23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara xüsusi diqqət göstərilir. Onların məşğulluğu təmin edilir, sosial rifah hallarının yüksəldilməsi üçün əl işlərinin sərgi-satışları təşkil olunur. Onu da xüsusi vurğulamaq lazımdır ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunur ki, bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilir. Onlara istər texniki köməklik, istərsə də mənəvi dəstək göstərilməsi, ­hazırladıqları əl işlərindən ibarət sərgilərin təşkili də diqqət mərkəzində saxlanılır.
Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin növbəti satış-sərgisi sentyabrın 29-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunmuşdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Bilik Fondunun ­Himayəçilik Şurasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi sərgi-satışa böyük maraq var idi. Buraya üz tutan muxtar respublika sakinləri və qonaqlar hədiyyəlik əşyalar alır, sərgidə nümayiş etdirilən digər nümunələrlə maraqlanırdılar.

On gün davam edən sərgi başa çatmamış biz də Heydər Əliyev Sarayının sərgi-satış üçün təşkil olunmuş foyesinə yollandıq. Burada sərgiyə baxış üçün üz tutanlarla, eləcə də istedadlı qadınlarla söhbətləşdik. Sərgiyə muncuqlarla işlənmiş bəzək əşyaları çıxaran Xuraman Səfərova evdar qadındır. O, toxuma və tikmədə, qadın bəzək əşyalarının hazır­lanmasında çox bacarıqlıdır, daha çox mirvarilərlə müxtəlif sənət nümunələri yaratmağa üstünlük verir. Xuraman xanım deyir ki, təşkilatçı qurumların nümayəndələri satışın yaxşı təşkil olunması üçün əllərindən gələni əsirgəmirlər. Belə sərgi-satışlar onların karına gəlir, bir növ, maddi baxımdan kömək edir. Sərgiyə gələnlərin onun işlərinə maraq göstərməsinə çox sevinir.
Dekorativ-tətbiqi sənət nümunələri, bədii tikmələr, xalça məmulatları çıxaran sağlamlıq imkanı məhdud olan istedadlı qadın Nənəxanım Məmmədovanın da müxtəlif tikmələri sərgidə böyük maraqla qarşılanıb. Nənə­xanımın fikrincə, onun kimilərin firavan həyatına, ictimai mühitlə geniş əlaqələrinin yaradılmasına doğru yönəldilmiş belə addımlar bu qəbildən olan qadınların cəmiyyətə inteqrasiyası baxımından mühüm addımdır.
Sərgidə nümayiş etdirilən hər bir əl işinə diqqətlə baxanda açıq-aydın görünürdü ki, ilmələrdə, naxışlarda, ornamentlərdə bu torpağın hər qarışının, xalqımızın mədəniyyətinin, incəsənətinin, tarixinin, etnoqrafiyasının izləri var. Buradakı əsərlərdə xanımların hər birinin fərqli bir istedada, fərqli bir əl qabiliyyətinə, incə zövq və fantaziyaya malik olduqlarını duymaq çətin deyildi.
Rəngarəng xalçalara baxan Xanım Əliyeva ilə həmsöhbət olduq. O, qadınların əl işlərinin alıcıları arasındadır. Deyir ki, bu sərgi məni çox heyran etdi və üzərində Naxçıvana aid ornamentlər və təsvirlər olan xalçanı aldım. Çox böyük zövqlə işlənən bu xalça evimin bəzəyi olacaq.
Sərgidə olarkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Oruc­əliyeva ilə də həmsöhbət olduq. O bil­dirdi ki, muxtar respublikamızda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb. Regionumuzda belə sərgi-satışların keçirilməsində məqsəd istedadlı qadınların, eləcə də sağlamlıq imkanları məhdud istedadlı insanların fəaliyyətini ictimaiyyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasına dəstək olmaqdır. O bildirdi ki, sərgidə muxtar respublikada yaşayan 269 istedadlı qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 2006 yaradıcılıq nümunəsi nümayiş etdirilir.
Bu gün biz qadınların taleyinə qədim diyarımızın tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb. Muxtar respublikamızın gündən-günə tərəqqisi, iqtisadi inkişafımızın tempi, milli və mənəvi irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmaların təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Göstərilən qayğıdan bəhrələnən qadınlarımız da milli və mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları kimi əllərindən gələni əsirgəmirlər.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811901
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11006
15275
11006
346961
4811901

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter