19 Oktyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan ərazisində bir çox pirlər vardır. Bu cür pirlər yaşayış yerlərindən və gediş-gəliş yollarından aralı olmaqla yanaşı, pirin yaranma tarixi, nə üçün ziyarət edildiyi haqda heç bir məlumat yoxdur. Bütün bunlara baxmayaraq, bəzi insanlar bu gün də həmin pirləri hansısa ümidlə və ya sadəcə, maraq xatirinə ziyarət edirlər.
Tədqiqatlar göstərir ki, pirlərin bəziləri bizim tarixi keçmişimizlə bağlı olub və min illərin inancına söykənir. Belə pirlərdən biri də Miz təpə piridir. Sirab kəndinin cənubunda yerləşən Kütandağ silsiləsi üç hissədən ibarətdir: Kütandağ, Miz təpə, Qara təpə. Ortada yerləşən Miz təpə adından da göründüyü kimi zirvəsi aydın seçilən, baş hissəsi qranit qayalardan ibarət dağdır. Pir qayanın cənub hissəsindədir və heç bir qeyri-adi əlaməti yoxdur. Sadəcə, qayanın ətəyinə sitayiş edilib nəzir qoyulur. Bu cür abidələr təqdiqatçılardan çox dəfinə axtaranları (qara arxeoloqlar) maraqlandırır.
Tədqiqatlar nəticəsində bu qənaətə gəlinib ki, pir Azərbaycanda mövcud olan dağ kultu ilə bağlıdır və 4-5 minillik tarixə malikdir.
Şərq-qərb istiqamətində uzanan Kütandağın qərbində Qara təpə yerləşir. Uzun yoldan ibarət olan bu təpənin şimal hissəsində (Sirab məktəbi olan hissə), əsasən, Tunc, üst təbəqədə isə antik dövrə aid yaşayış yeri mövcuddur. Burada 2 metrdən artıq mədəni təbəqənin toplanması uzunmüddətli və böyük yaşayış yerinin olduğunu sübut edir.

Qara təpənin cənub hissəsində çöküntülər altında qalmış Dəmir dövrünə aid yaşayış yeri mövcuddur. Tədqiqatlar nəticəsində ərazinin 4 hektardan artıq, mədəni təbəqənin bəzi yerlərində 2 metrə yaxın olduğu təsdiqlənmişdir.
Miz təpədən 2 kilometrə qədər aralı olan bu iki yaşayış yerindən dağ aydın görünür. Deməli, hər iki abidədə yaşayan insanlar dağı müqəddəs saymış, ona sitayiş etmişlər. Zirvənin yaxınlığında kiçik bir düzənlik (tala) vardır. Həmin talada kül təbəqəsi, Dəmir və Tunc dövrlərinə aid keramikalar, obsidian parçaları, dən əzən daş qırığı aşkarlanmışdır. Görünür, pirə qulluq edənlər üçün burada düşərgə olmuşdur.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı Zeynəb Quliyeva Qızılburun keramikalarından bəhs edərkən boyalı qablardan biri üzərində tematik üslubda çəkilmiş təsviri Naxçıvan tayfalarının fəlsəfi-mifoloji düşüncəsi ilə əlaqələndirir. O qeyd edir ki, keramika üzərində çəkilmiş üçbucaqlar başlanğıcını aşağıdakı müstəvidən götürməklə getdikcə ensizləşərək yuxarıdakı xətlə birləşdirilmiş və hər birinin içərisi torşəkilli ornamentlə naxışlanmışdır. Tədqiqatçılar bu cür bucaqlar və üçbucaqlarla insanları əhatə edən dağların simvolizə edildiyini, belə təsvirlərin dağ kultu ilə əlaqədar olduğunu qeyd edirlər. Qızılburun keramikası üzərində təsvir edilmiş mərasimin dağlar arasında gerçəkləşdirilməsi bu regionda dağ kultunun mövcudluğunu əks etdirmişdir. Şərur rayonunun Tənənəm kəndində yazda və payızda elliklə dua etmə ənənəsi hələ də yaşadılmaqdadır. Yerli əhalinin “Aş qoy” adlandırdığı bu mərasim kəndin yaxınlığında yerləşən dağın yamacında keçirilir.
Şərur və Şahbuz rayonları ərazisində Gəlin qayası, Şahbuz rayonu ərazisində Üçqardaş dağlarının, Sirab və Kənd Şahbuz ərazisində Gəlindaş adlanan qayaların olması da dağ kultu ilə bağlıdır.
Miz təpənin cənub ətəklərində (pirin ətrafında), əsasən, antik dövrə aid çox sayda keramika qırıqları, təndir yerləri vardır. Maraqlıdır ki, dağın cənub yamacında yaşamaq üçün heç bir imkan yoxdur. Ona görə də buradakı keramikalar sırf dağ kultuna olan inancla bağlıdır.

Zaleh NOVRUZOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3159928
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1884
5104
20093
74475
3159928

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter