13 Dekabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

...Onunla ötən il qarşılaşmışdım. Dostum, bəlkə də, 30 il olardı ki, Naxçıvana gəlmirdi. “Təbriz” mehmanxanasının qarşısında görüşdük. O, faytona minib Naxçıvan şəhərini qarış-qarış gəzmək istədiyini dedi. Şəxsi avtomobilim yaxınlıqda idi, avtomobillə gəzdirmək təklif etsəm də, qəbul etmədi, – mən bu faytonla doğma şəhərimi, onun mənə əziz olan ünvanlarını gəzmək istəyirəm, yəqin ki, sən məni daha yaxşı anlayarsan, – dedi.

Sözsüz ki, yazının əvvəlindəki sətirlər sizdə çox suallar yaratdı, öz-özünüzə, görəsən, bu hansı zamandan, hansı məkandan, kimdən yazır? İllərdir, şəhərdə nəinki fayton, heç at arabası da görünməyib, – dediniz. Bəli, elədir, əziz oxucular, çox istərdim ki, Naxçıvanla bağlı bugünkü əhvalatlarda faytonun və faytonçunun da adı keçsin: “fayton filan yerdə dayanmışdı, faytonçu müştəriyə belə dedi” kimi ifadələr işlədilsin. Elə bu səbəbdəndi ki, bu yazını tamamən təxəyyül məhsulu ilə başladım, yəni ilk sətirlər sırf düşündüklərimdən ibarət idi.
Hələ avtomobil ixtira edilməzdən əvvəl at arabaları insanın uzun məsafələrə yük daşımasına kömək edən nəqliyyat vasitələrindən olub. Kənd camaatının dediyinə görə, Şahbuz rayonunun Daylaqlı kəndinin də adı üçtəkərli at arabalarından götürülüb. At arabaları bir neçə peşə sahəsini – dülgərliyi, boyaçılığı, dəmirçiliyi, dəri emalını, nalbəndliyi inkişaf etdirib. Tarixən Azərbaycanın da daxil olduğu bölgələrdə at arabaları ən önəmli nəqliyyat vasitələri kimi ortaya çıxıb. Folklorumuzda at arabalarıyla bağlı çox sayda deyimlər, bayatılar mövcuddur. Belə arabalar təkcə nəqliyyat vasitəsi kimi deyil, həm də uzaq məsafələrə məktub aparmaq, yük daşımaq üçün əvəzolunmaz idi. At arabası ustaları, əsasən, ağac materiallarından istifadə edir, hər bir usta belə arabalarda öz məharətini göstərməyə çalışırdı. Araba ustalarının o dövrdə yaxşı dolanışığı olduğu üçün, şagirdlər də bu ustaların yanına axın edir, beləliklə də, bu peşə, necə deyərlər, öz həyatını sürürdü.

Daha sonra insanlar bu arabalarda yol getmənin çox çətin olduğunu dərk etdilər. Çünki o zaman asfalt yollar yox idi, təbii şərtlər yolçuları yorurdu. Və beləliklə, ustalar o zamana görə daha müasir olan rahat və üstüörtülü at arabaları düzəltməyə başladılar. Beləliklə, ilk faytonlar yarandı. “Fayton” sözü isə dilimzə fransız dilindən keçdi. Kökü yunan mifologiyasına qədər gedib çıxan bu kəlmə Günəş tanrısı ­Heliosun oğlu Faetona dayanırdı. Rəvayətə görə, Faeton atasının günəş arabasını istifadə etmək üçün icazə alır. Ancaq atlar ona ram olmaq istəmirlər və çox keçmir ki, Faeton atlar üzərindəki hakimiyyətini itirir, atlar od püskürdükləri üçün bütün dünyada yanğınlar baş verir. Zevs daha çox zərər dəyməsinin qarşısını almaq üçün Faetonu şimşək ilə vurur. Sonra da Faeton indi “Po” çayı adlandırılan Eridanus çayına düşür və od sönür.
Günümüzdə dünyada çox sayda fayton növündən turizm sahəsində istifadə edilir, gəzinti üçün qeyri-adi sayılan bu nəqliyyat vasitələrindən xeyli miqdarda qazanc­ götürülür. Təkcə bir faktı qeyd edək ki, son illərdə qonşu ölkələrdə çox sayda, müxtəlif çeşiddə fayton istehsal edən firmalar fəaliyyət göstərir, bu firmalar öz məhsullarını dünya ölkələrinə bahalı avtomobil qiymətinə ixrac edirlər. Böyük şəhərlərin görməli yerlərində müxtəlif ayaqüstü yeməklərin satılması üçün bər-bəzəkli, milli ornamentlərlə bəzədilmiş fayton vaqonlardan istifadə edirlər.
Yaşlı insanlarla söhbətlərdən belə məlum olur ki, Naxçıvan şəhərində də faytonçu peşəsilə məşğul olan çox sayda insan olub. Ancaq sonradan yavaş-yavaş bu peşə unudulmağa başlayıb. Əvvəllər toy mərasimlərində oğul ataları körüklü faytonlarda gəlin köçürməyə üstünlük verirdilərsə, sonradan bər-bəzəkli, aynalı, asma fənərli faytonları avtomobillər əvəz edib.
Bu gün dünyanın müxtəlif ölkələrinə səyahət edib övladları ilə birgə atla, faytonla gəzintiyə çıxanlar az deyil. Son illərdə Naxçıvanda müxtəlif peşələrin yenidən həyata qaytarılması faytonçuluğun da yenidən dirçəldilməsinə ümidlər yaradır. Belə olarsa, bu həm muxtar respublikaya gələn turistlər, həm də yerli sakinlər üçün əvəzedilməz hədiyyə olar.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5651641
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1394
17035
35093
197532
5651641

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter