.

Cəmi 30 il ömür sürən, maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına köməklik göstərən bu böyük sənətkar həm də Azərbaycan xalqının ilk realist rəssamı kimi tanınır.
Vurğulanıb ki, görkəmli rəssamın irsinə göstərilən böyük dövlət qayğısının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb. Muzeyin açılış mərasimində iştirak edən ulu öndərimiz Heydər Əliyev Bəhruz Kəngərlinin yaradıcılığına yüksək qiymət verərək deyib: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən dəyərli nümunələridir”. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr olunub. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulub, 2013-cü ildə istifadəyə verilib.
Muzey uzun illərdir ki, Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərir. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə edilir.
Sonra muzeylə tanışlıq olub, buradakı eksponatlar, tanınmış rəssamın əsərləri ilə bağlı ziyarətçilərə ətraflı məlumat verilib.

Səadət ƏLİYEVA