24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Turizm İnformasiya Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva açaraq bildirib ki, muxtar respublikamızda xalq yaradıcılığının ən qədim sahələrindən olan mətbəx mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması sahəsində əhəmiyyətli işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ölkəmizdə bu sahənin təbliği məqsədilə fəaliyyət göstərən ilk mərkəzlərdən biridir.
Vurğulanıb ki, qədim diyarımızın mətbəx mədəniyyətinə aid, unudulmaqda olan milli mətbəx nümunələrimizi gələcək nəsillərə tanıtmaq məqsədi daşıyan belə tədbirlər davamlı olaraq keçirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 2012-ci ildə nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan mətbəxi” kitabı diyarımızın mətbəx mədəniyyətinin qədim və zəngin tarixini öyrənmək və təbliğ etmək baxımından nadir mənbədir.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Ən dadlı Naxçıvan şirniyyatı” müsabiqəsi keçirilir. İştirakçılar tərəfindən Naxçıvan mətbəxinə xas müxtəlif növ şirniyyatlar müsabiqəyə təqdim edilib. Paxlava, şəkərbura, şəkərçörək, qovut, şirin kətə, nabat, ovma kökələr hazırlanıb.
Diqqətə çatdırılıb ki, münsiflər heyətinin qərarı ilə Kəngərli rayonunun qədim şirniyyat növü olan əyirdəyə görə Şövkət Əhmədova birinci, Ordubad paxlavasına görə Şərur rayonunun Ələkli kənd sakini Aynurə Salahova ikinci, cəvizli kökəyə görə Babək rayon sakini Həcər Musayeva üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Tədbir Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının çıxışı ilə davam etdirilib.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829703
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10826
17982
28808
364763
4829703

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter