23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Zəngin tarixə malik olan mətbəximiz milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Elə bu səbəbdən xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliğ olunması məqsədilə muxtar respublikamızda genişmiqyaslı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2009-cu il 9 aprel tarixli Sərəncamı ilə  “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaranması və fəaliyyətə başlaması milli yeməklərimizin yaşadılması, qorunması, təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Xalqımızın milli dəyərlərinin tərkib hissəsi olan milli mətbəximizin özünəməxsusluğunun təbliği ilə yanaşı, ailələrdə milli mətbəxlə bağlı adət-ənənələrin qorunub saxlanması işinə töhfə vermək üçün mərkəz öz imkanlarından geniş istifadə edir.

Mərkəzin direktoru Türkay Səfərzadə ilə görüşüb onların fəaliyyəti ilə maraqlandıq. ­O, söhbət zamanı bildirdi ki, turistlərin maraq dairəsinin əsasını təşkil edən milli kulinariyamızın bugünkü vəziyyəti barədə xeyli danışmaq olar. Milli mətbəximizin qorunub saxlanması, onun elmi-tarixi əsaslarla lazımınca inkişaf etdirilməsi, milli yeməklərimizin başqaları tərəfindən özününküləşdirilməsinin qarşısının alınması istiqamətində əsaslı addımlar atılır. Milli kulinarlarımızın layiqincə təqdim olunması üçün peşə hazırlığı səviyyəsi yüksəldilir. Müasir dövrə qədər gəlib çatmamış, lakin çox yüksək qiymətə layiq olan elə milli yeməklərimiz var ki, biz onları bu gün milli mətbəximizə qaytarmalıyıq.

Əgər ölkəyə gələn turistlərin yaddaşında milli yeməklər daha çox qalırsa, deməli, biz də bunu nəzərə alaraq milli kulinariyamızın təbliğində fəal olmalıyıq. Elə mərkəz də unudulmaqda olan bir sıra mətbəx nümunələrimizə bu məqsədlə yeni həyat bəxş edib. Belə mətbəx nümunələri içərisində “Şıppır qovurması” adlı yemək növünü misal çəkmək olar. Şahbuz rayonunda yaşadılan şıppır qovurması Batabat, ­Biçənək, Kükü kəndləri, həmçinin Qanlıgöl yaylağından toplanan eyniadlı bitkidən ­hazırlanır. Digər qədim mətbəx nümunələrimizdən Ordubad rayonuna məxsus kömbə kökə bişirilmə üsulu ilə fərqlənir. Əsasən, Ordubad rayonunun Dırnıs kəndinə xas olan bu kökə ilaxır çərşənbədə hazırlanır.
Direktorun sözlərinə görə, mərkəz tərəfindən qədim mətbəx əşyaları və onların istifadə qaydaları da öyrənilir. Milli mətbəxlə bağlı folklor nümunələri toplanılır, qədim mətbəx nümunələrimizi tanıtmaq məqsədilə müsabiqələr, festivallar təşkil edilir. Həmçinin turizmin inkişafı və turistlərin sağlam qidalanması üçün mətbəx turizminin və restoran biznesinin beynəlxalq tələblər səviyyəsində qurulmasına köməkliklər göstərilir. Dünya xalqlarının milli mətbəxləri və kulinariya mədəniyyətləri öyrənilərək ümumiləşdirilir. Kulinariya sahəsində bacarıqlı və istedadlı mütəxəssisləri müəyyən etməklə onlara hərtərəfli yardımların göstərilməsində və kulinariya sahəsində ixtisaslı kadrların hazırlanmasında əsaslı­­ işlər görülür. Mərkəz milli mətbəxlə bağlı buklet və kitabların nəşrə hazırlanmasını da diqqətdə saxlayır. Belə ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin­in “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcı­lığı günlərinin keçirilməsi haqqında” 2009-cu il ­­7 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan mətbəxi” adlı, 2016-cı ildə isə Naxçıvan folklorunda mətbəx elementlərindən bəhs edən kitablar hazırlanıb. Ötən il keçirilən “Yaradıcı əllər”, “Çörək”, “Plov”, “Kətə” festivallarında mərkəzin yaxından iştirakı təmin olunub. Festival çərçivəsində təşkil edilən müsabiqələrdə münsiflər heyəti kimi milli yeməklərin qiymətləndirilməsində yaxından iştirak edilib. Cari il iyun ayının 10-da “Milli mətbəximizi tanıdaq” başlığı altında “Ən qədim təndir yeməyi” müsabiqəsi keçirilib. Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə mükafatlandırılıblar. Bu günlərdə isə “Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsinə yekun vurulub.
Söhbət zamanı onu da öyrəndik ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamının icrası məqsədilə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzi arasında müqavilə bağlanılıb. Müqaviləyə uyğun olaraq mərkəzin mütəxəssisləri tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzinin aşpaz köməkçisi kurslarında təhsil alan müdavimlərə mütəmadi olaraq seminar dərslər təşkil edilib. Cari il avqust ayının 14-dən etibarən hər gün 6 saat olmaqla, 2 ay müddətində həmin kurslarda təhsil alan tələbələrə ixtisas dərsləri tədris edilərək kulinariya sahəsində peşəkar kadrların hazırlanmasına başlanılıb.
Qeyd edək ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə həyata keçirilən bütün tədbirlər son illər ərzində xalqımızın milli və mənəvi, maddi və mədəni sərvətlərini özününküləşdirmək istəyən, xalqımıza məxsus bir sıra milli yeməklərimizi, o cümlədən plovu, dolmanı, basdırmanı, kababı, dovğanı öz adlarına çıxmağa çalışan bədnam qonşularımıza da tutarlı bir cavabdır.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811853
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10958
15275
10958
346913
4811853

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter